Soçidə “Tayqulaq Andranik”ə abidə qoyulur!

Əlinin altındakı qulağını kəsmişik...

Beynəlxalq Diaspor Mərkəzi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycanın Rusiya Federasiyasındakı səfirinə müraciət edib

Rusiyada nəşr edilən erməni “Erkramas” qəzetinin yazdığına görə, 02-06 noyabr 2010-cu il tarixdən Rusiya Federasiyasinin Soçi şəhərinin Lazarevski rayonunda 4-cü sənədli televiziya filmi festivalı keçirilib. Festivalda türklərin ermənilərə qarşı yalançı soyqırımı, vəhşiliyi barədə film göstərilib.

Bədii gecədə Lazarevski Milli Mədəniyyət Mərkəzinin, Rusiya və Ermənistan jurnalistləri ittifaqının üzvü, Lazarevski rayonunun mədəniyyət bölümünün rəhbəri Krikor Mazlumyan indiki Türkiyə ərazisini Qərbi Ermənistan adlandıraraq erməniləri məzlum, yazıq xalq kimi təqdim edib və həmin torpaqların onlara məxsus olduğunu bəyanlayıb.Festivala Rusiyanın görkəmli siyasətçiləri, deputatlar və incəsənət xadimləri böyük maraq göstəriblər. Festival iştirakçıları Soçi şəhərinin memarı Marat Minasyanla görüşüb və I Dünya Müharibəsində Rusiyanın maraqlarını qoruyan general Andranik Ozanyanın heykəlinə baxış keçiriblər. “Tayqulaq Andranik” kimi tanıdığımız Andranikin heykəlinin erməni diasporu tərəfindən Soçi şəhərinin Lazarevski rayonunun Volkonka qəsəbəsində qoyulması qərara alınıb.

Minlərlə Azərbaycan türkünün qanını tökmüş belə bir qatilin abidəsinin qoyulması Azərbaycana təhqir kimi qiymətləndirilməlidir. Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq bu hərəkəti qətiyyətlə pisləyir, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin və Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin bu məsələyə müdaxilə etmələrini xahiş edirik.

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button