ŞİRİN CƏFƏRLİ HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ

Nəsimi-Şərəfxanlı

16.05.2013

Mayın 16-da RATİ-də “Gündəm Xəbər” qəzetinin təsisçisi  Şirin Cəfərinin həbs olunması ehtimalı ilə bağlı mətbuat konfransı keçirilib.

Qəzetin baş redaktoru Nəsimi Şərəfxanlı bu günlərdə Gəncədə keçirilən məhkəmə prosesində dövlət ittihamçısının Ş.Cəfərinin 5 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Müdafiə tərəfi hakimin dərhal qərar çıxarmaq istəyinin qarşısını ala bilib və növbəti məhkəmə prosesi mayın 20-nə təyin edilib.

Daha sonra N.Şərəfxanlı qəzetə qarşı təzyiq və məhkəmə prosesinə səbəb olan hadisələrə toxunub. 2010-cu ilin mayında Mətbuat Şurası bu qəzetlə bağlı korrupsiya idarəsinə şikayət edib. Bu şikayət əsasında qəzetə qarşı səlahiyyət həddini aşmaq və külli miqdarda vergidən yayınmaq ittihamı irəli sürülüb. Amma sonradan korrupsiya idarəsi səlahiyyət həddini aşmaq ittihamını ləğv edib. İttiham vergidən külli miqdarda yayınmaq üstündə qurulub. N.Şərəfxanlı istintaqın obyektiv aparılmadığını deyib. Qəzetə qarşı məhkəmə prosesi bu ilin aprelindən başlayıb.

Həmin fikri Ş.Cəfərinin vəkili Elçin Sadıqov da təsdiqləyib. Qəzetə qarşı vergidən yayınma ilə bağlı hesbalamaların düzgün aparılmadığı nəzərə çatdırılıb. Belə ki, korrupsiayaya qarşı mübarizə idarəsi qəzetə maliyyə ittihamı irəli sürmək üçün Vergilər Nazirliyindən növbdənkənar səyyar vergi yoxlaması üçün icazə alıb. Vəkil korrupsiya idarəsinin bu yoxlamanı aparmağa hüququ olmdığını deyib.

2009-cu ildə həftədə 2 dəfə, 2010-da 3 dəfə, 2011-ci ildə ildə həftədə 5 dəfə çıxan qəzetə qarşı istintaq “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin dövriyyə və nüsxə sayı ilə vergi hesablayıb. E.Sadiqov belə hesablama üsulunun bir “Xural” və bir də “Gündəm Xəbər” qəzetlərinə tətbiq olunduğunu bildirib.

İstintaq “Gündəm Xəbər” qəzetinin satışını 100% hesablayıb, bir çox xərcləri, qəzetin satılmayan hissəsini nəzərə almayıb. Nəticədə qəzetə qarşı 71 min manat həcmində vergidən yayınma məbləği yaradılıb. Reallıqda isə qəzetin istintaq müddətini əhatə edən dövrdə 2140 nüsxəsi satılıb, bu satışdan 16 min pul qazanılıb, bu məbləğin vergi borcu 640 mant təşkil edir. Qəzet bunu ödəməyə hazır olduğunu bildirib.

Məhkəmə prosesinə gəlincə, qəzetin qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib. Ekspertlərin məhkəməyə gələrək bu vergi həcmini necə yaratmalarını izah etməsi barədə vəsatət belə təmin olunmayıb. E.Sadıqov bunu məhkəmənin sifarişli olması ilə izah edib və məhkəmənin çıxaracağı qərarı “siyasi sifarişin nəticəsi” adlandırıb. Vəkil daha bir jurnalistin həbsinin ölkəyə başucalığı gətirməyəcəyini söyləyib. Ş.Cəfərinin və qəzetin haqlarının sona qədər müdafiə olunacağı qeyd edilib.

Turan informasiya agentliyinin direktoru Mehman Əliyev sonrakı məhkəmə instansiyaları ilə çəkişmələrdə müdafiənin gücləndirilməsinin vacibliyini bildirib, diqqəti daha çox məsələnin ictimailəşməsinə yönəltmək zərurətini önə çəkib. O, qəzetə qarşı haqsızlıqları əhatə edən araşdırma xarakterli hesabatın İnternet resurslarda yerləşməsinə səy göstərilməsi lazım olduğunu bildirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button