Sosial yardımın verilməsi ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıb

 selim muslumov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı müəy­yən məhdudiyyətləri aradan qaldırıb.

Xural.com report.az-a istinadən xəbər verir ki, bunu jurnalist­lərə açıqlamasında Əmək və Əhalinin Sos­ial Müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir xatırladıb ki, ötən illərdə Azərbaycanda ailənin banklara və kredit təşkilatlarına ödədiyi aylıq ödəmənin məbləği həmin ailənin orta aylıq gəlirinin yarısından çox olurdusa, həmin ailənin ünvanlı sosial yardımla bağlı müraciəti ilə bağlı “imtina” qərarı verilirdi:

“Artıq bu məhdudiyyət­ aradan qaldırılıb. Yeni qaydalarda bu məhdudiyyət yoxd­ur. İkinci bir məhdudiyyət ondan ibarət idi ­ki, əgər ailənin ali məktəblərdə və ya orta ixtisas məktəblərində ödənişli təh­sil alan üzvü var idisə və ailə onun üçün əvvəlki 12­ ay ərzində minimum əmək haqqının 10 mislin­dən çox ödəniş etmişdisə, bu halda ailəni­n ünvanlı sosial yardım almaq hüququ olm­urdu.

Bu məhdudiyyət də aradan qaldırılıb,­ amma bir şərtlə, əgər belə bir ödəmə olu­nubsa onda bu, ailənin gəlirlərinə ünvanlı­ sosial yardım hesablanan zaman daxil ediləcək­. Deməli, o ailənin gəlirləri olub ki, həmin ­gəlirləri qeyd olunan məqsəd üçün yönəldib. Ma­raqlı deyil ki, ailə bu gəliri hansı mənbədən­ əldə edib. Bunlar çox mühüm dəyişiklikl­ərdir ki, son qərarlarda öz əksini tapıb­”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button