Sivil Toplum Platformasının (STP) növbəti toplantısı keçirilib

stp

Toplantıda ölkənin ictimai-siyasi gündəmində olan məsələlərə toxunulub. Belə ki, “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasının mümkünlüyünün mübahisələndirilməsinə dair Konstitusiya Qanunu” haqqında mövqe sənədinin və “Siyasi məhbuslar məsələsi ətrafında baş verən hərəkətliliyin müzakirəsi və görüləcək işlər” barədə müzakirələr aparılıb.
Qərara alınıb ki, əfv sərəncamı ilə bağlı mövqe sənədi hazırlansın. Mövzu ətrafında gedən müzakirələrdə yazıçı Əkrəm Əylislinin ölkəni tərk etmək istəyərkən üzləşdiyi problemlər və nəticədə 80 yaşlı yazıçıya xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılması məsələsi də müzakirə olunub. Hadisələrin bu cür seyrindən narahatçılıq ifadə olunaraq, qeyd edilib ki, Əkrəm Əylislinin işi ətrafında baş verən gəlişmələr nəzarətdə saxlanılsın.
Jurnalist-professor Qulu Məhərrəmlinin AzTV sədri deputat Arif Alışanov tərəfindən məhkəməyə çəkilməsi də müzakirə olunub.
Sonda STP sıralarına yeni üzvlərin qəbul olunması məsələsi ətrafında müzakirələr aparılıb və bu məsələyə qurumun fəaliyyətinin 3 ayının tamamlanmasından sonra baxılmasının mümkünlüyü qərarlaşdırılıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button