“Sözüm prezidentin köməkçisi Əli Həsənovadır.

“Sözüm prezidentin köməkçisi Əli Həsənovadır.

Əli müəllim, bilirəm ki, səhifəmi izləyirsiz, bunu da görəcəksiz. Bunu bilin ki, mənim üstümə göndərdiyiniz sərəfsiz trollarınızın mənim Facebook səhifəmdə və YouTube kanalımda yazdığı söyüş və təhqirləri şəxsən sizin dilinizdən deyilən hesab edirəm.

Onları təşkil edən, maliyyələşdirən və yönləndirən şəxsən sizsiz. Buna daha bir sübut sizin tənqidiniz olan 28 mart tarixli videosüjetimə rekord sayda trol hücumudur.

Əli Həsənov

Profili əlifbanın 1 hərfi olan trollarınızla ictimai fikri təsirləndirəcəyinizi düşünməyiniz gülüncdür. Bu, yalnız sizin ictimai dəstəksiz qaldığınızı və acizliyinizi nümayiş etdirir. Siz söyüş-təhqirdən şikayət edirsiz, özünüzsə söyüş kampaniyasını maliyyələşdirirsiz.

Yalandan deyə bilməzsiz ki, mən söyüş söyürəm. Dediyiniz “kişi” kimi mübarizəni özünüzdən başlayın. Muzdlu trollarınızı dərhal geri çağırmağı, məndən və mənim səhifə və kanalımdam əl çəkməyinizi tələb edirəm!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button