“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının hesabatı yayıldı

“Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair”

“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının xural.com-a 2015-ci il üçün hazırladığı hesabatı daxil olub. Hesabatı olduğu kimi yayıblayırıq:

sma-ib-300x199

Ümumi məlumat 

Təqdim olunan hesabat “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən hazırlanıb. Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq qurumların müvafiq hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan istintaq təcridxanalarında, cəza çəkmə müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb. Bir sözlə hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları sənədə köçürüblər.

Hesabatın əsas bölümlərindən biri Azrbaycanda siyasi məhbus problemi ilə bağlıdır. Sənəddə  problemin meydana gəlməsi, onu doğuran səbəblər və aktuallığı, eləcə də siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar, ədalətsiz mühakimə və məhkəmə hökmləri, yerli və beynəlxalq rəylərdən bəhs olunur.

Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtiva edir; həsb yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.

Bu sənəd Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus probleminə dair ümumi və ayrı- ayrı mənzərəni  əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur.

Hesabatın hazırlanmasında məqsəd

Məqsəd həbs yerlərində vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunması və siyasi məhbus probleminin həllinə yardımçı olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.

Hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar

Həbs yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti araşdırmaq, məhbusların hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını yerindəcə müəyyənləşdirmək, müqayisəli təhlil aparmaq üçün dəfələrlə cəhd edilsə də Hesabat müəllifləri Ədliyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən həbs yerlərinə buraxılmayıb.

Eyni zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv alınması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Ədliyə Nazirliyinin Penitensiar Xidmətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra məqamların dəqiqləşdirilməsi və suallara aydınlıq gətirilməsi üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun şəkildə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən 07 yanvar 2013- cü ildə rəsmi sorğu ilə müraciət edilsə də adı çəkilən qurum qanunvericiliyin tələblərini pozaraq bu günə qədər sorğunu cavablandırmaqdan boyun qaçırıb. Alyans tərəfindən məhkəmədə iddia tələbi qaldırılsa da Penitensiar Xidmət informasiya sorğusunu cavablandırmaqdan imtina edib.

 “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşə icazə və imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaratdı. Amma bütün bunlara baxmayaraq alternativ imkanlardan istifadə edilərək Hesabatı hazırlayıb ərsəyə gətirmək mümkün oldu.

Həbs yerlərində ümumi vəziyyət

  1. Pozitiv məqamlar. Azərbaycan Avropa Şurasına və digər bir sıra nüfuzlu beynəlxalq qurumlara üzv olduqdan, müxtəlif konvensiyalara xüsusən, “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiyaya qoşulduqdan sonra həbsxanalardakı vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı az da olsa müəyyən nəzərə çarpacaq müsbət dəyişiklilər baş verməkdədir. Yeni istintaq təcridxanaları və cəza cəkmə müəssisələri tikilir, köhnələri təmir edilir. Əvvəlki illərlə müqayisədə məhbusların saxlanma şəraiti, yemək, tibbi xidmət, daşınma, nəzarət və s. məsələlərdə az da olsa müəyyən irəliləyişlər mövcuddur.

Bu sahədə olan qanunvericilik aktlarında müəyyən təkmilləşmələr aparılıb. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli Qanun qəbul edilib. Qanunun bir sıra müddəaları Avropa Penitensiar Qaydalarının tələblərinə uyğunlaşdırılıb. 2013- cü ildən etibarən sənəddə nəzərdə tutulan bir sıra hüquqlar tətbiq olunmağa başlanılıb. Xüsusən, məhbusların yaxınları ilə əlaqə saxlaması, onlarla həftədə bir dəfə telefonla danışmaları, görüşməsi, televiziyaya baxması və radio verilişlərini dinləməsi, qəzet almalarına şərait yaradılmasını və s. qeyd etmək olar. Dustaqların daşınması ilə bağlı vəziyyət az da olsa yaxşılaşdırılıb. Qanunun qəbul olunması dustaqların hüquq və vəzifələrinin yaxşılaşdırılmasına qanunvericilik əsası yaradıb. Amma təəssüf ki, qanunun tətbiq olunması istiqamətində işlər çox zəif gedir.

Əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət artıb. Həmin təşkilatların nümayəndələri uzun fasilələrlə də olsa həbs yerlərinə baş çəkir, məhbuslarla görüşür, onların saxlanma şəraiti və hüquqlarının necə təmin olunması ilə maraqlanırlar.

Real təsir gücünə malik olmasa da Ombudsman aparatının əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş çəkir, dustaqlarla görüşüb onların şikayətlərini dinləyirlər.

Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsinə nəzarətin təşkil edilməsi məqsədlə Ədliyyə Nazirliyinin strukturunda Cəzaların icrasına nəzarət üzrə müfəttişlik və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi mövcuddur.

Eyni zamanda əvvəlki illərlə müqayisədə aidiyyatı həbs yerlərində dövlət orqanları dustaqlara dini ayinlərə əməl etməyə icazə verirlər.

  1. Neqativ məqamlar. Azərbaycanda olan həbs yerlərinin (istintaq təcridxanaları və cəza çəkmə müəssisələrinin- red.) əksəriyyəti Sovet dövründən qalma köhnə tikililərdir. Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi həbs yerlərində də qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı- seçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları mövcuddur. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Əksər həbsxanalar insan həyatı üçün təhlükə mənbəyidir.

Həbs yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə nazirliyinin Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri- şəffaf, hesabatlılıqdan kənar, ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözügedən qurum bu sahədə mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların faydalı işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri əksər hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz səhvlərindən nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən, qanunsuzluğun və ədalətsizliyin baş alıb getdiyi bir mühitdən bir az da kobud və qisasçı ruhda yenidən cəmiyyətə qaytaran müəssisə təəssüratı yaradır.

Həsb yerlərində dustaqların saxlanma şəraiti

Əksər həbsxanalarda dustaqların saxlanma şəraiti bərbad vəziyyətdədir. Həbs yerlərində keyfiyyətsiz qidalanma, zəif tibbi xidmət, normadan artıq məhkumun bir yerdə saxlanması, müəssisə rəhbərliyinin qeyri- professional münasibəti, istilik və soyutma sisteminin tələblərə cavab verməməsi, anti- sanitariya və s. hallar hökm sürür. Həbsdən yeni çıxmış keçmiş siyasi məhbus, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin üzvü Bəşir Süleymanlı bildirir ki, dustaqların saxlanma şəraiti yaxşı səviyyədə deyil; “Təcridxanada 4 nəfərlik yerdə bəzən 6 nəfər, 8 nəfərlik yerdə 10 və daha artıq təqsirləndirilən şəxs saxlanılır. Bunu tutulanların sayının coxlugu ilə izah edirlər. Cəzaçəkmə müəsissəsində vəziyyə daha da acınacaqlıdır. Məhkumlar üçün nəzərdə  tutulan yer sahəsinə nəinki əməl edilmir, hətta onlar daha da sıx yaşamağa məcburdurlar. 30 kv.m. yerdə 20 nəfər saxlanılır və kvadrat artdıqca da çox məhkumun yerləşdirilməsinə başlanılır. Ümumiyyətlə,  cəza çəkmə müəsissələrində normadan artıq məhkum saxlanılır. Bunu sadə hesablama ilə də öryənmək olar ki, əgər cəzaçəkmə müəsissəsində qanunda nə qədər adam saxlanılmalıdı, ancaq real nə qədər məhkum saxlanılır. Bizdə hətta yerin çatışmazlığından korpuslarda olan televiziya otaqlarını ləğv edib yataq otaqları düzəldirdilər. Əvəllər korpusların hər birində televiziya otagı olub. İndi yalniz korpusdan kənarda 2 televiziya otağı qalıb.

Tualet və əl-üz yumaq yerləri isə çox bərbad və natəmizdir. Qışda isti su verilmir, bu da daha çox xəstəliklərin yaranmasına və yayılmasına rəvac verir.

Həbsxanada yeməyin keyfiyyəti çox aşağıdır. Dustaqlar yalnız evdən gondərilən ərzaqlarla və həbsxananın içərisində olan dükandan ərzaq almaqla keçinirlər. Imkansız dustaqlar isə həbsxananın yeməyini yeməyə məhkumdurlar.

Həbsxanada 2 televiziya otagı və bir böyük kinoklub var. Bir otaqda daha çox xəbərlər proqramı, digər otaqda isə kino və şou verilişlərə baxanlar toplaşır. Kanallara baxmaq müstəqilliyi məhkumlardan asılıdır. Və istədikləri kinolara baxmaqda müstəqildirlər. Buna görə müdaxilə yoxdur. Kino klubda isə mutamadi olaraq maraqlı kinolar və kliplər verilir. Buranın da kino seçimində məhkumların istəkləri nəzərə alınır.

Həbsxanada normal kitabxana var. Dunya ədəbiyyatının məşhur yazıçılarının əsərlərini əldə etmək mümkündür. Hətta yeni tərcümələr gətirilməkdə davam edir. Hesab edirəm ki, kitabla baglı elə bir problem yoxdur. Amma qəzetlər bir gün gecikmə ilə yalnız hakimiyyətin nəzarətində olan və dövlət qəzetləri gətirilir. Müstəqil qəzetlər hətta özümüz abunə olduqda belə bizə verilmirdi.

Həbsxanada normal idman mərkəzi fəaliyyət göstərir. Güləş, fiziki hazılrıq üzrə müəllimlər məhkumlara dərslər keçir. Bu sahədə elə bir problem yoxdur. Hər gün məhkumlar müəsissənin ortasında olan meydançada futbol oynamaqda sərbəstdirlər.

“Yarıqaranlıq at tövləsində saxlanılan dustaq özünü müdafiə edə bilməz”. Həbsdən yeni çıxmış digər keçmiş siyasi məhbus, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs yerlərində dustaqların saxlanma şəraiti ilə bağlı bildirir ki, ümumi vəziyyət son zamanlar yaxşılığa doğru dəyişsə də, ancaq insan ləyaqətinə yaraşmayan hallar hələ də çoxdur və bu haqda Penitensiar Xidmət mətbuata açıqlama verməkdən çəkinir; “Yaradılan yeni xidmətlər də korrupsiya predmeti olur və Penitensiar Xidmət və onun işçilər hər yeniliyi pula çevirməyi bacarırlar. Görüş tarixləri və telefondan istifadə haqda yeni qanun müsbət dəyişikliklər gətirsə də, faktiki olaraq Penitensiar Xidmət əməkdaşları istədikləri zaman bunu qadağan edə bilirlər.

Təqsirləndirilən şəxslər saxlandıqları həbs yerlərində yaxınları ilə hər həftə görüşə bilməlidirlər. Bir çoxlarına bu imkan verilmir. Amma pul verən kimi görüş imkanı da yaradılır. MTN təcridxanasında bu imkandan təqsirləndirilən şəxslər demək olar ki, yararlanmırlar.

Otaq-kameralar çox sıxlıqdır. Həbs olunanlar o qədər çoxdur ki, təqsirləndirilən şəxslər bəzən yerdə yatırlar. Su problemi olur, çünki Bakı İstintaq Təcridxanası standartlara uyğun tikilməyib.

Dustaqların məhkəmələrdə saxlanılması qaydaları insan ləyaqətinə uyğun deyil. Xüsusilə, Bakı Ağır Cinayətlər Məhkəməsində saxlama yeri bərbaddır. Ora əvvəlcə milyonçuların atlarının saxlanıldığı at tövləsi olub. Havalandırma sistemi yoxdur. Orada bir neçə dəqiqə qalmaq belə insan sağlamlığı və ləyaqəti üçün təhlükəlidir. Yarıqaranlıq at tövləsində saxlanılan dustaq özünü müdafiə edə bilməz.

“Zon”- larda hər şey daha mürəkkəb və çətindir. Hava da, az qala nəfəs almaq da pulludur. Görüş, uzunmüddətli görüş, hamam, telefon, növbədənkənar görüş – hamısı pulludur.

Hətta “zon”-da yatmaq da pulludur. 2-3 manatını ver, yatmağına kimsə qarışa bilməz. Vermədinsə, vay halına, dərhal yazacaqlar və səni saatlarla “kars”ın qapılarında gözlədib başına oyun açacaqlar.

Dustaqların hüquqları

Həbs yerlərində məhkumlar qanunların onlara verdiyi imkanlardan bir çox hallarda istifadə edə bilmirlər. Necə deyərlər qanunlar kağız üzərində qalır. Çox zaman onların hüquqları kobud şəkildə tapdanır. Dəmir barmaqlılar arasında tapdanmış hüquqlarını qorumaq və tapdanmış hüququ bərpa etmək çox çətindir, bəzən isə mümkün olmur. Əvəz Zeynallı bildirir ki, həbs yerlərində dustaqların hüquqları nəinki qorunur, addımbaşı tapdanır; “Onlara dövlət tərəfindən istifadə olunması nəzərdə tutulan məişət ləvazimatları ya verilmir, ya da yararsız vəziyyətdə olur, xidmətlərdən istifadə etmək qeyri- mümkün səviyyədədir. Qanunla məhbuslara sabun, diş pastası, diş şotkası və lazım olan bütün ləvazimatlar verilməlidir. Amma praktikada başqa cürdür. Bakı İstintaq Təcridxanasında həftədə 1 dəfə bu şeylər verilir, amma istəmədən verilməz. Yəni sən xüsusi tələb etməlisən.

Dustaqlar arasında elə mühit yaradıblar ki, bir şey istəmək bir az da ayıb sayılır. Sistem özü bunda maraqlıdır ki, heç kim heç nə tələb etməsin. Başqa tərəfdən, hamı özü üçün hər şeyi evindən gətirir. Ona görə də hökumətin sabun-şotkasına ehtiyac duymur. Bu da yenə sistemə yarar gətirir. Çünki minlərlə dustağın adından ayrılan milyonlarla dəyəri olan vəsaiti mənimsəyirlər.

Təcridxanadan fərqli olaraq, “zon”larda istəməsən, tələb etməsən, ərizə ilə birbaşa rəisin adına müraciət etməsən, heç nə vermirlər. Verdikləri də istifadəyə yararlı olmur. Dustaq adətən ona lazım olan şeyləri ya evindən gətizdirir, ya da öz puluna “zon”larda fəaliyyət göstərən dükanlardan alır. “Zon”larda fəaliyyət göstərən dükanlarda isə hər şey bayıra nisbətən çox bahadır.

Yəni qanunda nəzərdə tutulan ləvazimatları almaq “zon”-da həm də ayıb sayılır. Buna sistem də rəvac verir. Bu, sistemin işinə gəlir, məhkumlara verilməli olan ləvazimatların milyonlarla dəyəri var və bu, Penitensiar Xidmətin rəhbərliyi ilə “zon” rəhbərliyi arasında bölüşdürülür.

Mən sistemi öyrənmək və nələr verdiyini öyrənmək üçün “zon”-da rəhbərliyə müraciət etdim. Ərizə yazmaq lazım olduğunu dedilər. Yazdım. 6 ay keçdi. Məlum oldu ki, dəstə rəisi ərizəmi itirib. Bir də ərizə yazdım. Ərizə rəisə getdi. 1 ay da orada gözlədildi. Sonra mənə bir şeylər verdilər. Hansı ki, mən o şeylərdən istifadə etmədim. Qanunda nəzərdə tutulan heç nə yox idi. Bir dəst corab, bir diş pastası. Diş pastası da xarab çıxdı, atdım.

Bakı İstintaq Təcridxanasında idmanla məşğul olmaqdan söhbət gedə bilməz. Ora kamera şəraitidir. Təqsirləndirilən şəxslər yalnız gəzinti üçün nəzərdə tutulmuş meydançada özləri istədikləri idman növləri ilə məşğul ola bilərlər. Bunun üçün də imkan yox kimidir.

Amma “zon”-larda idman salonları mövcuddur və orada hər cür idman alətləri var. İdmanla məşğul olmaq mümkündür. Dustaqlar arasından oranı işlədənlər və müəllimlər olur. O da pulludur. Ayda 10-15 manat verməsən, olmaz. Çünki rəislər oranı özlərinin obyekti kimi işlədirlər.

Mən lazım olanda getmişəm. Məndən təbii ki, heç kim pul istəmirdi, ancaq qalan hamı üçün pullu idi. Pulunu verməyən məhkum ora girə bilməzdi. “Zon”larda idman salonları da rəislərin qazanc gətirən obyektlərinin sırasında yer alır”.

Həbsdən yeni çıxmış keçmiş siyasi məhbus, tanınmış vəkil Qurban Məmmədov həbs yerlərindəki vəziyyətlə bağlı bildirir ki, dustqların saxlanma şəraiti 10-15 il öncə ilə müqayisədə yaxşılaşsa da, dövlətimizin imkanları və Avropa həbsxanaları ilə müqayisədə bərbad vəziyyətdədir; “Korrupsiyanın səviyyəsi dövlətimizdəki korrupsiya səviyyəsindən geri qalmır, bir az da artıqdır. Çünki orada “zorən müştərilər” var, dustaqların seçim imkanı yoxdur”.

Həbs yerlərində dustaqların saxlanma sıxlığı

Yuxarıda qeyd olunduğu kimi Azərbaycanda mövcud olan həbs yerlərinin əksəriyyəti Sovet dövründə tikilib və müasir tələblərə cavab vermir. Digər tərəfdən son zamanlar ölkədə həyata keçirilən geniş miqyaslı həbslərdən dolayı həbsxanalarda dustaqların saxlanma sıxlığının artdığı müşahidə olunmaqdadır. Aparılan araşdırmalar göstərir ki, istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə Müəssisələrində dustaqlar üçün nəzərdə tutulan adam başına saxlanma tutumu hazırda normadan artıqdır. Bir dustaq üçün saxlanma sıxlığı minumum 4 kv.m nəzərdə tutulduğu halda (bax; “Həbs yerində saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, Maddə 21.2) bu rəqəm bir çox hallarda 2- 2,5 kv.m-ə düşür. İstintaq Təcridxanalarında (məsələn, 3 saylı Şüvəlan İstintaq Təcridxanası- red.) dustaqların saxlandığı kameralarda hündürlüyü 1 metr olan üstü açıq ayaq yolları var. Ümumi yaşayış sahəsinə daxil olan ayaq yolları kameralarda həm sanitar, həm də havalanma nöqteyi nəzərdən problemlər yaradır.

