Sıx qrafikə görə Obama Poroşenko ilə görüşməyəcək

Poroşenko obama

Martın 31-də Ukrayna prezidenti Petro Poroşenko ilə ABŞ-ın vitse-prezidenti Jo Bayden işgüzar nahar edəcəklər.

Məlumatı Ağ Ev martın 30-da yayıb. Poroşenko Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir. Dördüncü və sonuncu sammitə dünyanın 50 ölkəsinin lideri qatılıb.

Ukrayna prezidenti amerikalı həmkarı Barak Obama ilə də görüş istəyib, ancaq Obamanın iş qrafikinə görə bu, baş tutmayıb.

Ukraynanın Xarici İşlər nazirinin müavini Vadym Prystaiko martın 29-da Poroşenkonun Obama ilə görüş istəməsini izah edib. Onun sözlərincə, “Ukrayna keçmişdə qoyduqları ilə demokratiyanın savaşının ön xəttindədir və bu görüşə layiqdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button