Siyasi Məhbusları Müdafiə Mərkəzi toplanır

Siyasi Məhbusları Müdafiə Mərkəzi “”Nardaran işi”; siyasi motivlər, qanunsuzluqlar və reallıqlar” mövzusunda araşdırma-hesabat hazırlayıb.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

Onun sözlərinə görə, sabah hesabatın təqdimatı keçiriləcək, siyasi məhbuslarla bağlı müzakirələr olacaq.

“Son günlər Hollandiyada yaşayan siyasi mühacir Orduxan Temirxanın Bakıdakı qohumlarının – bacılarının, qardaşlarının və onların övladlarının polisə aparılaraq təzyiqlərə məruz qalması, siyasi repressiyaların güclənməsini nəzərə alaraq, sabahkı toplantımızda bu məsələni də müzakirəyə çıxaracağıq”, – Gülalıyev bildirib.

Toplantı 21 fevral saat 14 00-da baş tutacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button