Aşağıdakı cədvəldə dustaqların saxlanma sıxlığı (kamera və baraklarda) real duruma uyğun qeyd olunub.

Cədvəl 1.

Həbs yerlərində dustaqların saxlanma sıxlığı (nəfər/kv.m-lə)

Sıra sayı Kamera və barakların ümumi sahəsi Normada saxlanmalı olan dustaqların sayı Faktiki saxlanılan dustaqların sayı
1. 4 kv.m 1 nəfər 1- 2 nəfər
2. 8 kv.m 2 nəfər 3- 4 nəfər
3. 16 kv.m 4 nəfər 5- 6 nəfər
4. 40 kv.m 10 nəfər 13-15 nəfər
5. 60 kv.m 15 nəfər 20- 25 nəfər
6. 120 kv.m 30 nəfər 40- 45 nəfər
7. 200- 240 kv.m 50- 60 nəfər 80- 120 nəfər
8. 320- 360 kv.m 80-90 nəfər 130- 180 nəfər

Qışda kamera və baraklarda temperatur 18 dərəcədən aşağı olmamalıdır. Amma bəzən saxlanılan yerlər o qədər soyuq olur ki, dustaqlar evdən gətirdikləri 2 yorğana bürünüb yatırlar.

Dustaqların yanına gələn məhbus ailələri və yaxınları üçün həbs yerlərində gözləmə yerləri ya yoxdur, ya da bərbad vəziyyətdədir. Mövcud olan əksər gözləmə “sığınacaq”-ları isə uçuq- sökük, toz- torpaq içində, anti- sanitariya vəziyyətindədir. Qışda soyuqdan, yayda isə istidən orda dayanmaq mümkün deyil. Həmin yerlərin sərinləşdirici ventiliyasiya və istilik sistemi yoxdur.

Həbs yerlərindəki vəziyyətə beynəlxalq baxış. Azərbaycandakı saxlanma və həbs yerlərində vəziyyətlə bağlı vaxtaşırı olaraq beynəlxalq təşkilatlar və qurumlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Dövlət Departamenti, Amnestyu İnternational, Human Rights Watch təşkilatı və s.) tərəfindən açıqlanan hesabatlarda məlumat və münasibətlər yer alır. Bu istiqamətdə son 3 ildə yayılan hesabatları ümumiləşdirsək bu qənaətə gəlmək olar ki, Azərbaycanda həbsxana şəraiti ağır olaraq qalmışdır və infrastrukturun təkmilləşdirilməsinin davam etdirilməsinə baxmayaraq bəzi həbsxanalardakı şərait həyat üçün təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yolxucu xəstəliklərin yayılması probleminə səbəb olmuşdur (ABŞ Dövlət Departamentinin Hesabatından; http://photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/).

ABŞ Dövlət Departamentinin Azərbaycandakı həbs yerləri ilə bağlı yaydığı hesabatda qeyd olunur ki,  infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Dövlət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsəsən gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırırlar.

Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxuyurlar. Həbsxana uçot sistemi lazımi səviyyədə təşkil edilməyib.

ABŞ Dövlət Departamentinin “İnsan Haqları 2014” hesabatının Azərbaycanla bağlı hissəsinin bəzi qeydlərini təqdim edirik;

Həbsxanalarda və saxlama məntəqələrində şərait. Həbsxanalarda şərait pis, bəzən isə həyat üçün təhlükəlidir. Bəzi penitensiar müəssisələrdə saxlanılanların həddən artıq olması, qeyri-adekvat qidalanma, isitmə və havalandırma sisteminin pis olması, zəif tibbi qayğı səbəbindən yoluxucu xəstəliklərin yayılması problem olaraq qalır.

Ədliyyə Nazirliyinin məlumatına görə, penitensiar müəssisələrdə 104 ölüm halı qeydə alınıb. Onlardan 79-u müalicə müəssisəsində baş verib. Daxili İşlər Nazirliyi isə ilin ilk 9 ayı ərzində nazirliyin saxlama yerlərində 2 ölüm halının baş verdiyini bildirib. Prokurorluğun məlumatına görə, hər iki hal ölənin səhhəti ilə bağlı olub.

Məhbuslar nəzarətçilər tərəfindən döyüldüklərini və təcrid kameralarına salınmaqla cəzalandırıldıqlarını bildiriblər. Məhbusların çoxu məhkəmə orqanlarına və Ombudsmana şikayət edə bildiklərini söyləsələr də, həbsxana rəhbərliyi məhbusların yazışmalarını daim oxuyublar.

Hökumət bəzi beynəlxalq və yerli təşkilatların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin, Avropa Şurası Parlament Assambleyası sədrinin və İşgəncələrə qarşı Azərbaycan Komitəsinin həbsxanalara ziyarətinə icazə verib. Ədliyyə Nazirliyi İşgəncələrə qarşı Azərbaycan Komitəsindən penitensiar müəssisələrə baş çəkməzdən qabaq məlumat verməyi tələb etsə də, Daxili İşlər Nazirliyi belə bir məlumatlandırma şərti qoymayıb. Sentyabrın 17-də BMT-nin İşgəncələrə qarşı alt komitəsinin müstəqil ekspertləri hökumətin bəzi saxlama yerlərinə baxışa icazə verməməsi səbəbindən səfərlərini qısaltmalı olublar.

Polis və təhlükəsizlik aparatının rolu. Qanun özbaşına həbs və saxlamanı qadağan etsə də, hakimiyyət ümumilikdə bu qadağaya riayət etməyib və cəzasızlıq başlıca problem olaraq qalıb. Polis kütləyə nəzarət etmək üçün müxtəlif metodlardan istifadə edib. Bəzi hallarda dinc etirazçıları saxlayaraq, onlara qarşı həddən artıq güc tətbiq edib.

Ümumilikdə, təhlükəsizlik qüvvələri cəzasız qalsa da, Daxili İşlər Nazirliyi il ərzində vətəndaşlara qarşı pis rəftara, əsassız saxlama və həbsə görə 190 polis əməkdaşı barəsində intizam tənbehi tədbiri görüldüyünü açıqlayıb.

Həbs proseduru və saxlanılanlara qarşı rəftar. Aprel ayında parlament Cinayət Məcəlləsinə dəyişiklik edib. Polisin fərdi məhkəmə qərarı olmadan saxlamaq müddətini 48 saatdan 96 saata qaldırıb. Ayrı-ayrı vaxtlarda məhkəmə qərarı olmadan günlərlə saxlanılma halları baş verib. Bəzən isə məhkəmə fərdin həbsi barədə qərarı onun həbsindən sonra çıxarıb. İstər siyasi həbslərdə, istərsə də adi həbslərdə vəkillə təmin edilmə hüququ tez-tez pozulub. Bakıdan kənarda vəkillə təmin olunma məsələsi xüsusilə acınacaqlıdır.

Müxalif fəal, hökumətin Facebook-da tanınmış tənqidçilərindən olan Fərəc Kərimov heç kimə xəbər verilmədən 10 gün saxlanılıb. Məlumata görə, həmin 10 gün ərzində o, narkotiklə bağlı ittihamı boynuna alması üçün döyülüb. Amnesty İnternational Fərəci və ondan 6 gün əvvəl həbs edilmiş qardaşı Siracı “vicdan məhbusu” elan edib.

Bəzi hallarda fərdi yaxalamaq üçün polis onun yaxınlarından girov kimi istifadə edib. Avqustun 2-də polis Facebook və AXCP fəalı Ruslan Nəsirlinin atasını saxlayaraq, onu yalnız oğlunun polisə təslim olmasından sonra azad edib.

Özbaşına həbs: Polisə müqavimət, qanunsuz narkotik vasitə və ya silahdaşıma, yaxud ictimai asayişi pozma kimi qondarma ittihamlarla özbaşına həbslər həyata keçirilib. Məsələn, yanvarın 24-də Facebook fəalı və bloqqer Ömər Məmmədov həbs edilərək, qanunsuz narkotik maddə saxlama ittihamı əsasında 5 il azadlıqdan məhrum olunub.

Ədalətli mühakimədən imtina. Konstitusiyanın müstəqil məhkəməyə təminat verməsinə baxmayaraq, hakimlər icra hakimiyyətindən müstəqil fəaliyyət göstərmirlər. Məhkəmə sistemi korrupsiyalaşmış və qeyri-səmərəli olaraq qalır. Bir çox məhkəmə qərarı hüquqi cəhətdən əsassız olub, məhkəmə çəkişməsində təqdim edilən sübutlara uyğun gəlmir. Etibarlı məlumatlara görə, hakim və prokurorlar Prezident Administrasiyasından və Ədliyyə Nazirliyindən təlimat alırlar.

Məhkəmə proseduru. Bir çox hallarda hakimlər öz qərarlarını yekunda oxumayıb. Yaxud qərarlarını əsaslandırmayıblar. Çox az sayda oturacaqları olan kiçik məhkəmə zallarından istifadə, habelə iclasın başlanma vaxtının son anda dəyişdirilməsi bəzi məhkəmə işlərində ictimaiyyətin iştirakına əngəl törədib.

Hakimiyyət hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevə qarşı işlərdə onların müdafiə komandasından bəzi vəkilləri uzaqlaşdırmaq üçün müxtəlif metodlara əl atıb. Azadlıq radiosunun Bakı Bürosunun bağlanmasından və onun işçilərinin istintaqa çağırılmasından sonra hakimiyyət bir yerli vəkilin onları təmsil etməsinə imkan verməyib.

Həssas işlərdə vəkil kimi çıxış etmək istəyən bir sıra vəkilə müxtəlif yollarla, o cümlədən Vəkillər Kollegiyasının qərarı ilə qadağa qoyulub. Məsələn, dekabrın 10-da Kollegiya Leyla Yunusun işindən uzaqlaşdırılmış iki vəkildən biri olan tanınmış hüquqşünas Xalid Bağırovu öz sıralarından xaric edib. Vəkillərə qarşı istifadə olunan başqa metodlara misal olaraq, tanınmış hüquqşünaslar Əlabbas Rüstəmovun iyunun 28-də, İntiqam Əliyevin isə avqustun 8-də həbs edilməsini göstərmək olar. İstintaq çox vaxt maddi sübutlar toplamaqdan daha çox etirafedici ifadə almağa səy göstərib.

Siyasi təhdidlər. Polis şübhəli şəxslərin ailə üzvlərini, müxalifətçiləri, habelə bəzi QHT-lərin rəhbərlərini və işçilərini, eləcə də onların ailə üzvlərini təhdid etmək, bəzən də həbs etmək təcrübəsindən yararlanmağa davam ediblər. İyulun 30-da Siyasi Məhbuslarsız Azərbaycan təşkilatının koordinatoru və keçmiş siyasi məhbus Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əlgüşad Gülalıyevə qarşı cinayət işi qaldırıb. Atanın siyasi məhbusları müdafiə fəaliyyətini dayandırmadığı təqdirdə oğulun hədəfə alınacağı barədə polisdən təhdidlər səslənib.

Həbs yerlərində işgəncə hallar…

Yerli və beynəlxalq qanunvericilik həbs edilən şəxslərə qarşı işgəncə əməllərini qəti şəkildə qadağan etsə və buna görə ağır cəza nəzərdə tutulsa da ölkə həbsxanalarında dustaqlara qarşı işgəncə halları davam etməkdədir. Həbs edilən şəxslərə qarşı insan ləyaqətini alçaldan münasibətin göstərilməsi, onların qəddarlığa və işgəncələrə məruz qalması həm müvəqqəti saxlama və istintaq təcridxanalarında, həm də cəza çəkmə müəsissələrində həyata keçirilir. İşgəncə təkcə fikizi zor tətbiq etməklə deyil, insan ləyaqətini alçaldan münasibətə məruz qoymaq, qeyri- əlverişli saxlama şəraiti, aşındırıcı pisxoloji münasibət, diskriminasiya və s. hərəkətlərdə özünü biruzə verir. Həbs olunan bir çox dustaqların, onların yaxınlarının, vəkillərinin verdiyi məlumatlara əsasən təhlükəsizlik qüvvələri saxlanılan şəxsləri etirafedici ifadələr almaq, qorxutmaq və s. məqsədilə döymüş, mitinqçiləri və jurnalistləri təhqir etmişdir. Cəzasızlıq problem olaraq qalmışdır. Verilən məlumatlara əsasən pis rəftar olunduqlarını bildirən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət orqanları de- fakto qadağa qoymuşdur və onların vəkillə təmin olunmalarını yubatmışdır. Cərimə təcridxanasına salınan dustaqlar elə hallar olur ki, şiddətli şəkildə döyülür.

“Rəis deyirdi ki, dustaqları elə vurun ki, izi qalmasın”

Keçmiş siyasi məhbus Əvəz Zeynallı bildirir ki, həbs yerlərində zorakılıq və işgəncə halları azalmır. Bunu Penitensiar Xidmətdə baş verən ölüm halları da təsdiq edir; “Mən 10 saylı cəza çəkməmMüəsissəsində cəza çəkdiyim zaman elə hallar olub ki, 20 gündən bir bir məhkumun cənazəsini evinə göndərmişik. Bunların çoxu əcəli ilə ölüb, amma maraqlıdır ki, CÇM-lərdə tibbi-sanitar hissələr xəstələr üçün nəzərdə tutulsa da, orada xəstəliyi olmayan zəngin adamlar qalır. Bu özü işgəncədir. Xəstələr müalicə oluna bilmirlər. “Zon”- larda gecə həkim növbətçisi olmur. Bu da insanların ölməsinə səbəb olur. Penitensiar Xidmət bu haqda informasiyaları tam gizlin saxlayır. Bir neçə dəfə sorğu ilə müraciət eləsəm də, cavab verməyiblər.

“Zon” daxilində işgəncə hallarına tez-tez rast gəlmək olur. Bunu gizlədirlər və açıqlamırlar. Amma rəislər razvodun qarşısında belə işgəncə metodlarından fəxrlə danışırlar. Xatırlayıram, bir dəfə 10 saylı CÇM rəisi Mirsaleh Seyidov razvodun qarşısında dava-dalaş salan dustaqlara xitabən beləcə də demişdi: “Elə vurun ki, izi qalmasın. O üsulları biz bilirik. Heç olmasa bizdən öyrənin”. İronik deyilmişdi, amma dəstə ilə dustaqları tapdaladıqları hər gün ölüm risqi var. Təsadüfi deyil ki, 14 saylı CÇM-də baş verən ölüm hadisəsi bunun bariz nümunəsidir. Orada Elşad Babayevi döyərək öldürdülər və sonra mətbuata telefon edən şahidi də onun arxasınca öldürdülər.

Maraqlıdır ki, 14 saylı CÇM-in rəisi Əli İbrahimov və Elşadın ölümündə adı hallanan Firdovsi adlı rəis müavini mənim cəza çəkdiyim 10 saylı CÇM-dən getmişdilər 14 saylı zona- işgəncə üsullarını məhkumlara öyrədən rəisin yanından…

Maddi işgəncələrlə birlikdə mənəvi işgəncələr daha çoxdur indi. Rəislər tanınmış məhkumların, xüsusilə siyasi məhbusların arxasınca güdükçülər qoyurlar. İnsanın beynini məhv etmək üçün hər zaman adamı gərginlikdə saxlayırlar. Mən bu işgəncə metodu ilə 10 saylı CÇM-də saxlanıldığım 17 ay boyu hər gün iç-içə olmuşam. Hər addımım güdükçülər tərəfindən izlənib, bunu hamı bilib. Rəis də bunu heç bir zaman inkar etməyib və hətta bunu qürurla tətbiq etdiyini təkrarlayıb.

Qələm əhli üçün işgəncənin ən bariz nümunəsi ona kompüterdən icazə hüququ verilməməsidir. 3 il 2 ay 2 gün bu hüquq uğrunda mübarizə aparsam, Penitensiar Xidmətin keçmiş rəisi Mədət Quliyevə bu haqda dəfələrlə müraciət etsəm də, buna nail ola bilməmişəm. Təcridxanada Elxan Sadıxovun dönəmində qısa müddətdə o icazəni ala bilsəm, 10 saylı CÇM-də cəmi bir ay – iyun 2013 – kompüterlə işləmək icazəsi verilsə də, sonra qeyri-müəyyən səbəbdən bu, qadağan olundu. 10 saylı CÇM-də 100-dən çox kompüter vardı, pulla xidmət göstərən kompüter otağı vardı və yeri gəlmişkən, bu otaqda saatı 1 manatdan oyun oynamaq, kliplərə baxmaq mümkün idi. Ancaq yazı yazmağa icazə yox idi. Ancaq 10 saylı CÇM- də  özünə sayt yaradan, gündə internetdən istifadə edən, rəisin və ədliyyə nazirliyinin villalarının eskizlərini kompüterdə çizən məhkumlar da vardı. Onlara hər şey olardı, amma ömrünü yazıya həsr edən qələm adamına kompüter qadağan edilmişdi.

5000 səhifədən çox yazı tərəfimdən qələmlə yazıldı. Bəzən barmaqlarım şişir, bəzən qanayır, bəzən qələm tutmurdu. Bu, tam bir işgəncədir və müasir dünyamızda işgəncə faktı kimi qeyd olunmalıdır.

İnsanları döymək kimi, söymək kimi, ayrı-seçkilik kimi, kompüterdə yazı yaza bilmək imkanlarının olmaması da işgəncədir və bu, hazırda 12-yə qədər jurnalistinin həbsdə olduğu Azərbaycanın bütün həbsxanalarına xarakterik haldır…

Həbsdə olam yetkinlik yaşına çatmayan şəxlərin həbsxanalarda cərimə kameralarına (kars) salınması halları da qeydə alınıb ki, bu da qanunla qadağan olunmuş hal hesab edilir. Bu haqda həbsdə olan jurnalist, siyasi məhbus Xədicə İsmayıl ilk olaraq məlumat vermiş, Bakı İstintaq Təcridxanasında yetkinlik yaşına çatmayan məhkumların cərimə kamerasına salınmasını mətbuata və ictimaiyyətin diqqətinə çatdırmışdı.

