Soruşmasalar da, “azərbaycanlıyam”,- dedi

Hazırda Rusiyanın ikinci paytaxtı Sank-Peterburqda yaşayan Azər Nəsibovun ifası hər kəsin zövqünü oxşadı.

Rusiyanın “I kanal”ında yayımlanan “Qolos Deti” (“Uşaq səsi”) şousunun növbəti buraxılışlarından birində gənc azərbaycanlı Azər Nəsibov həm ifası, həm də vətənpərvərliyilə yadda qaldı.

O, müsabiqə zamanı məşhur “Scorpions” qrupunun “Maybe İ Maybe You” mahnısını ifa edib. Müsabiqədə Münsiflər Heyətinin hər üç üzvü seçim üçün geri dönüblər. 15 yaşlı həmyerlimiz uşaqlıqdan sevərək izlədiyi Pelageyanın komandasını seçib.

Fərəhləndirici məqamlardan biri də odur ki, harada yaşadığı soruşan münsiflər heyətinin gözləntilərinin əksinə olaraq Azər Nəsibov, “onu da deyim ki, mən azərbaycanlıyam!”,- deyir və onun bu açıqlaması zalda alqışlarla qarşılanır.

Videogörüntülərdən məlum olur ki, Azər Nəsibovun atası uzun illərdir ki, Sank-Peterburqda yaşayır və bu şəhərdə onun kiçik bir tərəvəz dükanı var. Atası azərbaycanlı, anası isə rus olan Azər Nəsibovun ailəsində o ilk adamdır ki, musiqiyə bu qədər məhəbbətlə yanaşır.

İdeal olaraq Müslüm Maqamayevdən bəhrələndiyini söyləyən Azər Nəsibov güman edir ki, onun səsini bu müsabiqə vasitəsilə bütün dünya eşidəcək. O musiqi təhsilini davam etdirmək və həmyerlimiz Müslüm Maqomayev kimi dünya şöhrətli sənətkar olmaq uğrunda çalışacaq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button