“Space”dən Vahid Mustafayevə sərt cavab

Vahid Mustafayev151206-big27.07.2013

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev  son vaxt mətbuatda “Space” TV ilə bağlı dərc olunan məqalələrə sərt reaksiya verib. Onun fikrincə, bu yazılar həqiqətdən çox  Space TV-nin əməkdaşlarına və rəhbərliyinə qarşı aparılan  “qara piar” kampaniyasıdır.  Vahid Mustafayev “Space” telekanalına qarşı başlamış “qara piar”ı yolverilməz hesab edib: 

“Ümumiyyətlə Azərbaycanın mədəni tarixinin tərkib hissəsinə çevrilmiş, tanınmış rejissor Vaqif Mustafayev və onun rəhbərlik etdiyi “Space” kanalına qarşı son zamanlar başlamış “qara piarı” mən yolverilməz hesab edirəm. Vaqif müəllim yaradıcı insandır və bir çox böyük əsərlərə imza atıb. O həyatının böyük bir hissəsini Heydər Əliyevə həsr edib və mən hesab edirəm ki, bu onun kredosudur. Mən hesab edirəm ki, böyük şəxsiyyətə Heydər Əliyevə ehtiramını nümayiş etdirməyinə görə heç kim heç kimi ittiham edə bilməz. Mən kolleqaları bir birimizə dözümlü olmağa, etika və alicənablıq hissini itirməməyə çağırıram. Məncə, buna son qoymaq lazımdır”, – deyə Vahid Mustafayev bildirib.

“Space” kanalının rəhbərlikdən narazı əməkdaşları V.Mustafayevin bu açıqlamasını həmkar həmrəyliyi kimi dəyərləndirib. Onların fikrincə, telekanalları qul bazarına çevirən belə rəhbərlər, təbii ki, “dar gündə” bir-birlərinə dəstək duracaqlar: “V.Mustafayev istedadlı adamdır və televiziya sahəsində yaxşı təcrübəyə malikdir. Baxmayaraq ki, onun da öz işçilərilə sərt davrandığı heç kimə sirr deyil. Vahid Mustafayevin bu gün  dəstək verici fikirlərində, Vaqif Mustafayevin yaxşı rəhbər olduğu qeyd edilmir. “O həyatının böyük bir hissəsini Heydər Əliyevə həsr edib” nə deməkdir? Belə çıxır ki, istənilən YAP-çını hansısa telekanala rəhbər qoymaq olar? Vaqif müəllim yaxşı kinorejissordur? O zaman getsin kino çəksin. Onun burada nə işi var? “

“Space” kanalının rəhbəri V.Mustafayevin də fikrini dərc etməyə hazırıq. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button