Sökülən villalarla bağlı merdən növbəti açıqlama – VİDEO

hacıbəlaPrezident İlham Əliyevin tapşırığı ilə “Dostluq” parkında sökülən villaların yerində ağacəkmə kampaniyası keçirilir. 

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi iməcilikdə Mer Hacıbala Abutalıbov şəxsən özü də iştirak edib.
Bu parkda bəzi villalar sökülüb, yerində isə müxtəlif şam ağacları əkilib. Ağacəkmə kampaniyasında 2 mindən çox insan iştirak edib və kampaniya çərçivəsində 10 min ağac əkilib. Amma villaların hamısı hələ ki, sökülməyib. Söküntü bundan sonra da davam edəcək.
Merin sözlərinə görə, indiyə qədər 42 villa sökülüb. Onların sahibləri isə hələ də üzə çıxmır. Amma bu, ilk belə hal deyil:
“Nəsimi rayon ərazisində yaşıllıq məhv edilmişdi. Təəssüf ki, bunu edənlər vəzifəli şəxslər olmuşdu. Və biz bunları tamamilə ləğv etdik. İndi oranı yaşıllıqlar, istirahət mərkəzinə çevirmişik. Hazırda insanlar orada yüksək bir səviyyədə istirahət edirlər.
Bundan başqa Xətai rayonunda qanunsuz olaraq özəlləşdirilmiş gözəl bir yaşıllıq zonası vardı. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məlumat daxil oldu. Dərhal da bütün orqan – idarə və təşkilatların birgə köməyi ilə orda aparılan tikinti işlərinı tamamilə dayandırdıq, eləcə də sərəncamları, özəlləşməni ləğv etdik. Artıq oranı gözəl bir parka çevirmişik”. / ans.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button