“Smeşariklər” Bakıya gəlir

Smeşariklər14, 15 noyabr tarixlərində Azərbaycan Dövlət Opera və Balet Teatrında «Dostların əhatəsi» Sankt-Peterburq kukla teatrının “Smeşariklərin yeni sərgüzəştləri” adlı qastrol tamaşası nümayiş olunacaq.

xural.com-a daxil olan məlumatda bildirilir ki, uşaqların sevimlisi olan “Smeşariklər” cizgi filminin sevimli qəhrəmanları Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində canlanacaq. Sevimli qəhrəmanlar yeni sərgüzəştləri, məzəli və şən əhvalatları ilə nəinki balaca tamaşaçılara, hətta böyüklərə də unudulmaz zövq verəcək. Tamaşaçılar sevimli qəhrəmanları ilə birgə macəralar aləminə düşəcək.

“Smeşariklər” şousunun qeyri-adi və cəzbedici cəhəti nədən ibarətdir? Bu şou niyə balacaların və valideynlərin sevimlisinə çevrilib? Səbəb olduqca sadədir – uşaqlara xeyirxahlıq aşılamaq. Dünya ölkələrində asayişin pozulduğu, müharibələrin tüğyan etdiyi çağdaş dövrdə tamaşanın əsas məqsədi uşaqlara sülh və barış dolu, mənəvi dəyələrin yüksək tutulduğu dünya qurmağın vacibliyini, mərhəmətin, insansevərliyin ən ali hisslər olduğunu aşılamaqdır. “Smeşariklər” dünyasında qəddarlığa, xəsisliyə və zülmə yer yoxdur.

“Smeşariklər”i digər uşaq tamaşalarından fərqləndirən ən asas xüsusiyyət isə burada mənfi personajın olmamasıdır. Burada iştirak edən bütün personajlar öz xarakterləri etibarilə xeyirxahlıq aşılayan müsbət qəhrəmanlardır.

Zahiri primitivlik və uşaq sadəlövhlüyü ilə hazırlanmış süjetlərdə, əslində, olduqca vacib və ciddi məsələlər, fəlsəfi mənalar qoyulur ki, bu da valideynlərin diqqətini çəkir.

Tələsin, musiqi ilə, gözəl mahnılarla, maraqlı macəralarla dolu, əsl dostluqdan bəhs edən interaktiv tamaşada iştirak etmək, övladlarınıza gülüş dolu xoş anlar bəxş etmək istəyirsinizsə, biletləri şəhərin mərkəzi kassalarından əldə edə bilərsiniz.

 Qeyd edək ki, “Dostların əhatəsi” Sankt Peterburq Kukla Teatrı 2007-ci ildə yaradılıb. Kollektiv uşaq tamaşaların hazırlanması istiqamətində böyük təcrübəyə malikdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button