Bundan sonra tanınmış vəkil öz müvəkkili olan 15 yaşlı məhkumun bu hal ilə üzləşdiyini bəyan edərək jurnalistin dediklərini təsdiqləmişdi.

Siyasi məhbuslara təzyiqlər və işgəncələr

Son zamanlar həbsdə olan siyasi məhbusların saxlanma şəraitində problemlərin və onlara qarşı təzyiqlərin, işgəncələrin artdığına dair məlumatlar qeydə alınmaqdadır.

 Həbsdə olduğu müddətdə Sülh və Demokratiya İnstitunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Leyla Yunusa qarşı həmişə hakimiyyətin psixoloji təzyiqləri olub. Ona qarşı dəfələrlə cinayət törətmiş bəzi dustaqlar vasitəsi ilə təzyiq etmək, vaxtaşırı olaraq dərman və digər diabet xəstəsi üçün lazım olan yeməklərlə təmin olunmasına süni maneçilik yaradılıb. Hüquq müdafiəçisinin vəkillərinin verdiyi məlumata görə   Leyla Yunusa qarşı Penitensiar Xidmətin əməkdaşları tərəfindən bir neçə dəfə fizki zorakalıq göstərilib. Amma ona qarşı baş verənləri Penitensiar Xidmət həmişə təkzib edib.

Bir sıra ictimai- siyasi təşkilatlar baş verən zorakalıq aktının Penitensiar Xidmət tərəfindən ört- basdır edilməsi cəhdini olayın arxasında hakimiyyətin siyasi iradəsinin dayandığını bəyan ediblər.

Keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Leyla Yunusa qarşı Bakı İstintaq Təridxanasında işgəncə, qeyri insani davranış haqqında bu il mətbuatda bir sıra yazılar dərc olundu. Həbsdə olan hüquq müdafiəçisinin vəkili açıqlamalarında bunu təsdiqləyib.

Leyla Yunusa qarşı zor tətbiq edilməsi, onun boş bir kameraya salınaraq saçlarında sürüməklə və bədəninə yumruq zərbələri vurmaqla müşayət olunmuşdur. Xanım Yunus məhkəmə zamanı bədənində olan qançırların bəzilərini məhkəmə iştirakçılarına göstərmişdi.

Qeyd edək ki, Leyla Yunus 60 yaşının üzərində, diabet və hepatit c xəstəsidir. Ona qarşı bu cür qeyri- insani davranış bütün hüquq normalarının ayaqlar altına alınmasıdır.

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbus, REAL hərəkatının sədri İlqar Məmmədov bir neçə dəfə vəkili vasitəsi ilə ona qarşı təxribatın hazırlandığını ictimaiyyətə çatdırmışdı. Daha sonra isə Məmmədovu müəssisə rəisinin otağında, rəisin müşayiəti ilə döymüş və cərimə təcridxanasına salmışlar. Yaxınlarının verdiyi məlumata görə REAL sədri bir neçə dəfə fiziki zorakalığa məruz qalıb, döyülüb və dişi sındırılıb.

Bu, İlqar Məmmədova qarşı olan ilk işgəncə halı deyil və son olacağı da gözlənilmir. Çünki Avropa Məhkəməsinin onun barəsində çıxardığı qərara görə o azad edilməli idi. Lakin hakimiyyət siyasi opponentinə qarşı bu cür azadetməni gözə almır və ondan prezidentin adına əfv ərizəsi yazmaq tələb olunur. Məmmədov isə bu ərizəni yazmaqdan imtina etdiyi üçün təzyiqlərə məruz qalmaqdadır.

İlahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bir neçə dəfə həbs həyatı yaşayıb. O, bu ilin 30 iyul tarixində həbsdən azad olunsa da ona qarşı təqib halları davam etdirilib. Bağırzadə azadlıqda olarkən bir neçə dəfə polis şöbəsinə, MTN- ə dəvət olunub. Son dəfə saxlanıldığı Yasamal rayon polis şöbəsində ona qarşı zorakaklıq olub. Bu haqda ilk öncə onun vəkili, daha sonra isə özü məlumat verib. Bundan sonra isə ictimaiyyətin yaddaşında “Nardaran hadisələri” kimi qalan məlum olayda həbs edildi. Etibarlı mənbədən aldığımız xəbərə görə onun DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı və orada ağır işgəncələrə məruz qaldığı bildirilir. Amma bunu dəqiqləşdirmə imkanımız yoxdur. Çünki Bağırzadənin vəkilini onunla görüşə buraxmırlar. Bu isə onun   işgəncəyə məruz qalması barədə şübhələri artırır.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı dövlətin güc strukturlarından müvəqqəti saxlama və həbs yerlərində olan məhkumlara qarşı bu cür qeyri- insani rəftara son verməsini tələb etmiş, məhbuslarla münasibətin qanunla tənzimləndiyini və hüquq normaları çərçivəsindən kənara çıxıldığını dəfələrlə xatırladıb.

Həsb yerində işgəncəyə məruz qalan AXCP fəalı, siyasi məhbus Elvin Abdullayev Kürdəxanı təcridxanasında ona verilən işgəncələri belə anladır: “Bilərəkdən planlı şəkildə kamerama “üzdəniraq” saldılar (məni sındırmaq üçün).  Mən “ya bunu burdan çıxardın, ya da məni başqa kameraya yerləşdirin” deyə qəti etirazımı bildirdim. Məni təcridxana qaydalarına əməl etməmək adıyla söyüş, təhqirlə 7 gün karsa saldılar, erməninin etmədiyi işgəncələri verdilər, 3 gün Nəsimi kimi qolumu qandallayıb, dubinkanın altına saldılar. 10 nəfər üstümə tökülüşüb yumruq və təpiklə döydülər. 3 gün tək otaqda ac-susuz saxladılar, “əqidəndən dön” deyə zülm verdilər. Bütün bədənimdə döyülmənin izi durur. Yalnız üzümə zərbə ilə vurmurdular. Günahım yox idi, nədən işgəncə gördüyümü bilmirəm. Penitensiar Xidmətin məhbus insanların hüquqlarının tapdandığı Kürdəxanı akademiyası budur! Bir gəncin şərlənərək həbsi, ona verilən işgəncələr, Allahını tanımayanların əqidəndən dön zülmləri…”

Həbs edilən zaman fiziki zorakalığa, işgəncəyə məruz qalanlardan biri də AXCP fəalı, siyasi məhbus Murad Ədilovdur. O, 11 avqust 2014-cü ildə Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Saxlandığı vaxt ona ittiham elan edilmədən hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki zorakılıq edilib.
Sabirabad polis şöbəsinə gətirildikdən sonra cibinə polislərin qoyduqları narkotikin ona məxsus olması barədə təklifi rədd edib. Bundan sonra o ağır formada təhqir edilib, yaxınları, ailə üzvləri ilə bağlı şantajlara məruz qalıb, lakin yenə də öz əleyhinə ifadə vermədiyindən adları artıq bəlli olan Tərlanov Elman Zöhrab oğlu, İmanov Pərviz Nüsrət oğlu, Kazımov Azər Əzizağa oğlu ( DİN BNMİ-nin əməkdaşları), Sultanov Rauf Qalamirzə oğlu və Şəbəndiyev Vüsal Müzəffər oğlu ( Sabirabad RPŞ-nin əməkdaşları) və adlarını dəqiqləşdirə bilmədiyimiz daha iki nəfər tərəfindən döyülüb. Bu işgəncə polis şöbsəində rəis müavini Əlifağa Kazımovun gözləri önündə baş verib.

İki gün sonra Murad Ədilov Baş Mütəşəkkil Cinayətkarlığıa Qarşı idarədə saxlanılarkən DİN BNMİ-nin əməkdaşları yenidən ora gələrək ona qarşı mənəvi işgəncə sayılacaq hərəkətlərə yol veriblər, yenə də ondan etirafedici ifadələr almağa çalışıblar. Bütün işgəncələrə rəğmən Murad Ədilov saxta ifadə verməkdən imtina edib. Bu hallar məhkəmə qaydasında araşdırılıb, lakin məhkəmə bu hallara obyektiv qiymət vermədiyindən ( son işə baxan apelyasiya məhkəməsinin hakimi Qədim Babayev ) Avropa İnsan haqları məhkəməsinə şikayət edilib.

İşgəncə faktı ilə maraqlı məqamlardan biri vəkil Yalçın İmanovun Mütəşəkkil CQMİ və Muradın sonra saxlanıldığı təcridxanaya yolladığ sorğu zamanı üzə çıxıb. Belə ki, BMCQMİ Murad Ədilov ora daxil olarkən üzərində heç bir xəsarət izi olmadğını qeyd etsə də, Kürdəxanı Təcridxanası onun bud nahiyəsində xəsarət olduğunu göstərən cavab yollayıb (http://www.azadliq.info/65299.html).
Murad Ədilov BMCQMİ saxlanılarkən vəkili Yalçın İmanovla onun görüşünə icazə verilməyib. Bu barədə Ombudsmana, baş prokurorluğa edilən şikayətlər cavabsız qalıb. Vəkildən tələb olunub ki əgər görüşdən sonra işgəncə faktını gizləyəcəksənsə görüşə bilərsən (http://www.azadliq.org/content/news/26528870.html). Xatırladaq ki, Murad Adilov AXCP Mətbuat Xidmətinin rəhbəri, Azadlıq qəzetinin əməkdaşı Natiq Adilovun qardaşıdır.

Həbs yerlərində məhbuslara işgəncə verilməsi ilə bağlı keçmiş siyasi məhbus Bəşir Süleymanlı bildirir ki, şəxsən özümə qarşı birbaşa işgəncə hərəkəti olmasa da məhkumlara qarşı  insan ləyaqətini alçaldan hərəkətlərə yol verilib; “Qanuna uyğun olmadıgı halda məcburi şəkildə saçım  qırxılıb. Bununla baglı mətbuatda da vəkilim vasitəsi ilə məlumat yayılıb. Həmin qanunsuzlugu həyata keçirən əməkdaş hələ də məsuliyyətə cəlb edilmədən fəaliyyətini davam etdirir”.

Həbs yerlərində ölüm halları

Aparılan araşdırmalar göstərir ki, Azərbaycan həbsxanalarında məhbuslara verilən işgəncələr nəinki aradan qaldırılır, əksinə bəzən bu işgəncələr ölümlə nəticələnir. Son zamanlar elə bir il olmur ki,  işgəncə nəticəsində məhbus dünyasını dəyişməsin. Bir çox hallarda bu faktlar ört- basdır edilir və məhbusun ölümü başqa səbəblərlə əlaqələndirilir. ABŞ Dövlət Departamentinin 2014- ci il üzrə illik Hesabatında qeyd olunur ki, Azərbaycan həbsxanalarında yalnız işgəncə nəticəsində ən azı 4 ölüm faktı qeydə alınıb.

2014 cü ildə işgəncə nəticəsində qeydə alının ən dəhşətli məhbus ölümü 22 dekabrda 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elşad Babayev adlı məhkumun ölümü olub. Şahidlərin və mərhumun bacısının verdiyi məlumata, eləcə də morqda cəsədin yayılan fotolarında dəhşətli işgəncənin izləri açıqca görünür.

Elşad Babayevin işgəncə nəticəsində öldürülməsi ilə bağlı eyni həbsxanada saxlanılan məhkumlardan biri olayı tam təffərüatı ilə anlatmışdır; Hadisədən öncə Elşad Babayevi cərimə təcridxanasına (kars) salıb orada ağır işgəncələr verirdilər. Bağırtısı tibb məntəqəsinin həyətindən (kars ilə tibb məntəqəsi arasında iki divar, 30 metr məsafə var) eşidilirdi. Daha sonra hər gün verilən işgəncəyə dözmədi bədəni, dünyasını dəyişdi. Məhkuma işgəncə verən müəssisənin rejim şöbəsi rəisi Faiq, əməliyyat şöbəsi rəisi Firdovsi və müavini Tural, müəssisə növbətçisi Vüqar, nəzarətçi Rahib və bunların başında isə müəssisənin rəisi Əli İbrahimov vardı. Bütün bunlar 5 manat dərdi idi” – deyə şahid bildirir. “Məhkum ondan tələb edilən məbləği rəis Əli İbrahimova çatdırmamışdı, bu isə ölümə bərabər haldır. Nəticəsi göz qabağında”.

Olayın daha bir şahidi prokurorluğa bu haqda şikayət etmiş, mərhumun döyülərək öldürdüyünü bildirmişdi. Bundan sonra orda həmin məhkum məcburi və müəmmalı şəkildə Müalicə Müəssisəsinə köçürülmüş və bir həftə sonra “ürək çatışmazlığı” diaqnozu ilə ölüm xəbəri yayılmışdı. Ölmədən (və ya öldürülmədən) öncə məhkuma 14 saylı CÇM- də təzyiq edərək E.Babayevin ölüm işindəki ifadəsini dəyişməsi yönündə təzyiq edilməsi də başqa bir müəmmadır.

14 saylı CÇM də məhkumun işgəncə ilə öldürülməsindən sonra məhkumlar bu haqsızlıqa qarşı etiraz aksiyası keçiriblər. Bir neçə məhkum “nadzorlar”-a hücum edib və müəssisənin bəzi yerini daş-qalaq ediblər. Bu hadisənin qarşısını jurnalist Araz Quliyev, Miryusif Seyidov, Anar Qasımlı, İlham Hətəmov və Ramil Vəliyev alaraq məhkumlara etdiklərinin düzgün olmadığını bildiriblər. Bir qədər keçməmiş müəssisəyə xüsusi təyinatlılar (“qara maskalılar”- red.) daxil olub. Məhkumlar onlarla danışıq apardıqdan sonra bildiriblər ki, sakitlik olacaq, lakin E. Babayevin ölümü araşdırılsın. Beləliklə, bir neçə gün keçdikdən sonra dekabr ayının 26-ı səhər saat 5 radələrində müəssisəyə Penitensiar Xidmətin xüsusi qoşunu yeridilib. Orada olan bütün məhbuslar amansızcasına döyülüb. Araz Quliyev, Miryusif Seyidov, Anar Qasımlı və bir neçə məhbus döyülərək işgəncə verilmək üçün “Tubzon”a (İxtisaslaşdırılmış Müalicə Müəssisəsi) aparılıb. Adıçəkilən məhkumlar müəssisəyə daxil olduqdan sonra da müəssisənin rəisi Nizami Quliyevin rəhbərliyi ilə amansız işgəncələrə məruz qalıblar. Ailə üzvlərinin dövlət orqanlarına şikayət etməsinə baxmayaraq onlar ac-susuz 1 aya yaxın işgəncəyə məruz qalıb, yaxınları və vəkilləri ilə görüşmələrinə imkan verilməyib. Məsələ ictimailəşəndən, bir sıra yerli və beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qırmızı Xaş Komitəsinin müdaxiləsindən sonra onları Qobustana qapalı tipli həbsxanaya köçürülüblər.

Lakin bütün bunlara baxmayaraq E.Babayevin ölümü ətrafında başlanan cinayət işi az sonra bağlanılıb və ekspertiza ölüm səbəbini “ürək çatışmazlığı” kimi qiymətləndirib.

Məhkum ölümünün üzərindən Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimova növbədənkənar polkovnik rütbəsi veriblər. Ə.İbrahimova rütbə verilərkən hansı meyarların əsas götürüldüyü bəlli deyil. Bilinən odur ki, onun rəhbərlik etdiyi cəzaçəkmə müəssisəində qalmaqallı ölüm olayları baş verib.

Elşad Babayevin işi üzrə əsas şahid Yadigar Nuriyev olub. Bu ilin avqustunda o, Elşad Babayevin ölümünə yol açan vəhşicəsinə döyülməsi səhnəsi haqda gördüklərini deməkdən çəkinmədiyini, istintaqa dediklərini açıq şəkildə ictimaiyyətə çatdırmaq istədiyini söyləmişdi. Onun fikirləri mətbuatda dərc olunduqdan və ictimailəşəndən  sonra Y.Nuriyev saxlanıldığı Məhkumların Müalicə Müəssisəsində “həddindən artıq qəbul olunan dərman preparatlarından zəhərlənməsi”ndən dünyasını dəyişib.

Yadigar Nuriyevin fikirləri “Yeni Müsavat” qəzetinin 26 avqust 2015-ci il tarixli sayında “Öldürülən məhkumun işindəki ilginc ifadə üzə çıxdı” başlıqlıı, “Mən içəri girəndə təpik, dubinka… daha nə ilə vurmurdular onu” alt yarımbaşlıqlı yazıda dərc olunub.

14 saylı CÇM- nin rəisi Ə.İbrahimovun adı beynəlxalq təşkilatlara işgəncələrlə bağlı təqdim olunan hesabatlarda yer alır. Ötən il “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” Hesabatında məhbuslara işgəncə verən vəzifəli şəxslərdən 21 nəfərin adları yer alıb. Siyahı üzrə 18-ci Əli İbrahimovdur.

Qeyd edək ki, E.Babayevin ölümündən sonra Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci – vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Elşad Babayevin işgəncələrlə öldürülməsini Qaradağ Prokurorluğunda məhz belə qiymətləndiriblər. Sonradan iş Qaradağ Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurluğuna verilib. Lakin burada da işin obyektiv istintaqı təmin olunmayıb. Buna görə də iş daha yüksək instansiyada istintaq edildi. Baş Prokurorluqdakı araşdırmalar nəticəsi də digərlərindən fərqlənmədi. Bu baxımdan  Ə.İbrahimova rütbə verilməsini Elşad Babayevin döyülərək, dəhşətli işgəncələr verilərək öldürülməsi, iş üzrə əsas şahid olan Yadigar Nuriyevin müəmmalı ölümünün  məntiqi davamı hesab etmək olar.

