Siyasi məhbus Rüfət Səfərovun doğum gününə videoçarx hazırlandı

Rüfət Səfərovun doğum günü münasibətilə hazırlanan videoroliki xural.com olaraq təqdim edirik:

1981-ci il oktyabrın 11-də Rüfət Səfərov Qərbi Azərbaycanın Zəngibasar rayonu Zəhmət kəndində anadan olub. 6 yaşında həmin kənd məktəbinin 1-ci sinfinə daxil olub. Qaçqınlıq taleyi onu da doğma yurdundan didərgin salıb və ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. R.Səfərov Binəqədi rayonu 135 saylı məktəbin 1-ci sinfinə daxil olub, orada məktəbi müvəffəq qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub, universitetin bakalavr və magistratura pilləsini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsində baş məsləhətçi kimi əmək fəaliyyətinə başlayıb. 2010-cu ildə əsgəri xidmətə gedib. Rüfət Səfərov test imtahanı verərək prokurorluq orqanlarına daxil olub. 5 il Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb. 2015-ci ilin dekabrın 20-də ölkənin hüquq mühafizə sistemində baş verən qanunsuzluqlara, korrupsiya və rüşvətxorluğa qarşı etiraz edərək tutduğu vəzifədən istefa verib. 2016-cı ilin yanvar ayının 15-də Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib. 6 gün sonra o, ev dustaqlığına buraxılıb. Lakin buna baxmayaraq, Rüfət Səfərov yenə də tənqidi yazılarını davam etdirib. 2016-cı ilin sentyabrın 8-də yalançı şahidləri onun üzərinə qoyaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində siyasi dustaq olaraq öz həyatını yaşayır. Təqiblər və qərəzli münasibətlər Rüfət Səfərovdan yenə əl çəkmir. O, dəfələrlə qeyri-qanuni olaraq karsa salınıb və bu zaman ona ağır işgəncələr verilib. Bu barədə ictimaiyyət kifayət qədər məlumatlandırılıb.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button