Status-kvonun dəyişdirilməsi torpaqlar qaytarılandan sonra mümkündür

Filip Lefort

07.02.2012

Xarici İşlər Naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı tərəflər arasında Aİ ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin xarici siyasətimizin ən yüksək prioritet təşkil edən məsələsi olduğunu vurğulayaraq, bu münaqişənin Azərbaycan üçün ən mühüm problem olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələri tərəfindən işğal altında olması faktıdır. Status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayan nazir, bunun üçün atılması vacib olan ilk addımın erməni silahlı qüvvələrinin işğal altında olan torpaqlardan çıxarılması olduğunu deyib.

Görüş zamanı tərəflər bir sıra həlli vacib məsələləri də müzakirə ediblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button