Hadisənin baş verdiyi 14 saylı Cəza Çəkmə Müəsissəsində həmin vaxt cəza çəkən, siyasi məhbus Qurban Məmmədov bildirir ki, Elşad Babayev vəhşicəsinə döyülmə nəticəsində həyatını dəyişib; “İstintaq yolu ilə bunun belə olmadığı “sübut edildi”. Məhbuslara qarşı amansız münasibət davam edir. Ona görə də o yerlərə ictimai nəzarət güclənməli, cəza müəsissələrinin qapısı jurnalistlərə, valideynlərə açıq olmalıdır”.

Polis bölməsində ölüm halları. Ölüm halları təkcə Cəza Çəkmə Müəsissələrində deyil, polis şöbələrində də qeydə alınıb. Cari ilin 20 avqust tarixində Mingəçevir şəhər polis şöbəsində baş vermiş müəmmalı ölüm hadisəsi buna misal ola bilər. Hadisə Mingəçevir polis şöbəsi əməkdaşlarının şəhər sakini, narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Bəhruz Hacıyevi saxlaması və polis şöbəsinə aparmasından sonra, şöbənin otaqlarından birində olub. Polis şöbəsindən verilən məlumatda B. Hacıyevin dindirilmə zamanı özünü binanın 3 cü mərtəbəsində olan otağın pəncərəsindən ataraq intihar etdiyi deyilir. Ancaq bu deyim ətrafında bir sıra müəmmalı məqamlar var. Mərhumun yaxınları, hadisə şahidlərinin söylədikləri isə polis şöbəsinin açıqlamasının tam əksini göstərir. Mərhumun meyidinə baxış zamanı onun üzərində olan işgəncə izləri bəzi məqamlara aydınlıq gətirir. Mərhumun atası Dilsuz Hacıyevin bildirdiyinə görə Bəhruz küçədən polis maşınına mindirilərək şöbəyə aparılıb. Nəzarət kameralarına baxan mərhumun atası qeyd edir ki, oğlu polislərə qarşı heç bir müqavimət göstərmədən şöbəyə daxil olub. Orada üstünə baxış keçiriblər. Daha sonra ona qarşı işgəncə olub və B. Hacıyev işgəncə nəticəsində ölüb. Bundan təşvişə düşən polis işçiləri B.Hacıyevin cəsədini binanın 3- cü mərtəbəsindən aşağı ataraq olaya intihar görüntüsü veriblər.

Atası oğlunun intihar etməsi ilə bağlı polisdən deyilənləri “yalan” adlandırır və bildirir ki, oğluna şöbədə işgəncə verilib, hətta bədənində elektroşok izləri də var, amma bu fakt gizlədilir. Atanın dediyinə görə, aylardır ki, oğlunun işgəncəyə məruz qalması faktının araşdırılması ilə bağlı döymədiyi qapı qalmayıb: “Müraciətlər etməkdən artıq yorulmuşam. Oğlum şöbədə öldürülüb, onun işinə düzgün baxılmır. Uşağın böyründə qara nöqtələr- elektoşok yerləri var, amma bu məsələni üzə çıxarmaq istəmirlər. Prokurorluqdan şikayət edirəm, ərizələrimi yenidən baxılmaq üçün prokurorluğa göndərirlər. Bu, necə mümkündür? Bundan sonra nə edim, sözümü kimə deyim? Göz görə-görə oğlumun qanını batırırlar”.

Azərbaycan həbsxanalarındakı işgəncələr beynəlxalq hesabatlarda…

 Azərbaycandakı həbs yerlərində məhbuslara verilən işgəncələr təkcə yerli hüquq müdafiəçiləri və təşkilatlar tərəfindən deyil, dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən də birmənalı şəkildə açıq qeyd və tənqid olunur. ABŞ Dövlət Departamentinin, Birləşmiş Millətlər Təşkilatının (BMT), Amnesty İnternational, Human Rights Watch və s. təşkilatlarının hesabat və sənədlərində Azərbaycandakı işgəncə hallarına geniş yer verilir.

ABŞ Dövlət Departamentinin İnsan haqları ilə bağlı illik hesabatının Azərbaycan bölümündə deyilir ki, il ərzində hüquq-mühafizə orqanları tərəfindən zorakılıqla bağlı yerli hüquq müdafiəçilərinə 324 şikayət daxil olub. Dörd halda işgəncə ölümlə nəticələnib. Məsələn, dekabrın 22-də məhbus Elşad Babayev ölüb. Bacısı bildirib ki, o, işgəncə səbəbindən ölüb. Həbsxana rəhbərliyi ittihamları təkzib edib.

Pis rəftar hallarının əksəriyyəti polis məntəqələrində baş verib. Hüquq-mühafizə orqanları zaman-zaman etirafedici ifadə almaq üçün işgəncə və digər zorakı metodlardan istifadə edib. Belə metodlardan biri kimi bəzən şübhəli şəxslər zorlanmaqla hədələniblər. Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun bildirdiyinə görə, o və əri Arif Yunus aprelin 28-29-da saxlama məntəqəsində olarkən zorlanmaqla təhdid ediliblər.

İstintaq təcridxanasına köçürüldükdən sonra, bir qayda olaraq, zorakı rəftara son qoyulub. Yalnız Leyla və Arif Yunusovlara qarşı onlar istintaq təcridxanasında olarkən də zorakılıq davam edib. Leyla Yunusun vəkilinin məlumatına görə, sentyabrın 23-də təcridxananın rəisi mayor Yaqubov müvəkkilini yerə yıxaraq, saçından dartıb, böyrəklərinə zərbələr endirib.

Pis rəftara məruz qaldıqlarını iddia edən saxlanılan şəxslərin müstəqil müayinəsinə de-fakto qoyulmuş qadağa qalmaqda davam edib.

2015- ci ilin sonlarında Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsinin yaydığı növbəti Hesabatda göstərilir ki, son illər Azərbaycan həbsxanalarında yüzlərlə işgəncə faktları qeydə alınıb, amma hökumət işgəncələrə görə bir nəfər günahkarı belə məsuliyyətə cəlb etməyib, baxmayaraq ki, cəzaçəkmə yerlərindən işgəncələrlə bağlı yüzlərlə şikayət daxil olur. 10 müstəqil ekspetdən ibarət İşgəncələr Əleyhinə Komitə vaxtaşırı monitorinq çərçivəsində Azərbaycanda vəziyyəti, hökumətin BMT-nin İşgəncələrə Qarşı Konvensiyasına əməl edib-etmədiyini öyrənir. Hesabatda bəzi bölümlərə nəzər salaq;

İşgəncə verənlərin cəzasız qalması praktikası. Komitə hüquq- mühafizə və istintaq orqanları əmək-daşlarının vətəndaşlardan etiraf xarakterli və ya digərlərinin əleyhinə ifadə almaq üçün mütəmadi olaraq, işgəncə, qəddar davranışdan istifadə etməsi barədə daxil olan çoxsaylı məlumatlardan narahatdır. Narahatlıq doğuran həm də odur ki, üzv dövlət dialoq zamanı işgəncələr, qəddar davranış barədə səslənən bütün ittihamları əsassız sayır. Halbuki, onların bir qismi BMT-nin insan haqları ilə bağlı başqa strukturları tərəfindən də araşdırılıb.

Üzv dövlətin hesabatına görə, 2010-2015-ci illərdə bircə nəfər də işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Halbuki, 2009-2013-cü illərdə həbs yerlərində məsul şəxslərin qəddar davranış və işgəncələrilə bağlı Penitensiar Xidmətə 334 şikayət daxil olub. 2010-2013-cü illərdə vəzifəli şəxslərin vətəndaşlara işgəncə verməsi haqda Daxili Işlər Nazirliyinə 984, Baş Prokurorluğa da 678 analoji şikayət daxil olub. Komitə hesab edir ki, bu göstəricilər Azərbaycanda işgəncələr haqda şikayətlərin operativ, effektiv və qərəzsiz araşdırılmadığının aşkar sübutudur.

Üzv dövlət işgəncələrə dözümlü yanaşmamalı, vətəndaşlara işgəncə verənlərin cəzasız qalması praktikasına son qoyulmalıdır. Işgəncə və qəddar davranış hallarının araşdırılması üçün görülən tədbirlər barədə konkret məlumatların əldə olunması təmin edilməlidir. Hər bir vətəndaşın şikayətinin obyektiv və effektiv şəkildə araşdırılması hüququ təmin edilməlidir.

Hüquq müdafiəçilərinə qarşı qəddarlıq. Komitə bu ölkədə bir sıra hüquq müdafiəçilərinin qanunsuz həbsi, həbs yerlərində onların qəddar davranışa məruz qalması, müəyyən hallarda, tibbi yardım ala bilməməsi barədə çoxsaylı məlumatlardan dərin narahatlığını bildirir. Məsələn, Leyla və Arif Yunuslar, Ilqar Məmmədov, Intiqam Əliyev, Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov.

Komitə eyni zamanda, dövlətin yuxarıda göstərilən şəxslərlə bağlı bütün iddiaların əsassız olması barədə birmənalı mövqeyindən təəssüflənir. Çünki BMT-nin digər strukturlarının da həmin şəxslərə qarşı münasibət barədə müvafiq hesabat və bəyanatları, Avropa Məhkəməsinin qərarı var.

Komitə narahatdır ki, bu şəxslər törətmədikləri əmələ görə həbs olunub, onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı tam, müstəqil və effektiv araşdırma, məhkəmə olmayıb.

Üzv dövlət qanunsuz həbslər, lazımi tibbi yardımdan imtina, hüquq müdafiəçilərinə qarşı qəddar davranışla bağlı yuxarıda göstərilən halları araşdırmalı, günahkarlar cəzalandırılmalıdır. Həmçinin insan haqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə həbs olunan hüquq müdafiəçiləri azadlığa buraxılmalıdır.

Saxlanılan şəxslərin hüquqlarının pozulması. Üzv dövlət qanunvericilikdə olduğu kimi, praktikada da saxlanılan hər bir şəxsin ilk andan öz seçdiyi vəkillə təmin olunması, ailə üzvlərilə əlaqə saxlaması, tam konfidensiallıq şəraitində müstəqil tibbi ekspertizadan keçirilməsi və şəxsin üzərindəki xəsarətlərin qeydə alınması, bununla bağlı obyektiv araşdırma aparılmasını təmin etməlidir. Vətəndaşların qanunla nəzərdə tutulmuş bu hüquqlarını məhdudlaşdıran vəzifəli şəxslər cəzalandırılmalı və cəzalananların sayı barədə komitəyə məlumat verilməlidir.

Azərbaycanda müstəqil məhkəmə sisteminin olmaması. Komitə əvvəlki kimi, yenə də Azərbaycanda məhkəmə sisteminin müstəqil olmaması, icra hakimiyyətindən asılı olması, siyasi təzyiqlər altında fəaliyyət göstərməsindən narahatlığını ifadə edir. Komitə əvvəlki tövsiyəsini bir daha təkrarlayaraq bildirir ki, təkcə qanunvericilikdə yox, praktikada da məhkəmələrin tam müstəqilliyi və qərəzsizliyi təmin olunmalıdır.

Vəkillərə edilən təzyiqlər. Komitə Azərbaycanda Vəkillər Kollegiyasının yetərincə müstəqil olmaması, icra hakimiyyətindən asılılığı, bu qurumun üzvlərinin sayının məhdudluğu və bütün bunların da ölkədə vəkilliyin müstəqilliyinə mənfi təsir göstərməsindən narahatdır. Komitə həmçinin ölkədə həbs olunmuş fəalları müdafiə edən vəkillərə qarşı təzyiqlərdən, belə vəkillərin Kollegiyadan çıxarılmasından narahatlığını bildirir. Üzv dövlət qanunvericiliklə yanaşı, praktikada da vəkillərin müstəqilliyini təmin etməlidir.

İşgəncə yolu ilə əldə olunmuş sübutlar. Komitə ilkin istintaq zamanı adamlardan işgəncə yolu ilə ifadə alınması və sonradan həmin ifadələrdən məhkəmədə sübut kimi istifadə olunması hallarından da narahatdır. Nəzərə almaq lazımdır ki, Cinayət Prosessual Məcəllənin 125.2.2-ci maddəsi zor tətbiqi, hədə-qorxu, aldatma, işgəncə, qeyri-insani rəftar yolu ilə əldə olunmuş sübutların məhkəmə tərəfindən qəbulunu qadağan edir. Komitəni narahat edən məqamlardan biri də budur ki, üzv dövlət hakimlərin işgəncə yolu ilə əldə olunmuş sübutları qəbul etməkdən imtina etməsi, yaxud məhkəmədəki çıxışında istintaq zamanı işgəncə altında etirafedici ifadə verdiyini deyən şəxsin söylədiklərini araşdırması barədə heç bir fakt təqdim etməyib.

Üzv dövlət praktikada işgəncə yolu ilə əldə olunmuş sübutlardan istifadə olunmaması, məhkəmələrdə bu cür sübutların qəbul edilməməsi üçün təcili tədbirlər görməlidir. Həmçinin bu cür sübutlar əsasında mühakimə olunmuş şəxslərin təkrar məhkəməsi keçirilməli, onlara adekvat kompensasiya verilməlidir. Üzv dövlət komitəyə qanunsuz əldə olunmuş sübutların məhkəmədə qəbul olunmaması, bu yolla sübut topladığına görə vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması halları barədə məlumat verməlidir.

Yetkinlik yaşına çatmayana qarşı işgəncə. Komitə xüsusən yetkinlik yaşına çatmayanlardan etirafedici ifadələr almaq üçün onlara işgəncə verilməsi, onların bu barədə şikayətləri üzrə effektli araşdırma aparılmamasından narahatdır. Üzv dövlət yetkinlik yaşına çatmayanların yalnız vəkili və qanuni nümayəndəsinin iştirakı ilə dindirilməsini təmin etməlidir. Həmçinin yetkinlik yaşına çatmayanların işgəncəyə məruz qalmamasına qanunvericilik səviyyəsində təminat verilməlidir.

Həbsxanalardakı ölüm hallarının  araşdırılmaması. Dövlət qanunvericiliyə dəyişlik edərək, müstəqil yerli və beynəlxalq hüquq-müdafiə, humanitar təşkilatların həbs yerlərində saxlanılanlara baş çəkməsinə imkan yaratmalıdır.

Üzv dövlət öz hesabatında cəzaçəkmə müəssisələrində məhbusların sayının azaldıldığını, saxlanma şəraitinin yaxşılaşdırıldığını, yeni müəssisələrin tikildiyini qeyd etsə də, komitə həbs  yerlərində məhbusların hüquqlarının pozulması və ölümlər barədə çoxsaylı şikayətlərdən narahatdır. Narahatlığa əsas verən məqamlardan biri də türmələrdəki şəraitdir.

Həbsxanada baş verən bütün ölümlər operativ və obyektiv şəkildə araşdırılmalı, adamların işgəncə nəticəsində ölümünə səbəb olanlar cəzalandırılmalıdır. Komitə bu tövsiyəsini bir daha təkrarlayır ki, həbs yerlərində, xüsusən 6 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanma şəraiti yaxşılaşdırılmalıdır.

İşgəncələrə qarşı Azərbaycan Komitəsi də hər il onlara olunan işgəncə müraciətləri ilə bağlı hesabat yayır. Komitənin son hesabatına əsasən, quruma 112 nəfər işgəncə, qismən qeyri-insani rəftarla bağlı müraciət edib. Onlardan üçü azyaşlı, 13 nəfəri isə qadın olub. Dörd nəfər isə saxlanma yerində dünyasını dəyişib.

Qanunvericilikdə hər cür işgəncəyə görə cəza növləri nəzərdə tutulub. Cinayət Məcəlləsi xidməti vəzifəsini yerinə yetirən, işgəncə və qeyri-insani rəftara yol verən və ya belə bir əmələ təhrik edən, razılıq verən dövlət orqanının vəzifəli şəxsi üçün bu cəzanı nəzərdə tutur:

  • 3 min manatdan 4 min manatadək cərimə;
  • 3 ilədək vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə. Təəssüf ki, Azərbaycanda hələ heç bir dövlət qurumu və ya vəzifəli şəxs məhbusa verilən işgəncəyə görə rəsmi qaydada ittihama məruz qalıb cəzalandırılmayıb. Bu faktın özü onu göstərir ki, hüquq- mühafizə və penitensiar xidmət sahəsində işgəncə halları bilərəkdən və qanunsuz şəkildə ört- basdır edilir.

