Siyasətə Çapay Sultanov baxışı

«Tək bir həqiqət var, ancaq onun halları çoxdur»

Çapay Sultanov

Professoru oxuyanların sayı 4.000.000 nəfəri keçib!..

Azərbaycanın ziyalı təbəqəsi Çapay Sultanovu çox yaxından tanıyır. Onun xalqımıza töhfə etdiyi, tariximizi əks etdirən kitabları bu gün Azərbaycanda oxumayan demək olar ki, yoxdur. Müəllifi olduğu hər yeni kitabının nəşri Oxucuları tərəfindən böyük sevinclə qarşılanır. Təkrar nəşrdən çıxan, xüsusi tərtıbatı və zövqü ilə seçilən “Tarix hallandırılmağı sevmir, amma yenə də…” – “İstoriə ne löbit sosloqatelğnoqo nakloneniə, i vse je…” kitabı Oxucularını bir daha Birinci Dünya Müharibəsi dönəminə aparır. Kitabda Böyük Vətən Müharibəsi illərində dünyanın hegemon dövlətlərinə məğlubedilməz görünən faşizmə SSRİ-nin qalib gəlməsinin səbəbləri fakt və dəlillərlə izah olunub, müharibə dönəmində Bakı nefti olmadan SSRİ-nin Hitler ordusuna qalib gəlmə imkanlarının ümumiyyətlə mümkünsüz olduğu sübuta yetirilib. Kitabdan təsirlənən Rusiyanın məşhur jurnalisti Aleksandr Qoryanin yazır: «İnsanı heyrətləndirən odur ki, müharibə ilə bağlı bayram və ildönümləri keçirilərkən keçmiş sovet hərbçilərindən kiminsə qələbədə Bakı neftinin rolunun olması barədə nəsə dediyini, ümumiyyətlə bu mövzunu qaldırdığını xatırlamıram. Yəqin ki, kimsə bu mövzunu gündəmə gətirib, amma səsini bərkdən çıxarmağa cəsarəti çatmayıb. Başqaları kimi Bakıya «qəhrəman şəhər» adını vermədilər, qəbul olunduğu kimi mükafatlandırmadılar. Ancaq həqiqətin gözünə dik baxmaq lazımdır: Azərbaycan nefti olmadan müharibədə qalib gəlmək olmazdı.»

«Politiçeskie i gkonomiçeskie etödı po Öjnomu Kafkazu (Xronika s 1850 po 2010 qq)» kitabında xronoloji ardıcıllıqla Qafqaz respublikalarının Sovet İttifaqı illərindən əvvəl, həmin illərdə və ondan sonrakı illərdə iqtisadi inkişafı analiz olunub. Oxucular bu kitabı oxuyarkən həm elmi, həm də tarixi biliklər almaq imkanı qazana bilərlər. Bu kitablarda Heydər və İlham Əliyevlərin neft-qaz strategiyası əhəmiyyətli dərəcədə diqqətə çatdırılır. Xəzər neft müqavilələrinin imzalanması və Bakı-Ceyhan neft kəmərinin çəkilməsi prosesi bütün həcmi və dramatikliyi ilə göstərilib. Müəllif bütün kitablarında bu müqavilələrin Azərbaycanın regiondakı geosiyasi vəziyyətini köklü surətdə dəyişməsinin çox gözəl izahını verir. Bununla yanaşı, Çapay Sultanov Azərbaycana qarşı neqativ mövqeyi bəlli olan RLDP-nın sədri, deputat Jirinovskiyə də böyük «diqqət» ayırır. Respublikanın şahmat federasiyasının tam susqun olduğu zamanda Çapay Sultanov H.Kasparovun Azərbaycanın əleyhinə söylədiyi fikirlərə etiraz səsini ucaldır, ona hər cür dəlil-sübut göstərərək, ermənilərin nə qədər haqsız olduqlarını, bununla belə dünya ictimaiyyətini yanlış təbliğatla idarə etdiklərini diqqətə çatdırır.

Çapay Sultanov «O şaxmatax i tolğko…», «Skvoz prizmu şaxmat…» kitablarında Oxucularla özünün çoxillik təcrübəsini paylaşıb. «Skvoz prizmu şaxmat…» kitabında “Siyasi şahmat”, “Qrossmeystr siyasətçilər”, “Belə şahmat oynamaq olmaz siyasətçilər!”, “Şahmat – siyasətin qurulması elementi kimi”, “Şahmat və bir çox şeylər”, “Dünya öz problemlərilə şahmat lövhəsi kimidir”, “Şahmat ideologiyasından istifadə etməklə dünyada gedən proseslərin müzakirə və aspektlərinin proqnozu” və s. başlıqları Oxucuları dünyada gedən siyasi proseslərdən daha sadə və anlayışlı dildə məlumatlandırır.

Çapay Sultanov uzun illər – 16 il ərzində respublikanın Şahmat Federasiyasına rəhbərlik edib. Həmin müddətdə, onun başçılığı ilə respublikanın şəhər və rayonlarında 42 şahmat məktəbi açılıb. 1987-ci ildə SSRİ-nin Şahmat Federasiyasının iclasında qərara alınıb ki, Azərbaycan Şahmat Federasiyasının iş təcrübəsi ittifaq respublikalarının şahmat federasiyaları arasında bölünsün. Çapay Sultanov tərəfindən dünyada ilk dəfə olaraq şahmat ustalığının mükəmməlləşdirilməsi ilə bağlı kompüter sistemi işlənilib. Şahmat sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə Çapay Sultanova şahmat üzrə əməkdar məşqçi, «Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi» fəxri adları verilib, xalq maarifləndirilməsi üzrə əlaçı nişanı ilə təltif olunub. 1986-cı ildə onu FİDE-nin iki komissiyasının üzvlüyünə seçiblər. Həyat və fəaliyyətinə nəzər yetirdikdə onun şahmatla siyasəti bir araya gətirərək uzlaşdırmağa çalışması da Oxucuların siyasətə baxışını daha da mükəmməlləşdirir. Bu baxmdan, Çapay Sultanovun «Skvoz prizmu şaxmat…» kitabını oxumaq kifayətdir ki, dünyada gedən siyasi prosesləri daha dərindən dərk edəsən.

Bir daha xatırladaq ki, Çapay Sultanov 150 elmi məqalənin və 16 kitabın müəllifidir. Onun kitabları bu gün dünyanın hər nöqtəsində elmi əsərlər kimi istifadə olunur. Çapay Sultanovun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlər cavabsız qalmayıb – erməni terrorizminin işıqlandırılması istiqamətində apardığı informasiya mübarizəsinə görə, Azərbaycan Respublikası MTN-i tərəfindən ona S.Əsgərova adına birinci mükafat təqdim olunub. Azərbaycan prezidentinin sərəncamı ilə Çapay Sultanova prezident təqaüdü ayrılıb və mənzil verilib. Çapay Sultanov bu gün də ictimaiyyətin ziyalı və elit təbəqəsinin görməli olduğu işləri böyük həvəs və ürəkyanğısı ilə həyata keçirir.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button