“Sovetski”nin bəzi sakinlərinə ev veriləcək

sovetskiİcra hakimiyyəti belə sakinlərin sayını və mənzillərin nə zaman veriləcəyini açıqlamayıb

xural.com meydan.tv-yə istinadən xəbər verir ki, Bakının “Sovetski” adlanan ərazisində (Nərimanov prospekti və ona bitişik küçələr) yaşayan və köçürülməsi planlaşdırılan bəzi sakinlərə ev veriləcək.

Yasamal rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yaşadığı mənzilin sahəsi 25 kvadrat metrdən az olan sakinlərin ərazidən köçürülməsi üçün onlara kompensasiya deyil, ev veriləcək.

İcra hakimiyyəti belə sakinlərin sayını və mənzillərin nə zaman veriləcəyini açıqlamayıb.

Adıçəkilən ərazidə söküntü işləri paytaxtın yaşıllaşdırılması məqsədilə aparılır. Orada meşə-park zonası salınacaq və mövcud nəqliyyat sıxlığının azaldılması məqsədilə bir neçə avtomobil yolu tikiləcək. Sakinlərə yaşayış sahəsinin bir kvadrat metri üçün 1500 manat həcmində kompensasiya verilir. Yardımçı tikililər üçün kompensasiyaların məbləği isə təxminən 750-800 manatdır.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button