Məhbuslara işgəncə verən vəzifəli şəxslərin

 QARA SİYAHISI;

Həbs edilən şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən işgəncəyə məruz qalırlar. İşgəncə halları dustaqların cəza çəkdikləri CÇM- lərində olduğu müddətdə də baş verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların bildirdiyinə görə aşağıda adları qeyd olunan vəzifəli şəxslər dustaqlara daha çox işgəncə veriblər;

  1. Ərşad Həsənov– 14 saylı Cəza Çəkmə Müəssisəsinin keçmiş rəisi, təqaüddədi
  2. Əlzamin Quliyev– 14 saylı CÇM- də keçmiş rejim rəisi
  3. Rauf Məcidov– DİN Tərtər RPŞ- nin rəisi
  4. Əlifağa Qasımov– Sabirabad rayon polis şöbəsinin rəis müavini
  5. Vüsal Şəbəndiyev– DİN Sabirabad polis şöbəsi cinayət axtarış şöbəsinin rəisi
  6. Seyfəddin Quliyev– DİN Sabirabad RPŞ- nin keçmiş növbətçi hissə rəisi
  7. Səid Seyidov– DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN- də başqa vəzifəyə keçirilib
  8. Azər Seyidov– 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi
  9. Şahin Osmanov– Qobustan Qapalı həbsxanasının keçmiş rəisi
  10. Samir Hüseynov– 17 saylı CÇM- nin keçmiş rəisi
  11. Rauf Məmmədov- 12 saylı CÇM- nin rəisi
  12. Qacay Aslanov– 17 saylı CÇM- nin keçmiş rəisi müavini
  13. Babək İsgəndərov– 17 saylı CÇM- də rejim rəisi, ləqəbi “işgəncələr kralı”
  14. Aftandil Ağayev– 12 saylı CÇM- nin keçmiş rəisi
  15. Şakir Bayramov– Gəncə İstintaq təcridxanasının rəisi
  16. Murtuz Sadıqov– 8 saylı CÇM- nin rəisi
  17. Nazim Kənkərli– 14 saylı CÇM- nin keçmiş rəisi
  18. Əli İbrahimov– 14 saylı CÇM-nin rəisi
  19. Nizami Quliyev– Vərəm Dispanserinin rəisi
  20. Elçin Əlicanov – 17 saylı CÇM- nin rəisi
  21. Fəqan Yaqubov – Bakı İstintaq Təcridxanasının əməkdaşı
  22. Fikrət Qafarov – Qobustan Qapalı həbsxanasının rəisi və s.
  23. Tərlanov Elman Zöhrab oğlu– DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı
  24. İmanov Pərviz Nüsrət oğlu– DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı
  25. Kazımov Azər Əzizağa oğlu– DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı
  26. 26. Məmməd Mahmudov– 16 saylı CÇM- nin keçmiş rəisi

Təəssüflə qeyd etmək lazımdır ki, adları yuxarıda qeyd olunan şəxslər Penitensiar Xidmət və DİN- də məsul vəzifə tutublar və hazırda onların bir çoxu yüksək vəzifə daşıyırlar. Lakin onların qanunsuz və insanlığa yaraşmayan hərəkətlərinə görə nəinki cəzalandırılıblar, hətta bəzilərinin vəzifələri və rütbələri artırılıb. Yaş senzi ilə bağlı pensiya çıxan “işgəncə kralları” isə işlədiyi müddətdə Azərbaycan vətəndaşlarına qarşı sərgilədiyi qeyri- insani münasibətə və verdiyi işgəncələrə görə Azərbaycan respublikasının dövlət büdcəsindən pensiya alırlar (!?). Azərbaycan dünyanın çox az saylı ölkələrindən biridir ki, orada dinc, müqavimətsiz və günahsız insanlara qarşı zor tətbiq edən məmurlar cəzalandırılmır, əksinə onların vəzifələri artırılır. Pensiyaya çıxdıqda isə ən yüksək səviyyədə (işlədyi müddətdə aldığı maaşın 80%- i həcmində) məvacib alırlar.

Həbs yerlərində korrupsiya halları

Azərbaycan həbsxanalarında korrupsiya halları ölkənin hər yerində olduğundan daha eybəcər və acınacaqlı halda mövcuddur. Əgər nisbi azadlıqda olanlar rüşvət verməyə məcbur edilən zaman onların başqa alternativ seçim və hərəkət imkanları varsa, dəmir barmaqlılar arxasında olan dustaqlar bu imkanlardan məhrumdurlar. Buna görə də həmin məhbuslar onlardan tələb olunan rüşvəti ya verməyə, ya da onun ağır formada bədəlini ödəməyə məhkumdurlar. Aparılan araşdırmalar göstərir ki, həbs yerlərində hər il korrupsiya nəticəsində böyük həcmdə pullar yığılır və dövriyyədə olur. Bu pullar ölkədə mövcud olan korrupsiya iyerarxiyasına  uyğun şəkildə toplanır və yuxarılara ötrülür.

“10-cu “zon”-un rəisinin aylıq gəliri 280.000 manatdır”.

Keçmiş siyasi məhbus Əvəz Zeynallı bildirir ki, həbs yerlərində Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi bütün maddələri ilə korrupsiya predmetidir; “Qanunun tələb etdiyi hər şey pula çevrilib məhkuma qaytarılır. Məhkuma həftədə 2 dəfə qanuni telefon haqqı verilir, amma məhkum hər gün danışa bilir. Bir 15 dəqiqə 1-5 manat arasıdır (zonlara görə dəyişir, məsələn, 10-ci zonda 1-2, manat, 13-14-cü zonlarda 3-5 manat arası). Bir məhkum gündə 3-5 dəfə də danışa bilər, puluna minnət. Hər gün telefonda oturan nəzarətçiyə hər danışığa görə pulunu da ödəməlidir.

Hamam eləcə. Qanun həftədə 2 gün icazə verir çimməyə. Amma hər gün çimə bilərsən. 30 dəqiqə 50 qəpikdir. Bəzi “zon”-larda 2-3 hamam var. İmkanı olanlar ayrı hamamda – 2 nəfərlik, tək adamlıq hamamlarda çimə bilərlər. 10-cu “zon”- da 1 saatı 2 manata hamam da var, 1 saatı 1 manata da hamam var, yarım saatı 50 qəpiyə də…

Bütün qalan məsələlər də eləcə. Mən bu haqda elə cəza çəkə-çəkə – içəridə araşdırma aparmışam. 10-cu “zon”- un rəisinin ayda götürdüyü xalis gəlir 280.000 manatdır. Hər şey məhkumun gözlərinin qarşısında baş verir.

Minlərlə dustağın hər gün 3 dəfə yeməli olduğu yeməklərin, ildə 2 dəfədən az olmayaraq verilməli olan pal-paltarların pulları sakitcə mənimsənilir”.

Keçmiş siyasi məhbus Bəşir Süleymanlı bildirir ki, həbs yerlərində korrupsiya ilə bağlı vəziyyət cox ağırdır. Demək olar ki, hər şey pulladır. Baxmayaraq ki, mən heç zaman rüşvət  vermədim. Amma bu, digər məhkumlar üçün keçərli deyil. Çünki rüşvət verməkdən yayınanları incitmə halları gözləyə bilər. Rüşvət daha çox kiçik rəis heyəti və işçilər arasında tüğyan edir.  Böyük məsələləri yəqin ki, böyük pullar həll edir. Amma burda məncə məhkumların özlərinin də rolu var. Onlar hər hansı məsuliyyətlərini ört- basdır etmək üçün rüşvət verməkdə maraqlı olurlar. Hətta mən fikirləşirdim ki, birdən- birə rüşvətsiz fəaliyyətə keçilsə qiyam baş verə bilər. Məsələn, məhkumlar otaqda siqaret çəkir. Baxmayaraq ki, bu qadağandır. Amma nəzarətçi ona goz yumur. Çünki mutamadi nəzarətçini “görür”. Təbii ki, burda məsuliyyət daha çox rüşvət alıb pozuntuya göz yumandadır. Amma bunun aradan qaldırılması istiqamətində atılan addımlar yetərli deyil.

 

Həbs yerlərində yığılan rüşvətin təyinatı və həcminı cədvəl şəkilində aşağıdakı kimi təqdim etmək olar;

Cədvəl 2.

Sıra

Sayı

Alınan rüşvətin təyinatı Rüşvətin həcmi Qanunda dövlət rusumu nəzərdə tutulurmu?
1. Məhbusa sovqat və ya bağlama göndərmək 5- 15 manat Xeyr
2. Məhbusla görüş 20-100 manat Xeyr
3. Aşağı çarpayıda yatmaq 150- 200 manat Xeyr
4. “Burjuysku” kamerada yer almaq 500- 2000 manat Xeyr
5. CÇM- lərdə xüsusi otaqlarda qalmaq 1 ayı 150-300 manat Xeyr
6. Saç saxlamaq 10- 20 manat Xeyr
7. İdman zalında məşq etmək 10-30 manat Xeyr
8. Telefonla danışmaq 1- 10 manat Xeyr
9. ½- lə vaxtından qabaq azad olmaq ayı 350- 400 manat Xeyr
9. 1/3- lə vaxtından qabaq azadlığa çıxmaq ayı 200- 250 manat Xeyr
10. Fərdi qaydada hamamda çimmək 1-5  manat Xeyr
11. Camaşırxanada paltar yumaq 1 paltar 50 pik-1 manat Xeyr
12. Tibbi Müəsissəyə (“Sançasta”) getmək 200- 500 manat Xeyr
13. Əlavə olaraq Tibbi Müəsissədə qalmaq ayı 150- 200 manat Xeyr
14. Uzun müddətli görüş almaq 150- 300 manat Xeyr
15. “Karmoşka”- nı (gözlüyü) açdırmaq 1 saatı 5 manat Xeyr
16. Kamerada vintiliyator və elektrik pilətələrinin saxlanması 1 ayı 10- 30 manat Xeyr
17. Yeməkxanada yemək 1 porsiyası 3- 7 manat Xeyr
18. Çarpayının 1- ci yarısında yer almaq 150- 200 manat Xeyr
19. Karantində məcburi əməyə cəlb edilməmək üçün 250- 300 manat Xeyr
20. Kompyuter mərkəzində oyun oynamaq saatı 5 manat Xeyr

Qeyd; Həbs yerlərində olan maqazinlərdə qiymətlər adi qiymətlərdən 1,5- 4 dəfə bahadır

Azərbaycanda siyasi məhbus problemi…

Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda siyasi məhbuslar problemi problem kimi 1993- cü ildən meydana gəlməyə başlayıb. Qeyri- rəsmi məlumatlara görə ötən 22 ildə, konkret olaraq 1993- cü ildən bu günə qədər Azərbaycanda təxminən ən azından 2200 nəfərdən çox insan (adları müxtəli siyahılarda qeyd olunan-red.) siyasi fəaliyyətinə görə həbs olunub və ya onların həbsində siyasi motivlər olub. Bu şəxslərin təxminən 1500 nəfəri yerli hüquq müdafiə və bəzi beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. Maraqlıdır ki, həmin məhbusların yarıdan çoxunun adını ilk dəfə tanınmış hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Leyla Yunus təqdim edib və onun köməkliyi ilə həmin insanlar siyasi məhbus kimi tanınıb. Təkcə 1996- 2000- ci və 2013- 2014-cü illərdə onun tərtib etdiyi 2 siyahıda (uyğun olaraq 716 nəfərlik və  134 nəfərlik- red.) ölkədə olan son 22 ildəki siyasi məhbusların yarıdan çoxu yer alıb. Azərbaycanda siyasi məhbusların pik sayı ölkəmizin Avropa Şurasına daxil olduğu ərəfəyə təsadüf edir. Həmin ərəfədə yerli hüquq müdafiəçilərinin təqdim etdiyi siyahıda 700 nəfərdən artıq şəxsin adı siyasi məhbus kimi göstərilib. Zaman- zaman adları siyahıda qeyd olunan məhbuslar Avropa Şurası və digər beynəlxalq təşkilatların, eləcə də yerli hüquq müdafiə təşkilatlarının dəstəyi ilə bu və ya digər formada azadlığa çııxdılar. Amma ölkədə siyasi məhbus problemi öz həllini tapmadı. Davamlı olaraq yeni həbslər həyata keçirildi.

Ötən müddət ərzində də Azərbaycan siyasi lekskonuna məhbuslarla bağlı yeni terminlər daxil olub; 4 iyun Gəncə işi məhbusları, “OMON” məhbusları, “Şahmərdan Cəfərovun işi üzrə məhbuslar, saxta dövlət çevrilişi məhbusları, seçki məhbusları, 2 aprel məhbusları, vicdan məhbusları, Kür məhbusları, İsmayıllı məhbusları, Binə məhbusları, hicab məhbusları, NİDA- çı məhbuslar, Evrovizyon məhbusları,  like məhbusları, Naradan məhbusları və s.

Sonuncu dəfə 2014- cü ilin avqust ayında hüquq müdafiəçiləri Leyla Yunusun və Rəsul Cəfərovun razılaşdqları birgə siyahıda 98 nəfərin adı siyasi məhbus siyahısına daxil edilib. Ötən müddətdə  onlardan 29-u  azadlığa çıxıb. Onların bir qismi əfvlə, çoxları isə həbs müddəti başa çatdığına görə, dustaq jarqonu ilə desək “kalendarnı” cəzalarına çəkdiklərinə görə azadlığa çıxıblar. Həmin siyahıya isə 8 nəfər siyasi məhbusun adı daxil edilib. Siyasi məhbuslarla bağlı vahid işçi qrup tərəfindən hazırlanmış siyasi məhbus siyahısında 26 noyabrda baş vermiş qanlı Nardaran hadisələrinə qədər 80 nəfərə yaxın şəxsin adı var. Amma eyni zamanda fəaliyyətində siyasi motivlər olan bir çox məhbusların adlarının həmin siyahıya salınması ilə bağlı müzakirələr və araşdırmalar davam edir. Eyni zamanda sonrakı müddətdə siyasi motivli bir çox həbslər də həyata keçirilib.

Ötən 22 ildə ölkədə siyasi məhbusların sayı müxtəlif olub. Kimsə düşünə bilər ki, Azərbaycan Avropa Şurasına qəbul olunan zaman ölkədə olan siyasi məhbusların sayı 700 nəfərin üstündə idisə hazırda bu rəqəm 80 nəfərin üzərindədir və bu irəliyə doğru addımdır. Heç bir məhbusun  şəxsiyyəti üzərinə kölgə salmadan qeyd etmək lazımdır ki, həmin ərəfədə kütləvi şəkildə həbs olunanların böyük əksəriyyəti sıradan sadə, fədakar insanlar olmaqla cəmiyyətdə o qədər də tanınmayan şəxslər idi. İndi həbs olunanların əksəriyyəti isə sadə, fədakar olmaqla yanaşı yerli və beynəlxalq ictimaiyyət tərəfindən həbsindən öncə tanınan və qəbul olunan ictimai fəallardır. Yəni hakimiyyət həbs olunanlarla bağlı kəmiyyət və keyfiyyət dəyişkənliyini həyata keçirir. İndi həbs olunanların böyük əksəriyyəti kifayət qədər tanınan, fəal ictimai siyasi fəaliyyətlə məşğul olan, cəmiyyətə təsir imkanlarına malik insanlardır.

Başqa bir məsələ odur ki, hakimiyyət illər öncə həyata keçirdiyi həbsləri bəlli bir müstəvidə gerçəkləşdirirdi. Yeniyetmə gəncləri, tanınmış hüquq müdafiəçilərini, xüsusən ictimai fəal xanımları saxta ittihamlarla həbsə atmırdı. İndi hakimiyyət üçün həbs məsələsində heç bir məhdudiyyət, qırmızı xətt və toxunulmaz şəxs məhfumu yoxdur. Biz bunu “NİDA”- çı ictimai fəal, 17 yaşlı Şahin Novruzlunun, xanım ictimai fəalların, Nigar Yaqublunun, Leyla Yunusun, Xədicə İsmayılın, eləcə də tanınmış vəkil İntiqam Əliyevin qanunsuz həbsində gördük. Öncəki illərdə hakimiyyət ataya görə övladı, siyasi liderə görə onun qohumunu, siyasi fəala görə onun qardaşını həbsə atmırdı. Biz 2013- cü il prezident seçkilərində Milli Şuranın namizədi olmuş Cəmil Həsənliyə görə onun qızı Günel xanımın, AXCP sədri Əli Kərimliyə görə onun qaynı Elnur Seyidovun, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyevə görə onun az yaşlı övladı Əlgüşad Gülalıyevin, Azadlıq qəzetinin əməkdaşı Natiq Adilova görə onun qardaşı Muradın cəzalandırılmasında və həbsində bu tendensiyanın şahidi olduq. Eyni zamanda keçmiş millət vəkili, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin müxalif mövqeyinə görə onun az yaşlı övladını əlindən almaqla təhdid və lüzumsuz məhkəmə çəkişməsinə cəlb ediblər. Bütün əmlakına absurd iddialar əsasında həbs qoyulub, cinayət təqibi qaydasında uydurma diffamasiya proseslərinə cəlb olunub. Son zamanlar isə müstəqil jurnalist Günel Mövladın qardaşlarını, Emin Millinin qaynını, Qənimət Zahidin qardaşı oğlunu həbs etməklə  adları çəkilən ictimai fəallardan qisas almaq və onları qorxutmaq istəyiblər. Milli Şuranın Koordinasiya Mərkəzinin  üzvü, kinorejissor Eldəniz Quliyev özünün Facebook səhifəsində yol polisinin hərəkətini tənqid etdiyinə görə Daxili işlər naziri Ramil Usubovun iddiası əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 1000 manat cərimə və 480 saat ictimai işə cəlb edilib. Rejissor polisə qarşı “böhtan” və “təhqir”də müqəssir bilinib. Demokratik Qüvvələrin Milli Şurası məhkəmənin hökmünü siyasi qərar hesab edib və kinorejissorun fəal müxalif vətəndaş mövqeyinə görə təqib olunduğunu bildirib.

Azərbaycan siyasi məhbusların sayına görə Avropanın lider ölkələrindən biridir. Hətta keçmiş Sovetlər birliyinə daxil olan avtoritar ölkədə- Rusiya və Belorusiyada olan siyasi məhbusların cəmi sayı Azərbaycanda olan siyasi məhbusların sayından azdır. Hazırda ölkədə azad mətbuat, müstəqil vətəndaş cəmiyyəti institutları sıradan çıxarılıb. Bir çox ictimai fəallar, hüquq müdafiəçiləri, jurnalistlər qanunsuz həbs həyatı yaşayır. Ölkəmiz dünyanın ən çox siyasi və vicdan məhbusu olan ölkələrindən biridir. Rəsmi məlumatlara görə onların sayı 80 civarında olsa da əslində bu rəqəm daha çoxdur. Hətta Avropanın son avtoritar ölkələrindən hesab olunan Belorusiyada dövlət başçısı Lukoşenko öz sərəncamı ilə axırıncı 6 siyasi məhbusu da bu yaxınlarda azadlığa buraxdı. Amma Azərbaycanda siyasi məhbus problemi nəinki həll olunur, əksinə, onların həbsdən çıxan həmkarlarının yerinə yeniləri şərlənib həbsə atılır.

