“Soyuq silahlar”ın suvenir kimi Azərbaycana gətirilməsi qadağan olundu

01_dgk-soyuq-silah-xabardarliq29.07.2013

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, ölkəyə qanunsuz silah gətirənlərin sayı artıb. Gömrük orqanları tərəfindən 200-dən çox bu cür fakt aşkar olunub.

Qanun pozuntusuna yol verən şəxslərdən yüzlərlə belə əşyalar – beşbarmaqlar, qeyri-standart formada hazırlanan xəncərlər, süngülər, bıçaq və bıçağa oxşar əşyalar, pnevmatik və qaz silahları, dəyənəklər, qandallar, habelə mülki dövriyyəsi qadağan olunan digər əşyalar götürülüb.

Belə əşyaları gömrük sərhədindən keçirməyə cəhd göstərən şəxslər verdikləri izahatlarda bu əşyaları “suvenir” və ya “xatirə hədiyyəsi” kimi gətirdiklərini iddia edərək məsuliyyətdən yayınmağa çalışıblar.

DGK xəbərdarlıq edir ki, kustar üsulla hazırlanmış, əzici-vurucu xassəyə malik beşbarmaqlar, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button