Siyasi məhbusların yenilənmiş siyahısı hazırlanır

siyasi-mehbuslara-destek1

Azərbaycanın bəzi hüquq müdafiə qurumları və vəkilləri siyasi məhbus sayılan şəxslərin yenilənmiş siyahısını hazırlayır. Siyahı dekabr ayında açıqlanacaq. Transparency.az bildirir ki, hazırda siyahıda 79 nəfərin adı var.

Siyahının jurnalistlər və bloqçular bölümündə 12 nəfərin adı yer alır: Əbdül Əbilov, Nicat Əliyev, Pərviz Həşimli, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Fərəc Kərimov, Hilal Məmmədov, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu.

Hüquq müdafiəçilərindən 7 nəfər həbsdədir: Anar Məmmədli, Əliabbas Rüstəmov, Leyla Yunus, Arif Yunus (artıq həbsdən ev dustaqlığına buraxılıb – Red.), Rəsul Cəfərov, İntiqam Əliyev, Taleh Xasməmmədov.

Siyahıya görə, 4 gənc fəal siyasi məhbus sayılır: Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, İlkin Rüstəmzadə.

Müxalif siyasətçilərdən 5 nəfərin adı siyasi məhbus siyahısına salınıb: İlqar Məmmədov, Yadigar Sadıqov, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev.

Siyahının keçmiş dövlət məmurları bölümünə 5 nəfər daxildir: Əli İnsanov, Nicat Quliyev, Asif Lətifov, Akif Muradverdiyev, Nemət Pənahlı.

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi üzvlərinin işi üzrə 3 nəfər siyasi məhbus sayılır: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.

1 nəfər 2013-cü ilin İsmayıllı etirazlarına görə həbs edilib: Vasif Ibrahimov.

Siyahının siyasi girovlar bölümünə 4 nəfərin adı salınıb: Elnur Seyidov, Sirac Kərimli, Murad Adilov, Mübariz Abdullayev.

İnanclı fəallardan isə hazırda 38 şəxsin siyasi motivlərlə həbsdə saxlandığı bildirilir. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov da var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button