Azərbaycanda siyasi məhbus problemi artıq son illərin ən aktual problemlərindən birinə çevrilib. Bu da onunla bağlıdır ki, ölkədə avtoritar idarəçilik gücləndikcə, söz, mətbuat, ifadə, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırldıqca ictimai- siyasi fəaliyyətlə məşğul olan şəxslərin həbs sayı da durmadan artır.

Siyasi motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə Avropa Şurası Parlament Assembleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə baxış” üzrə Qətnamənin qəbul edilməməsindən sonra daha da artıb.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyans apardığı araşdırmalar göstərir ki, Azərbaycanda siyasi məhbusların sayı 100 nəfərdən artıqdır.

Siyasi məhbuslarla bağlı ibtidai istintaqı həyata keçirən prokurorluq əməkdaşları və ədalətsiz məhkəmə hökmü çıxaran hakimlər siyasi sifariş yerinə yetirərək günahsız şəxslərə ağır cəza verməklə qanunları pozur və qeyri- insanı hərəkətlər nümayiş etdirirlər. Amma onların hərəkətinə qarşı cəmiyyətin münasibəti hələ tam adekvat deyil. Həmin vəzifəli şəxslərin qanun qarşısında cavab verəcəyi şübhəsizdir. Lakin onların qanunsuz və bədnam əməllərinə qarşı ictimai qınağı gücləndirmək üçün hesab edirik ki, siyasi məhbuslar haqqında sifarişli qərar çıxaran prokurorluq əməkdaşlarının və hakimlərin adları tez- tez ictimaiyyətə təqdim olunmalı və qınanmalıdır. Beləliklə, onların bir qisminin adlarını hesabata daxil edirik;

Siyasi məhbuslar haqqında sifarişli hökm çıxaran hakimlərin

QARA SİYAHISI

  1. Ramella Allahverdiyeva (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Əvəz Zeynallı, Xədicə İsmayıl)
  2. Əfqan Hacıyev (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi -Leyla və Arif Yunuslar)
  3. Cavid Hüseynov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi – NİDA işi üzrə)
  4. Rafiq Kazımov (Balakən rayon Məhkəməsinin hakimi- Rəsul Mürsəlov)
  5. Rəşid Hüseynov (Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi- İlqar Məmmədov, Tofiq Yaqublu, “İsmayıllı hadisələri” işi)
  6. Elçin Kazımov (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi- Yadigar Sadıqlı)
  7. Şövkət Nəcəfova (Sumqayıt Məhkəməsinin hakimi- Seymur Həzi)
  8. Elşad Əliyev (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi- Murad Ədilov)
  9. Fikrət Qəribov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Elvin Abdullayev)
  10. Rasim Sadıqov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- İntiqam Əliyev)
  11. Emin Mehdiyev (Nəsimi rayon Məhkəməsinin hakimi- Qurban Məmmədov)
  12. Zeynal Ağayev (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Nicat Əliyev və digər Eurovision məhbusları, Asif Yusifli)
  13. Samir Əliyev ( Sabunçu rayon Məhkəməsinin hakimi- Hacı Taleh Bağırzadə)
  14. Novruz Kərimov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi – Pərviz Həşimli)
  15. Rauf Əliyev (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Anar Məmmədli, Bəşir Süleymanlı)
  16. İlham Kərimli (Abşeron rayon Məhkəməsinin hakimi- Nigar Yaqublu)
  17. Eldar İsmayılov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Mövsüm Səmədov, Rufulla Axundzadə və digər dindarlar, Rəsul Cəfərov)
  18. Eldar Mikayılov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Ömər Məmmədov, “hicab məhbusları” işi)
  19. Əhməd Quliyev (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Əbdül Əbilov, Sirac Kərimli)
  20. Faiq Qasımov (Bakı Apellyasiya Məhkəməsinin hakimi- bir sıra siyasi işlər)
  21. Mirzəyev Sahibxan (Bakı Apellyasiya Məhkəməsinin hakimi- bir sıra siyasi işlər)
  22. Camal Ramazanov (Bakı Apellyasiya Məhkəməsinin hakimi- bir sıra siyasi işlər)
  23. 23. Əflatun Qasımov (Bakı Apellyasiya Məhkəməsinin hakimi- Anar Məmmədli, Bəşir Süleymanlı, Günel Həsənli və digərləri)
  24. Mirzəli Abbasov (Bakı Apellyasiya Məhkəməsinin hakimi- bir sıra siyasi işlər)
  25. Əmir Bayramov (Bakı Apellyasiya Məhkəməsinin hakimi- bir sıra siyasi işlər)
  26. Mirpaşa Hüseynov (Bakı Apellyasiya Məhkəməsinin hakimi- bir sıra siyasi işlər)
  27. Həsən Əhmədov (Bakı Apellyasiya Məhkəməsi hakimi- bir sıra siyasi işlər)

28.Vaqif Mursaqulov (Bakı Apellyasiya Məhkəməsinin hakimi- bir sıra siyasi işlər)

  1. İsmayıl Əhmədov (Şirvan Apellyasiya Məhkəməsinin hakimi AXCP fəalı Murad Adilov)
  2. Cəlilov Oruc, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, Abdullayev Mübariz
  3. Ənvər Seyidov– Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, Səid Dadaşbəyli və digərləri
  4. Ilham Cəfərov– Ali Məhkəmənin hakimi, bir sıra siyasi işlər
  5. Fərhad Kərimov, Ali Məhkəmənin hakimi- Pərviz Həşimli
  6. İlqar Murquzov, Bakı Apellyasiya Məhkəməsinin hakimi- Xədicə İsmayıl
  7. İnqilab Nəsirov, Ali Məhkəmənin hakimi- Araz Quliyev və digər Masallı dindarları
  8. Nizami Quliyev, Lənkəran ağır cinayətlər məhkəməsinin hakimi-Araz Quliyev və digər Masallı dindarları
  9. Kamran Əkbərov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi- Araz Quliyev və digər Masallı dindarları
  10. Azər Orucov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- Hilal Məmmədov və digərlərinin işi
  11. Tirqay Hüseynov – Nərimanov rayon Məhkəməsinin hakimi (Təhsil nazirliyinin qarşısında aksiyada tutulmuş dindarların işi)
  12. Aqşin Əfəndiyev – Yasamal rayon Məhkəməsinin hakimi (Günel Həsənli, Nurçuların işi)
  13. Etibar Hümbətov- Nəsimi rayon məhkəməsinin hakimi ( Gültəkin Hacıbəylinin azyaşlı övladının işi)
  14. Famil Nəsibov– Səbail rayon məhkəməsinin hakimi, hazırda Ağsu rayon məhkəməsinin hakimidir, Məhəmməd Məcidli və digərlərinin işi.

Siyasi sifarşləri icra edən Prokurorluq əməkdaşlarının

QARA SİYAHISI                                                                   

  1. Rüstəm Usubov – Baş prokurorun birinci müavini
    2. İbrahim Ləmbəranski – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
    3. Əhmədov Eldar – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin rəisi
    4. Orxan Zeynalov – Dövlət Sərhəd Xidmətinin müstəntiqi
    5. Pərviz İbayev – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
    6. Ramil Qurbanov – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
    7. Emil Qəhrəmanov – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
    8. Qasım Məmmədov – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
    9. Səttar Rzayev – Baş Prokuroruğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin şöbə prokuroru
  2. Vüqar Nəsibov – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
    11. Sənan Paşayev – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
    12. Orxan Babayev – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
  3. Nadir Mirzəyev – Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin müstəntiqi
  4. Qurban Səfərov– Baş Prokurorlugun müstəntiqi (Hilal Məmmədov)
  5. Mübariz Süleymanov – Nərimanov RPİ-nin müstəntiqi (Məmməd İbrahim)
  6. Elşən Murtuzov – MTN-in müstəntiqi (Pərviz Həşimlinin işi)
  7. Nadir Mustafayev – MTN-in mustəntiqi (“Nurçu”-ların işi)
  8. Hacı Əfəndiyev – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi (Murad Ədilov)
  9. 19. Yasin Məmmədov– MTN- nin İbtidai İstintaq İdarəsinin keçmiş rəis müavini (Səid Dadaşbəyli və digərləri)
  10. 20. Nadir Mustafayev- MTN- nin İbtidai İstintaq İdarəsinin sabiq baş müstəntiqi (Səid Dadaşbəyli və digərləri)
  11. Sahib Ələkbərov- MTN- nin İbtidai İstintaq İdarəsinin sabiq müstəntiqi (Səid Dadaşbəyli və digərləri)
  12. Eldar İsmayılov– MTN- nin İbtidai İstintaq İdarəsinin sabiq müstəntiqi (Səid Dadaşbəyli və digərləri)

 

 Siyasi işlərlə bağlı saxta rəy verən ekspert

  1. Ceyhun Allahverdiyev– Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Ekspertiza Şöbəsinin rəisi (Günel Həsənli, Emin Hüseynov, Aqil Xəlil, Cəmil Həsənli, Qənimət Zahid, Rafik Tağı və digərləri ilə bağlı saxta rəy verib)

Qeyd. Adları siyahıda qeyd olunan şəxslər siyasi məhbuslara qarşı saxta ittiham aktı tərtib edən  prokurorluq əməkdaşlarının və onlar haqqında qanunsuz, ədalətsiz məhkəmə hökmü çıxaran hakimlərin bir qisminin adıdır. Bu istiqamətdə araşdırmalar davam edir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hesab edir ki, adları siyahıda qeyd olunan  hakimlərin, müstəntiqlərin və ekspertin fəaliyyəti ciddi şəkildə araşdırılmalı, qəbul etdikləri qanunsuz qərarlara hüquqi qiymət verilməli və onların haqqında yerli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə cəzalar və sanksiyalar təbiq edilməlidir.

 

İşçi Qrupun bir ili…

Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət siyasi məhbus problemini həll etmək əvəzinə yeni- yeni ictimai fəalları həbsə atır, problemin mövcudluğunu inkar edir, ən yaxşı halda formal İşçi Qrupları formalaşdırmaqla görüntü yaratmağa, vaxt qazanmağa çalışır. Keçən il Avropa Şurasının baş katibi Turbörn Yaqlandanın təşəbbüsü ilə problemin həlli ilə bağlı İnsan Haqları üzrə Birgə İşçi Qrupun yaradılması da yuxarıda deyilən fikirlərə misal kimi göstərilə bilər. Bir il bundan öncə siyasi məhbusların azadlığa buraxılması tələbi ilə artan beynəlxalq təpkiləri səngitmək üçün hakimiyyət İnsan haqları ilə bağlı Birgə İşçi Qrup yaratdı. Qrupa Prezident Adiminstrasiyasının, bəzi nazirlik və komitələrin nümayəndələri ilə yanaşı, Milli Məclis üzvləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri də üzv təyin olundu. İşçi Qrup yaranan ərəfədə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyans bildirdi ki, siyasi məhbusların azad olunması üçün bu kimi formal qrupların yaradılmasına ehtiyac yoxdur. Belə qurumların yaradılması hakimiyyətin manevr və imitasiya imkanlarını genişləndirmək üçündür. Çağırış olundu ki, heç olmasa müstəqil vətəndaş cəmiyyəti təmsilçiləri adı altında bəzi hüquq müdafiəçiləri hökümətin bu imitasiya oyununda iştirak etməsinlər. Əksinə həmin insanlar bildirdilər ki, imkan və vaxt verin biz bu problemləri həll edəcəyik. Ötən bir il göstərdi ki, həqiqətən İnsan haqları ilə bağlı yaradılan Birgə İşçi Qrup geniş səlahiyyətli kontigentə baxmayaraq ölkədə siyasi məhbus probleminin həll olunması, eləcə də insan haqlarının müdafiəsi ilə bağlı hər hansı ciddi iş görə bilmədi. Düzdür quruma daxil olan bəzi ayrı- ayrı şəxslər problemin çözülməsi istiqamətində müəyyən təşəbbüslər göstərdilər. Lakin bu təşəbbüslər qarşıya qoyulan missiyanın yerinə yetirilməsi üçün yetərli olmadı. Çünki Azərbaycanda siyasi məhbus probleminin mövcudluğu bu hakimiyyətin mahiyyəti, varlığı ilə sıx bağlıdır. Siyasi iradə nümayiş olunmasa ən yüksək  səviyyələrdə belə yaradılmış qurumlar ölkədə insan haqları, siyasi məhbuslarla bağlı problemi həll edə bilməz.

Qeyri- humanist əfv sərəncamları…

Yerli və beynəlxalq ictimaiyyətin təkidli tələblərindən sonra müəyyən əlamətdar günlərdə dövlət başçısı tərəfindən əfv sərəncamları imzalanır. Humanistlik prinsiplərini özündə ehtifa etdiyi iddia olunan bu addımlar zamanı azadlığa çıxmağı haqq edən, şərlənərək həbs olunan, qanunsuz həbs həyatı yaşayan məhbuslar deyil, azadlığa çıxacağı o qədər də gözlənilməyən şəxslər həbsdən azad olunur. Sonuncu əfv sərəncamı 9 ay öncə, cari ilin mart ayında olub. İlham Əliyev tərəfindən imzalanan həmin sərəncamda da azadlığa çıxacağı gözlənilən, hətta haqqında Avropa İnsan Haqları Məhkəməsinin müsbət qərarları olan məhbuslar azadlığa buraxılmadı, növbəti gözləntilər də özünü doğrultmadı. Ölkə həbsxanalarında haqq etmədiyi cəzanı çəkən 100- ə yaxın siyasi məhbusdan yalnız bir neçə nəfər azadlığa çıxdı. Haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarı olan Əli İnsanov və İlqar Məmmədov başda olmaqla azadlığa çıxacağı gözlənilən onlarla siyasi məhbus yenə həbsxanada qaldı. Hakimiyyət bir daha azadlıq, demokratiya, insan haqları ugrunda mübarizə aparan insanlara qarşı soyuqqanlı və barışmaz  mövqedə olduğunu ortaya qoydu.

Son əfv sərəncamında diqqət çəkən bir məqam qeyd edək. Əfv siyahısında yer alan 101 məhkumdan yarıdan çoxu (59 nəfər) ağır cinayət törətməkdə ittiham olunaraq Bakı və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunublar (bax; http://www.president.az/articles/14580). Onların bəziləri haqqında məhkəmə hökmü hətta 2013- və 2014- cü illərdə çıxarılıb və törətdikləri cinayətə görə ağır cəzaya məhkum ediliblər. Amma cəzalarının heç 1/3- ni, hətta elələri var 1/4- ni belə çəkməyiblər. Əlbəttə sosial ədalətsiziliyin, ayrı- seçkiliyin hökm sürdüyü cəmiyyətdə həbsdə olan hansısa məhbusun azadlığa çıxmasına qarşı deyilik. Düşünürük ki, ölkədə sosial ədalət bərpa olunmalı, Qızıl Amnistiya tətbiq edilməli, həbs və cəza şərtlərinə yenidən baxılmalıdır. Amma qeyd edək ki, dövlət başçısının humanistlik prinsipi göstərərək əfv sərəncamı imzaladığı iddiasını irəli sürənlərin iddiası əfv siyahısına baxanda elə ilk baxışda darmadağın olur. Çünki ani olaraq sual meydana çıxır; Necə ola bilir ki, dövlət başçısı vətəndaşın həyatına qəsd edən, insanları yaralayan, öldürən, başqalarının əmlakını ələ keçirən, dağıdan, xüsusi və dövlət mülkiyyətinə ziyan vuran, insan alveri ilə məşğul olan, hər növ qaçaqmalçılığı özünə peşə seçən, narkotika ilə cəmiyyəti zəhərləyən, onun satışını, ölkəyə idxalını və ixracını təşkil edən və s. şəxsləri bir günün içində bir sərəncamla azadlığa buraxır, amma bütün həyatını cəmiyyətin saflaşdırılması, insanların haqlarını, mülklərini, milli mənəvi dəyərləri qorumağı özünün həyat amalına çevirmiş İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqlı, İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Xədicə İsmayıl, Anar Məmmədli, Seymur Həzi, Sirac və Fərəc Kərimli qardaşları, Asif Yusifli, Hilal Məmmədov, Taleh Xasməmmədov, Nemət Pənahlı kimi fədakar insanları, “əsgər ölümlərinə son!” deyən NİDA- çı gəncləri, “Allah təkdir, şəriki yoxdur” deyən inanclı insanları və digərlərini azadlığa buraxmır? Sual oluna bilər; bu necə humanistlik, necə ədalətdir? Son əfv sərəncamı məhbusları işlətdiyi cinayətə görə deyil, onların şəxsiyyəti və əqidəsinə görə çeşidləndiyini göstərdi…

Mart ayında verilmiş son əfv sərəncamı hakimiyyət tərəfindən “siyasi məhbus” məsələsində illərdir yürüdülən imitasiya siyasətini bir daha ifşa etdi. Bu sərəncam həm də keçən ilin oktyabrında yaradılmış İnsan Haqları üzrə Birgə İşçi Qrupunun da formal, gözdən pərdə asmaq üçün ortaya atılmış qurum olduğunu bir daha göstərdi.

Siyasi mühacirlər…

İctimai- siyasi fəaliyyət göstərib ölkəni tərk etmək məcburiyyətində qalan mühacirlərin əksəriyyətinin  istədiyi vaxt ölkəyə dönmək problemi var. 2013- cü il prezident seçkilərində müxalifət qüvvələrinin təsis etdiyi Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov başda olmaqla bir çox siyasilər, ictimai fəallar, jurnalistlər, ziyalılar, keçmiş deputatlar ölkədən didərgin salınıb. Onların Azərbaycana gəlişi hər an həbs təhlükəsi və ya ölkədən çıxışına yasaq qoyulması, həmin şəxslərə müxtəlif formalarda təzyiqlərin həyata keçirilməsi ilə nəticələnə bilər. Hətta elə mühacirlər var ki, onların ölkəyə gəlişinə hakimiyyət imkan vermir. Məsələn, dünyasını dəyişmiş qardaşının yas mərasimində iştirak etmək üçün hazırda Hollandiyada mühacir həyatı yaşayan, AXC hakimiyyəti dövründə Qəbələ RİH başçısı vəzifəsində işləmiş, Musavat partiyasının üzvü Eldəniz Yusubov 2015- ci ilin dekabr ayının sonlarında ölkəyə buraxılmayıb.

