“Siyasi məhbusun həyatına təhlükə var”

Əfqan Sadıqovun səhhətində gözlənilmədən yaranan müəmmalı problem

“Kürdəxanıdan 17 saylı kolona qayıtdığından sonra anidən yaranan (səbəbsiz) baş ağrısı, ürək bulanma, baş gicəllənmə, ürəkdə yaranan ağrı Əfqana möhkəm əziyyət verir. 10 gündən çoxdur ki, həkimlər problemi həll edə bilmir”.  Bunu Xural.com saytına siyasi məhbus, Azel TV-nin həbsdə olan baş redaktoru Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova deyib.

 

O bildirib ki, Əfqanın qan təziqi sürətlə yuxarı qalxır, “Təzyiqi 190-200 – 130-a çatanda iynə vurulur, 2-3 saatlığa təzyiq 140-ın 100-ə enir, iynənin təsiri keçəndən sonra təziq yenidən yuxarı qalxmağa başlayır və ağrılar daha şiddətli olur. Hər gün xeyli həblər içir, 2-3 dəfə iynə vurulur, lakin heç bir xeyri yoxdur, vəziyyəti lap ağırlaşır. Bu gün həkim mənim yanımda elə Əfqanın təziqini ölçdü, 190-ın 130-a qalxmışdı. Tibb hissəsinni həkimləri “guya” çaşqınlıq içindədirlər. “Nə gəlir əlimizdən edirik amma nəticə yoxdur” –  deyirlər. Maraqlıdır ki, xəstəxanaya müalicəyə qətiyyən göndərmək istəmirlər”.

S.Sadıqova bildirir ki, həyat yoldaşı Əfqan Sadıqov həyatına təhlükə olduğunu deyib: “Şərəfsiz rüşvətxorları, zülümkarları, qatilləri sevindirməyəcəm, kürəyimi asanlıqla yerə vura bilməyəcəklər. Onu da qeyd edim ki, Kürdəxanıda kameraların nəmişkən və soyuqluğundan son günlərdə xəstələndiyim üçün mənə 3 ampula “vena” iynəsi vurulmuşdu. Bunlardan nə pis şey desən gözlənilər. Dərmana, yeməyə nə isə qatırlar. Əlləri o qədər qana batıb ki, adam öldürmək bunlar üçün adiləşib. Bunu qarşıdan gələn prezident seçkilərinə görə YAP hakimiyyətinin mənə etdiyi bir təxribat kimi qiymətləndirirəm. Həyatıma ciddi təhlükə var” – deyə Ə.Sadıqov bildirib.

2017-ci ildə jurnalist Əfqan Sadıqov 2,5 il müddətinə həbs olunub. Cəlilabad rayon məhkəməsi onu CM-in 127.2.2-ci  (ağlamlığa qəsdən ziyan vurma) maddəsi ilə təqsirli bilib.

Jurnalist isə ittihamları qəbul etməyib, ona qarşı təxribat törədildiyini və peşə fəaliyyətinə görə təqib olunduğunu deyib. O, rayondakı sosial problemləri, məmurların qanunsuz hərəkətlərini tənqidi şəkildə işıqlandırdığına görə təqib olunduğunu bəyan edib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button