Sivil Toplum Platforması yenidən toplaşdı

Arqument.Az-a daxil olan məlumata görə, toplantıda STP üzvlərinin ötən iclasda qərara aldığı 26 sentyabra təyin olunmuş Referenduma çıxarılacaq Konstitusiya dəyişiklikləri layihəsi barədə geniş müzakirənin təşkili üçün ictimai Forum keçirilməsi əsas müakirələrdən biri olub.
Şifahi müraciət edilən müvafiq yerlərdən (Beynəlxalq Mətbuat Mərkəzi də daxil) imtina cavabları alındığı üçün qərara alınıb ki, STP-nin mövqe sənədi qəbul edilsin və ictimaiyyətə yayımlansın. Həmçinin təklif edilən dəyişikliklərin STP üzvlərini narahat edən səbəblərinə dair videoçarx hazırlanaraq cəmiyyətə təqdim olunsun.
STP üzvləri tərəfindən həmçinin ötən aydan vüsət alan cəmiyyətin akiv üzvlərinə qarşı yeni repressiya dalğasını pisləyən münasibət bildirilib və buna dair ayrıca STP-nin mövqe sənədi qəbul olunub.
Toplantı iştirakçıları eyni zamanda Açıq Hökumət Təşşəbbüsünə dair hökumət tərəfindən Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması məsələsinə dair fikir mübadiləsi aparıb və STP adından bu cür təəssüfləndirici formalaşdırılmaya ayrıca münasibət bildirilməsi qərarlaşdırılıb.
İclasda STP-nin Əsasnaməsinə dəyişikliklərin və Platformaya üzvlük məsələlərinə münasibətin yekunlaşması da qərara alınıb.
STP üzvləri həmçinin STP-nin Beynəlxalq qurumlarla əməkdaşlığının aktiv fazaya keçirilməsi barədə yekun rəyə gəlinib.
Arqument.Az


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button