Azərbaycana dönəcəyi təqdirdə təzyiqlərlə üzləşə biləcək, hakimiyyətin həbs etməyə bu və ya digər formada qisas almağa hazırlaşdığı, xaricdə yaşayan mühacirlərdən aşağıdakı şəxsləri qeyd etmək olar; İsa Sadıqov, Hüseyn Abdullayev, Mirzə Sakit, Elşad Abdullayev, Ataxan Əbilov, Həbib Müntəzir, Aqil Xəlil, Qabil Rzayev, Fikrət Hüseynli, Tural Məhərrəmov, İnqilab Kərimov, Surxan Lətifov, Ramin Nağıyev (keçmiş MTN məmuru- Fransa), Qənimət Zahid (“Azadlıq” qəzetinin baş redaktoru), Həsən Qafarov, Kənan Qafarov, Mübariz Əzmli (VAMBP sədri Hacıbaba Əzimovun qardaşı- İsveç), Çağlar Qasımov (Hollandiya), Şahin Şuşalı (Milli Qəhrəman), Elmar Şahtaxtınski (Amerika), Qorxmaz Əsgərov (Amerika), Ramiz Yunus (Amerika), Mahir Cavadov (Kanada), Rəsul Quliyev (ABŞ), Natiq Əfəndiyev (Gəncənin keçmiş polis rəisi), Laçın Məmişov, İlqar Nəsibov, Məlahət Nəsibova, Rəsul Mursalov, Natiq Adilov, Arif Məmmədov və digərləri.

Son həbslər. Siyasi məhbusların azadlığa buraxılması ilə bağlı yerli və beynəlxalq ictimaiyyətin davamlı tələblərinə baxmayaraq Azərbaycan höküməti nəinki onları azadlığa buraxır, əksinə ictimai- siyasi fəaliyyətinə görə yeni- yeni fəalları həbsə atır. Aparılan araşdırmalar göstərir ki, son 1 ildə həbsində siyasi motivlər olan 30 nəfərə yaxın şəxs haqqında cinayət işi açılıb və onlar həbs edilib. Həbs edilənlər içində heç bir siyasi fəaliyyəti olmayan, yalnız qohumları ictimai fəal, jurnalist olduğuna görə şərlənərək həbs edilən insanlar da var.

 İctimai siyasi fəallar daha çox Hakimiyyəti zorla ələ keçirmə (Maddə 278), Hakimiyyət nümayəndəsinə müqavimət (315- ci maddə), Narkotika (234- cü maddə), Xuliqanlıq (221- ci maddə), Qanunsuz silah gəzdirmə (228- ci maddə), İğtişaşlara çağırış və iştirak (220.1, 220.2- ci maddə), Vəzifə səlahiyyətlərindən sui- istifadə (308- ci maddə), Vergidən yayınma və s. qondarma maddələrlə ittiham olunaraq həbs edilirlər.

 Son zamanlar həbs edilənlərin adları:

 

  1. Hacı Elşən Mustafaoğlu, ilahiyyətçi
  2. Nazim Ağabəyov – Emin Millinin qaynı 
  3. İmanov Raci Vəzir oğlu – Günel Mövludun qardaşı
  4. İmanov Vəkil Vəzir oğlu – Günel Mövludun qardaşı
  5. Məmməd İbrahim Əziz oğlu – AXCP sədrinin müşaviri          
  6. Bağırzadə Zeynalabdin Bağır oğlu – AXCP fəalı, Naxçıvan 
  7. Mahmudov Nazim Əzim oğlu – AXCP üzvü, Naxçıvan 
  8. Məmmədov İsmayıl İsax oğlu – Nurçu
  9. Səbzəliyev Rəvan Hakim oğlu  – Nurçu 
  10. Hacıyev Eldəniz Balamət oğlu – Nurçu
  11. Həsənov Şahin Muxtar oğlu – Nurçu
  12. Məmmədov Zəkəriyya İsax oğlu – Nurçu
  13. Zahidov Rüfət Fərasət oğlu – Qənimət Zahidin qardaşı oğlu
  14. Zahidov Rövşən Ağazahid oğlu- Qənimət Zahidin qohumu
  15. Tofiq Həsənli – tənqidçi şair
  16. Günel Həsənli- Cəmil Həsənlinin qızı
  17. Hacı Taleh Bağırzadə- Müsəlman Birliyi Hərəkatının sədri
  18. Elçin Qasımov- Müsəlman Birliyi Hərəkatının sədr müavini
  19. Fuad Qəhrəmanlı- AXCP sədrinin müavini
  20. Nardaran hadisələri ilə bağlı Müsəlman Birliyi Hərəkatının həbs edilən üzvləri (Hazırda onlarla bağlı araşdırmalar aparılır- red.)

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı son 1 ildə həbs olunan, adları yuxarıda  qeyd olunan şəxslərin hər birinin həbsində siyasi motiv olduğunu hesab edir. Onların həbsində AŞPA- nın siyasi məhbuslarla bağlı məlum 5 kriteriyasının bir neçə bəndi kobud şəkildə pozulub.

MTN- nin son 10 ildə həyata keçirdiyi qanunsuz həbslər…

Onlar yenidən araşdırılmalıdır

Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı son baş verənlər- nazir Eldar Mahmudovun vəzifədən kənarlaşdırılması, İdarə rəisi Akif Çovdarov başda olmaqla 80- ə yaxın şəxsin həsb edilməsi, onların ağır dövləti cinayətlər törətməkdə ittiham edilməsi, 250 nəfərin vəzifədən çıxarılması və s. açıq- aydın göstərdi və subut etdi ki, dövlətin, millətin təhlükəsizliyinə cavabdeh olan qurumun və onu idarə edənlərin özləri bir başa təhlükə mənbəyi imiş. Bu quruma rəhbərlik edən bir qrup mütəşəkkil cinayətkar şəbəkə qanundan kənar şəkildə reketçiliklə məşğul olub, insanları oğurlamaq, girov saxlamaq, əmlakını əlindən almaq, onlara ən ağır işgəncə vermək, şantaj etmək, öldürmək və s. kimi ağır cinayətləri həyata keçiriblər. Sual oluna bilər; dövlətin adı və gücüylə ən ağır cinayətləri həyata keçirən, insanlara və insanlığa qənim kəsilənlər ədalətli hökm verib ədalətli qərar çıxara bilərdilərmi? Təbii ki, yox. İşdən qovulub, qolları qandallanan, ömürlük həbs cəzası ilə üz- üzə qalan sözü gedən mütəşəkkil şəbəkə üzvləri tərəfindən son 10 ildə çoxlu sayda iş adamları, ictimai- siyasi fəallar və onların yaxınları azadlıqlarını, sağlamlıqlarını və bəziləri isə həyatlarını itirib. Bəziləri ölkədən didərgin salınıb. Xeyli sayda insan həbs həyatı yaşayır. Həbs olunanların bir çoxu siyasi məhbus kimi tanınıb. Həmin məhbuslardan Səid Dadaşbəyli dəstəsi, Elnur Seyidov, NİDA- çı gənclər, jurnalist Pərviz Həşimli, Rauf Mirqədirov və digərlərini misal kimi göstərmək olar. Qeyd olunan bu həbslər başdan- ayağa qanunsuzluq və qisasçlıq zəminində baş verməklə yanaşı MTN- nin cəmiyyətdə nüfuzunun süni şəkildə gücləndirilməsinə, hakimiyyətdə daha çox imtiyaza və paya sahib olmağa xidmət edib. Bu həbslər içində maştabına, amansızlığına və yaratdığı ajiotaja görə “Səid Dadaşbəyli dəstəsi”- nin üzləşdiyi repressiyalar xüsusi qeyd olunmalıdır.

2007-ci ildə MTN- nin öncədən planlaşdıraraq həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən 15 gənc, 1974-83-cü illərdə doğulan Said Dadaşbəyli, Mikayıl İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbaliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov AR Cinayət Məcəlləsinin 218- ci maddəsi (cinayətkar birlik yaratma), 274- ci maddəsi (dövlətə xəyanət), 28.2- ci maddəsi (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəl-miş hazırlıq), 180.3.1- ci maddəsi (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278- ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228- ci maddəsi (qanunsuz odlu silah saxlama), 204- ci maddəsi (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234- ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) və s.- lə ittiham olunaraq, 12-14 il arası azadlıqdan məhrum edildilər. Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı. 10 ay MTN-də işgəncələr altında saxlandıqdan sonra məhkəmə prosesi 2 ay bağlı qapı arxasında keçirilib. Hakim Ənvər Seyidov 13 gəncin hər birinə ağır cəza verib. Apellyasiya Məhkəməsi 2 saat ərzində şahidsiz, sübutsuz, bağlı qapı arxasında birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Ənvər Seyidov bir tərəfli, qərəzli və ədalət prinsiplərini kobudcasına pozaraq, araşdırma aparmamış ittihamı təsdiq edib. Hətta məhkəmədən sonra Eldar Mahmudovun adına hüquqi çərçivəyə sığışmayan təbrik məktubu göndərir və xahiş edir ki, dəstə üzvlərinin həbsi ilə bağlı əməliyyat həyata keçirən və bu işin istintaqını aparan MTN- nin və xüsusən qurumun Anti Terror Mərkəzinin əməkdaşları mükafatlandırılsınlar. İş materiallarına əlavə edilmiş bu məktub həmin işin sifarişli və saxta olduğunun açıq sübutudur.

Dinə etiqad edən, içki içməyən, siqaret çəkməyən şəxslər narkotiklə ittiham edilib. Əlinə bir dəfə də olsun gerçək silah almayan şəxslər qanunsuz hərbi birləşmələr yaradıb dövlət çevrilişi cəhdində ittiham olunub. Fakt kimi onların Daxili İşlər Nazirliyinin nəzdində olan tirə güllə atmağa getmələri əsas götürülüb (!?). İttiham aktında qeyd olunur ki, onlar dünyada yayılmış bir-birinə zidd olan “Hizbullah”, “Hizbutəhrir”, “Həmas” təşkilatlarının ideyalarını, Islama dəxli olmayan “masonluğu” təbliğ edirmiş. Maraqlıdır, bir-birinə zidd olan təriqətlərin ideyalarını bir yerdə necə təbliğ etmək olar? Iş materiallarına, təqsirləndirilən şəxslərin özlərinin, şahidlərin və valideynlərin bildirdiyinə görə Said Dadaşbəyli başda olmaqla “dəstə”- nin bəzi üzvlərinin Iran yönümlü islamçılara qarşı fikri müsbət olmayıb.

Səid Dadaşbəylinin atası gənclərlə bağlı ittihamları “MTN-in uydurduğu nağıl” adlanıdırır: “Bunlar hamısı Eldar Mahmudovun əli ilə olub. Allahın işidir, biz ibadət əhliyik, namaz qılırıq, dua edirik, Allah da bizi eşitdi. Bu qədər adamın bir yerdə ifşa olunması ağıla gələn şey deyildi”.
Həbs olunan gənclərin bəziləri bir- birini tanımır. Bir- birini tanımayan insanlar necə mütəşəkkil dəstə yaradıb dövlət çevrilişi edə bilərdi?

MTN-in həbs etdiyi gənclərin çoxu bir-birini tanımırdı. Məsələn, dəstənən rəhbəri kimi təqdim edilən Səid Dadaşbəyli Rəşad və Faiq İsmayılov qardaşlarını, Mübariz Süleymanovu tanımırdı. Ümumiyyətlə, bu işdə elə gənclərin adına rast gəlinir ki, təəccüblənməyə bilmirsən. Məsələn, tanınmış iş adamı İsgəndər Xəlilovun bacısı oğlu Samir Aslanov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin 3 işçisi və digərləri… Adları qeyd olunan sonunuclar da S.Dadaşbəylini tanımırdılar.

“Səid Dadaşbəyli və digərlərinin işi” üzrə ittiham aktında və məhkəmə hökmündə çoxlu sayda  qanunsuzluqlar və əssassız ittihamlar yer alıb. Çünki MTN tərəfindən xüsusi maraq və sifariş əsasında həyata keçirilən bu səs- küylü həbsin özü qanunsuz olub.

Gənclərin həbsi zamanı onların öz evlərində və qohumlarının evlərində məhkəmənin qərarı olmadan axtarış aparıblar. Qanunsuz müsadirələr həyata keçirib qızıl, ziynət əşyaları, pul, kompyüter, noutbuk, hətta bəzilərinin evlərindən maşın aparıblar və sonra geri qaytarmayıblar.

Bütün deyilənləri ümumiləşdirib bu qənaətə gəlmək olar ki, keçmiş MTN- nin xətti ilə son 10 ildə həyata keçirilən bütün qanunsuzluqlar, saxta əməliyyatlar, sifarişli həbslər, qondarma “dövlət çevrilişi” cəhdləri yenidən hər tərəfli araşdırılıb hüquqi qiymətini almalıdır. Əsassız olaraq təqiblərə, təzyiqlərə məruz qalanlar, əmlakı əlindən alınanlar, azadlığını itirib həbsə atılanlar, öldürüüb qanı batırılanlar, ölkədən didərgin salınıb vətən üzünə həsrət qalanlar tam bəraət almalı, öz layiqli haqlarına qovuşmalıdırlar. Səid Dadşbəyli və digərləri ilə bağlı işlərə də qanun çərçivəsində yenidən baxılmalıdır. Bu gün vəzifəsindən alınıb qolları qandallanan MTN generalları, idarə rəisləri həm də son 10 ildə dövlət adına həyata keçirdikləri bu cinayətlərinə görə də cavab verməlidirilər…

Qobustan Qapalı Həbsxanasında vəziyyət

Qobustan Qapalı həbsxanasında vəziyyət dəyişməz ağır olaraq qalır. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tətbiq edilməsinə başlanılması və həbsxanaya Fikrət Qafarovun  yeni rəis təyin olunması da orda hər hansı müsbət dəyişikliklər yaratmayıb. Bu barədə adı çəkilən həbs yerində cəza çəkən dustaqların yaxınları, vəkilləri və s. bildirir.

Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin sədri Müslümat Rzaxanova bildirir ki, sentyabrın 2-də Qobustan həbsxanasında məhbus Xanbala Mahmudovun ölümü, 16 sentyabrda saxlandığı kameradan zorakılıqla çıxarılmasına etiraz etdiyinə görə işgəncələrə məruz qalan Abbasov Əlaqif  Arif oğlunun özünə qəsdlə ölümündən bir ay keçməmiş  həbsxanada növbəti məhbus ölümü baş verib. Bu hadisələr 2014-cü ilin iyun ayından başlayaraq bu günə kimi məhbuslara qarşı davam edən insan ləyaqətini alçaldan münasibət və işgəncələr  saxlanma rejimini  məhbusların dili ilə desək  “faşist konslaqeri”-nə çevrib.  Məhbuslardan çətinliklə aldığımız  məlumatlara görə həbsxanada işgəncələr əsasən imkansız məhbuslara qarşı heç bir səbəb olmadan, bütün hallarda  əli qandallı tətbiq edilir. Bu səbəbi bilinmədən, qanunazidd  əli qandallı cəza vermək 20-25 il ərzində məhbuslara tətbiq edilməmişdi.

Həbsxana rəisi Fikrət Qafarovun dövlətimizin Ali Qanunlarını tanımaq istəməməsi, 1998-ci ildə ölüm hökmünü ləğv edilməsi ilə “razı olmadığını”, 20 ildən artıq müddətdə ağır şəraitdə cəza çəkən məhbuslara onların ölməli olduqlarını bildirməsi və həbsxanadan məhbusların  ardıcıl ölümü həbsxana rəisinin məhbuslara qarşı ədavətli münasibətinin mövcud olduğunu, məhbusların həyatına yaranmış təhlükənin aydın göstəricisidir.

Həbsxana rəisinin  20 ildə tətbiq edilməmiş, qanunazidd şəkildə məhbuslara  əli qandallı şəkildə cəza tətbiq etməsi məhbuslara verilən fiziki və mənəvi işgəncənin bir növüdür. Məhbusları  öz vəsaitləri ilə qismən təmir edib şərait yaratdıqları kameralardan  zorakılıqla  çıxarılaraq tamamilə fərqli xüsusiyyətli məhbuslarla bir kameraya köçürülməsi, onları qəsdən bir-birinə qarşı qoyaraq, “qoy qırsınlar bir-birini” deyə konflikt şəraiti yaratması həbsxana rəhbərliyinin məhbusları cəzalandırmaq üçün istifadə etdiyi metodlardan biridir. Bu şəraitdə saxlanma səbəbini bilmək istəyən məhbus dəhşətli işgəncələrlə döyülərək, lüt soyundurulub, əlləri arxadan qandallanaraq 15 gün, bəzən də 1 ay “kars”- da saxlanmaqla cəzalandırılır. Beləliklə, məhbus  qanuna zidd olaraq 1 ay “kars”- da saxlanır (məsələn, məhbuslar Zaur Süleymanov, Rahib Məsimov və digərləri kimi- red.). Hazırda məhbuslara tətbiq edilən fiziki və mənəvi işgəncələr onların hər birinin həyatına təhlükə yaratmaqla yaxınlarının ciddi narahatlığına səbəb olub.

