Səidə Sultan: “Bəyəm o sinə tək məndədir?” — YENİLƏNDİ+VİDEO

səidə sultanSPACE efirində biabırçılıq: Canlı yayımda aparıcının sinəsi çöldə qaldı

SPACE TV-də efirə gedən “Əsl şou” verilişində müğənni Səidə Sultan studiyaya mini ətəkli və sinə dekolteli geyimdə çıxıb.

Mahnı ifa edərkən müğənninin sinəsi açılıb, amma müğənni sinəsini örtməyə tələsməyib. Tamaşaçılarla salamlaşdıqdan sonra isə digər aparıcı ilə söhbət zamanı “Səhər tezdən qəşəng bir iş elədik” deyib.

Müğənni Səidə Sultan Ölkə.Az-a açıqlamasında bildirib ki, canlı yayımdan öncə geyimində heç bir problem olmayıb:

“Əslində efirə çıxanda o geyimin mənə heç bir narahatçılığı yox idi. Hamının geyindiyi qısa paltardı. Guya Azərbaycanda qısa paltarı tək mən geyinmişəm? Sadəcə, arxada iki mikrofon asıldığına görə belə oldu. O mikrofonlar mən oynayan vaxt sürüşdü və belə nəticələndi. Efirə baxan insanlar da gördülər ki, necə məyus oldum. Gözlərim bərələ qalmışdı. Abırımı çöldən tapmamışam ki, çıxıb efirdə sinəmi çöldə qoyum? Bir qəza idi, oldu. Hamının başına gələcək işdir. Mən efirdəyəm deyə daha çox nəzərə çarpıram. Hansısa qadının da yolla gedəndə yupkası, köynəyi cırıla bilər. Bunu belə şişirdib xalq düşməninə çevirmək lazım deyil, ayıbdır. Bir-birimizi bu dərəcədə vurmayaq. Hamının anası-bacısı var. Bəyəm o sinə tək məndədir? İndi canlı efirdi bilmədən başıma gəldi. Bilərkdən heç vaxt belə etmərəm”.

Göstərilən videodan 2.20 dəqiqəsindən etibarən həmin anları izləyə bilərsiz:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button