Steynar Gildən “Xural”a dəstək

Steynar Gil

Sabiq səfir: “Qəzetlərin bağlanması və jurnalistlərin təqibi antidemokratik rejimlərin göstəricisidir”

Norveçin Azərbaycandakı sabiq səfiri Steynar Gil “Xural” və “Yeni Müsavat” qəzetlərinə basqıları pisləyib.

Müxbirimizin suallarını cavablandıran cənab Gil, “Xural” qəzetini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinın iddiası əsasında külli miqdarda cərimələnməsini, qəzetin əmlakının müsadirə edilməsini və fövqəladə hallar naziri Kamaləddin Heydərova məxsus “Gilan” Holdinq şirkətinin “Yeni Müsavat” qəzetinə qarşı 1 milyon manatlıq iddiasını absurd adlandırıb: “Bu hallar bir daha onu təsdiq edir ki, 2006-cı ildə Azərbaycanı tərk etdiyimdən bəri ölkədə heç nə dəyişməyib. Hətta vəziyyət daha da pisləşib. Adlarını qeyd etdiyiniz şəxslərin tənqid edildiklərinə görə mətbuat orqanlarından kompensasiya tələb etmək barədə düşünmələri belə tamamilə absurd və gülüncdür. Avropa Şurasının üzvü olan bir ölkədə bu kimi halların baş verdiyini düşünmək çox çətindir. Mətbuat azadlığı demokratiyanın təməl daşıdır. Qəzetlərin bağlanması və jurnalistlərin təqibi antidemokratik rejimlərin göstəricisidir. Dediklərim istənilən demokratik düşüncəli insanların mövqeyidir. Qorxuram ki, mən və mənimlə eyni düşüncədə olan insanların dediklərinə baxmayaraq Azərbaycanda qəzetləri və jurnalistləri məhkəmələrə sürükləyən insanların düşüncəsi dəyişməsin. Nəticə bundan ibarətdir ki, gec-tez başqa dəyişikliklər baş verəcək”.

Əfqan Muxtarlı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button