AR Ədliyyə nazirinə, nazirliyin Penitensiar Xidməti   İdarəsinə dəfələrlə edilmiş müraciətlər, “araşdırılmaq” üşün  ondan şıkayət edilən həbsxana rəisi  Fikrət Qafarova  göndərilir. Nəticədə şikayət edən məhbus daha ağır işgəncələrə məruz qalır. Görüşə gələn həmin məhbusun yaxınları isə insan ləyaqətini alçaldan tərzdə (alt paltarlarını tam soyundurub- red.) xüsusi cihazdan istifadə etmədən yoxlanır. Həbsxanada baş vermiş bu və digər hərəkətlər  barədə hətta dövlət başçısına müraciətlər də araşdırılmaq üçün həbsxana rəisinə göndərilir. Nəticəsi isə ardıcıl müəmmalı məhbus ölümüdür…

Həbsxanada məhbuslar tam informasiya blokadasında saxlanılır, onların bütün yazışmalarına məhdudiyyət qoyulub. Məhbusun dövlət başçısına,  əlaqədar dövlət orqanlarına, məhkəmələrə, vəkil və nümayəndələrinə, Ombudsmanla yazışmalarına senzura tətbiq edilir. Həbsxanada saxlanma rejimindən və yaxud həbsxana rəhbərliyinin, personal xidmətin qanuna zidd, cinayət xarakterli hərəkətlərindən  edilən şikayətlər  ünvanına göndərilmir. Belə müraciəti göndərmək istəyən məhbusun adı “qara siyahı”- ya salınır və ona qarşı təzyiqlərə start verilir. Belə məhbuslar barədə saxta ittihamlar tətbiq edilərək döyülüb cərimə otağına salınırlar. Görüşə gələn və görüşdən çıxan məhbus (qadın) yaxınlarının “bəziləri” qanunda nəzərdə tutulan xüsusi cihazla yox, insan ləyaqətini alçaldan tərzdə tam soyundurularaq axtarılır (məsələn, məhbus Namiq Vəliyevin qohumu). Rəhbərlik həbsxanadan hər hansı məlumatın çıxarılmasından ehtiyat edir.

Son zamanlar isə məhbuslara qarşı xüsusi işgəncə metodu tətbiq edilir. Məhbus zorakılıqla öz vəsaiti hesabına təmir edib saxlandığı kameradan çıxarılır. Xasiyyətcə tam əks olan məhbusla bir kameraya salınıb, qəsdən  konflkt mübahisə şəraiti yaradılaraq, hər bir  məhbusun həyatına təhlükə yaradılır  və  yaxud xəstə məhbusla sağlam məhbus bir kameraya salınaraq xəstəliyə yoluxdurulur. Həbsxana rəisi ilə heç cür əlaqə saxlamaq mümkün deyil, heç bir valideyini qəbul etmir, telefona cavab vermir (bəzi məhbuslar istisna olmaqla). Cəzalandırılan məhbus barədə qəbul edilən qərarın surəti həmin məhbusa verilmir ki, qanuna müvafiq qaydada həmin qərardan şikayət edə bilsin. Məhbusun bütün dəftərxana ləvazimatları, qadağan olunmamış hüquqi ədəbiyyatlar, dövlət strukturları ilə yazışmaları,  hətta qələm, zərf, markalar həbsxana rəisi tərəfindən yoxlanılır və ya müsadirə edilir.

Əgər məhbuslara qanuna müvafiq qaydada saxlanması üçün normal şərait yaradılıbsa, işgəncələrə məruz qalmırlarsa, niyə məhbusların müraciətlərinə blokada yaradılır? Məhbusların yazılarından niyə qorxurlar? Həbsxana rəisindən edilən şikayətlər, “araşdırılması” üçün həmin rəisə qaytarılır. Belə olan halda yüksək maaşla Penitensiar Xidmət idarəsində işləyən təhqiqatçı və hüquqşünaslara ehtiyac qalırmı?  Penitensiar Xidmətdə həbsxana rəisinin “araşdırmalarının” nəticələrinə arxayın olaraq, bütün bu cinayət xarakterli hərəkətləri təkzib edir.

Həbsxanalarda qolu qandallanaraq qul vəziyyətində, tam informasiya blokadasında saxlanılan, məhbusla dubinka vasitəsilə danışan həbsxananın güc strukturlarının cinayət xarakterli hərəkətləri barədə məlumatlar araşdırılmalıdır. Belə məlumatları zəncirvari şəkildə bir-biri ilə bağlı olan Ədliyyə Nazirliyinin tabeliyində olan İctimai Komitədən, Penitensiar Xidmətdən, həbsxana rəisləri və onların yanında fəaliyyət göstərən “hüquq müdafiəçiləri”-ndən deyil, məhbuslardan və onların yaxınlarından almaq lazımdır. Hazırda Qobustan həbsxanasında  məhbuslara qarşı işgəncə və təzyiqlər daha qəddarlıqla davam edir. Məhbus ölümü barədə ardıcıl məlumatlar, həbsxana rəisi Fikrət Qafarovun məhbuslara qarşı qəddarlığı, məhbusları ölümlə hədələri,  məhbus yaxınlarına faciəli həyat yaşadır.

Penitensiar Xidmətin şəffaflıq problemi. Rəsmi təbliğat vasitələrinin elan etdiklərindən fərqli olaraq Penitensiar Xidmət sahəsində, Xidmətin idarə olunması, kadrların seçimi və təyinatında, büdcə və büdcə vəsaitlərinin idarə olunmasında, eləc də həbs yerlərində ümumi vəziyyət, istintaq təcridxanalarına və cəza çəkmə müəsisələrinə müstəqil hüquq müdafiəçilərinin buraxılması, onların orda monitorinq aparması, düstaqlarla görüşüb problemləri araşdırması və digər məsələlərlə bağlı şəffaflıq yox dərəcəsindədir. Məsələn, dəfələrlə edilən sorğulara və çağırışlara baxmayaraq nə hökümət, nə də Penitensiar Xidmət dövlət tərəfindən bu istiqamətdə ayrılan vəsaitin həcmi, büdcəsi, eləcə də düstaqların ərzaq, geyim, saxlanma, daşınma, tibbi, sosial xidmət, həmçinin personal heyətin əmək haqları, saxlanması və digər xərclər barədə sualları cavablandırmır. Məsələn, dəfələrlə cəhdlər edilsə də Penitensiar Xidmət bir məhbusun saxlanmasına ayrılan xərcin həcmi  barədə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın İnformasiya sorğusunu cavablandırmaqdan imtina edir. Maraqlıdır ki,  Azərbaycan höküməti və Penitensiar Xidmət yuxarıda qeyd olunan məlumatları lazımi beynəlxalq qurumlara təqdim etdiyi halda həmin məlumatları ölkə ictimaiyyətinə və yerli vətəndaş cəmiyyəti institutlarına açıqlamaq istəmir. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən Penitensiar Xidmətə ayrılan vəsaitlər Azərbaycan respublikasının dövlət büdcəsindən xərclənir. Büdcə xərcəmələri ictimai vəsaitdir, onun həcminin, təyinatının gizli saxlanmasına heç bir halda yol verilmir.

Avropa İnsan Haqları Məhkəməsinin icra olunmayan qərarları. Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanda həbsdə olan bir çox siyasi məhbuslarla bağlı qəbul etdiyi qərarları icra olunmur. Bir neçə il öncə bu qərar hazırda həbsdə olan keçmiş səhiyyə naziri, siyasi məhbus Əli İnsanova qarşı münasibətdə öz əksini tapıb. Hazırda analoji mənzərə həbsdə olan digər siyasi məhbuslar- 2013- cü ilin yanvar ayında İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunmuş siyasi məhbuslar- REAL Hərakatının sədri İlqar Məmmədova və Musavat partiyası başqanının müavini Tofiq Yaqubluya qarşı həyata keçirilir. Cari ilin dekabr ayının 9-da Avropa Şurası Nazirlər Komitəsinin insan hüquqlarına dair keçirdiyi iclasda 5- ci dəfə Azərbaycan hakimiyyətinin indiyədək İlqar Məmmədovu azad etməməsindən “dərin təəssüf hissi”nin keçirildiyi ifadə olunub. Halbuki, bu barədə Avropa məhkəməsinin qərarı və Azərbaycan rəhbərliyinə çoxsaylı müraciətlər olub. Qərarda İ.Məmmədovun dərhal azad edilməsi və Avropa məhkəməsinin qərarlarının icrasından yan keçmək cəhdlərinə son qoyulması tələb olunub.

2014-cü ilin mayında Avropa məhkəməsi İ.Məmmədovun həbsinin əsassız olması barədə qərar çıxarıb və onun azad edilməsinə çağırıb. Sonradan Avropa məhkəməsi T.Yaqublunun da barəsində analoji qərarı çıxarıb. 3 il bundan öncə isə analoji qərar keçmiş səhiyyə naziri Əli İnsanov barəsində çıxarılıb. Lakin bu günə qədər hər üç siyasi məhbus qeyri- qanuni şəkildə həbsdə saxlanılır.

Nəticə. Azərbaycan həbsxanalarında məhbusların saxlanma şəraiti, onların hüquqları və siyasi məhbus problemi ilə bağlı mövcud vəziyyətə dair yuxarıda deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Saxlanma yerlərində vəziyyət normal səviyyədə deyil, əksinə ağır olaraq qalır,  insan həyatı üçün bəzi məqamlar baxımdan təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yolxucu xəstəliklərin yayılmasına səbəb olmuşdur. Məhbusların vəkilləri və ailə üzvləri ilə görüşlərinə məhdudiyyətlər qoyulur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Bir çox hallarda həbs edilən şəxslərə qarşı fiziki zorakalıq və işgəncə halları baş vermişdir.

Həbs yerlərində əsas problemlərdən biri korrupsiya və işgəncə halları ilə bağlıdır ki, bu problem daha geniş və ağır vəziyyət yaradıb. Məhbusların hüquqlarının lazımi səviyyədə təmin olunmaması, bir çox qanunvericilik aktlarının, o cümlədən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun və Avropa Penitensiar Qaydalarının tam gücü ilə tətbiq edilməməsi bu sahədə olan mövcud boşluqlardan və problemlərdən olmaqla narahatlıq doğuran məsələlərdir.

Problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılmalı, qanunların işləməsinə şərait yaradılmalı və dərin islahatlar həyata keçirilməlidir.

Hazırda ölkədə məhbuslarla bağlı ən ciddi problemlərdən biri siyasi məhbus poblemdir. İctimai- siyasi fəaliyyətinə, hüquq- müdafiə, jurnalist fəaliyyətinə, dini baxşılarına görə ölkə həbsxanalarında  100- dən çox siyasi məhbus var. Hakimiyyət özünə təhlükə heab etdiyi istənilən şəxsi müxtəlif üsullarla şərləyib həbsə atır və onlara qarşı fantastik və absurd məhkəmə cəzası kəsir. Bir sıra yerli və beynəlxalq təşkilatların təkidli tələblərinə baxmayaraq Azərbaycan höküməti siyasi məhbus problemini həll etmək əvəzinə yeni- yeni ictimai fəalları müxtəlif uydurma bəhanələrlə həbs edir. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmiz keçmiş MDB və Avropa ölkələri  arasında ölkə əhalisinin adam başı ilə müqayisədə siyasi məhbusların sayına görə lider ölkələrdən biridir. Bu göstərici ölkədə insan haqlarının, sərbəst toplaşmaq, söz, ifadə, mətbuat azadlığının həm də real göstəricisi hesab oluna bilər. Bu göstərici həm də ölkədə mövcud olan avtoritar rejimin dinc, günahsız insanlara tətbiq etdiyi ağır cəzaların statistik nəticəsindən doğur. Bir çox hallarda açılan cinayət işləri Cinayət Məcəlləsinin (CM) uyğun  maddələri ilə deyil, yuxarı hədlə, bəzi hallarda isə şişirdilmiş halda tətbiq olunur. Bu isə rejimin mahiyyətindən, sərtliyindən doğmaqla yanaşı, həm də hüquq mühafizə orqanlarını bürümüş korrupsiyanın fəsadlarından irəli gəlir. Həbsxanaya atılan insanlar azadlıqda işlətdiyi “cinayətlər”lə bərabər həbs həyatı yaşadığı həbsxananın yazılmamış qanunları ilə də cəzalandırılır. Bu gün Azərbaycandakı həbs yerlərinin əksəriyyəti ölüm düşərgələrini- konslagerləri xatırladır. Məhkum edilən insanlar həbsxanalardan cəza çəkib, islah olunub cəmiyyətə səhvlərini dərk etmiş insan kimi deyil, əksinə əzilib, bezdirilmiş, dustaq dili ilə desək “sındırılmış” şəkildə çıxırlar. Hazırkı Penitensiar Xidmətin mahiyyəti, iş rejimi, dustaqlara münasibəti sovet dövründə olduğu kimi qalır. Bir çoxları Azərbaycanın Avropa  Şurasına üzv qəbul edilməsi, Avropa Penitensiar Qaydalarına, eləcə də digər bir sıra Konvensiyalara  qoşulmaqla bu sahədə ciddi islahatların aparılacağına, vəziyyətin düzələcəyinə ümid etsələr də gözləntilər özünü doğrultmadı. Digər tərəfdən ölkədəki avtoritar rejimin mahiyyətindən doğan qisasçılıq, repressiyalar, insanlarda qorxu xofu yaratmaq cəhdi dörd divar arasında- barmaqlılar arxasında daha amansız şəkildə həyata keçirilir.

Əldə olunan məlumatlara görə son illər bütün İstintaq Təcridxanaları və CÇM- lər  dustaqlarla doludur. Adam sayına və yer sxlığına görə onların sayı həddən çoxdur. Bir çox yerli və beynəlxalq təşkilatların açıqladığı hesabatlarda da bu rəqəm öz əksini tapır.

Azərbaycan həbsxanalarında saxlanma şəraitinin yaxşılaşdırılması, məhbus hüquqlarının qorunması və siyasi məhbus probleminin həll olunması üçün təxirəsalınmaz kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsinə ehtiyac var.

 Tövsiyələr;

Azərbaycanda həbs yerlərində vəziyyətin, infrastrukturun yaxşılaşdırılması, dustaqların hüquq və azadlıqlarının təmin edilməsi, qorunması və siyasi məhbus probleminin həll edilməsi üçün aşağıdakı tövsiyələr irəli sürülür;

  1. Həbs yerlərindəki vəziyyətin yaxşılaşdırılması və məhbusların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası təkmilləşdirilsin, qanunların tam gücü ilə həyata keçirilməsi təmin edilsin;
  2. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”Qanunun tətbiqi hər tərəfli şəkildə təmin edilsin.
  3. İnsan həyatı üçün təhlükəli olan köhnə istintaq təcridxanalarının və CÇM- lərinin ləğv edilərək yenilərinin inşa olunması prosesi surətləndirilsin;
  4. Penitensiar Xidmətin ictimaiyyət üçün açıqlığı, şəffaf fəaliyyəti, hesabatlılığı, vətəndaş cəmiyyəti institutlarının sorğularının cavablandırması təmin edilməlidir;
  5. Həbs yerlərində korrupsiya və işgənçə halları ciddi şəkildə araşdırılaraq aradan qaldırılsın, qanunsuz əməllərə yol verən məsul şəxslər haqqında ciddi ölçü götürülsün;
  6. Beynəlxalq qurumların, xüsusən ABŞ Dövlət Departamentinin və BMT- nin İşgəncələr Əleyhinə Komitəsinin Hesabatında Azərbaycanda həbs yerlərindəki vəziyyət, işgəncə və korrupsiya halları, məhkəmlərin qeyri- müstəqil olması, ictimai- siyasi fəalların qanunsuz şəkildə təqib olunması və s. məsələr ciddi şəkildə araşdırılıb aradan qaldırlsın.
  7. Penitensiar Xidmət tərəfindən müstəqil hüquq müdafiəçilərinin həbs yerlərinə daxil olaraq məhbuslarla görüşmək, onları narahat edən problemlərlə maraqlanmaq və monitorinq aparılması ilə bağlı ayrı- seçkilik aradan qaldırılsın və buna şərait yaradılsın;
  8. Həbs yerlərində ümumi durum və saxlanma şəraiti, məhbusların hüquq və vəzifələrinin qorunması sahəsində vəziyyət Azərbaycanın qoşulduğu Avropa Penitensiar Qaydalarına tam uyğunlaşdırılmalıdır;
  9. Həbs yerlərində məhbuslara dövlət tərəfindən verilən yeməyin, qida və ərzaq təminatının keyfiyyəti, tibbi, sosial xidmətlər yaxşılaşdırılsın, Penitensiar Xidmət personalının peşakarlığı artırılsın, onların dustaqlara münasibəti qanunvericilk səviyyəsində tənzimlənsin;
  10. 1990- cı illərin ortalarında ömürlük həbsə məhkum edilmiş şəxslərin işinə fərdi qaydada yenidən baxılsın;
  11. İnsanların ictimai- siyasi fəaliyyətinə görə təqib edilməsi praktikasına son qoyulsun. Həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılsın. Onlara dəyən maddi və mənəvi ziyana görə Azərbaycan höküməti hər bir siyasi məhbus üçün müvafiq təzminat ödəsin.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. Azərbaycan Respublikasının Konstitusiyası
  2. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Qanunu
  3. MƏHKUMLARIN İSLAH EDİLMƏSİNDƏ İCTİMAİYYƏTİN İŞTİRAKI VƏ CƏZANI İCRA EDƏN MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİNƏ İCTİMAİ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI”
  4. “Avropa Penitensiar Qaydaları” beynəlxalq Konvensiya
  5. ABŞ Dövlət Departamentinin hesabatı
  6. Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesabatı
  7. Amnesty İnternational təşkilatının hesabatı
  8. BMT- nin İşgəncələr Əleyhinə Komitəsinin hesabatı
  9. Keçmiş vicdan məhbusları, vəkillər və hüquq müdafiəçiləri ilə müsahibələr
  10. Ədliyyə nazirliyi Penitensiar Xidmətin internet səhifəsi
  11. Avropa Şurasının cinayət işləri və cəzaçəkmə ilə bağlı “SPACE” statistik hesabatı

(Hesabat  “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən hazırlanıb. Hesabatdan istifadə edərkən mənbəyə istinad edilməlidir)

 dekabr 2015- cü il, Bakı şəhəri

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button