STP qanunsuz söküntüləri müzakirə etdi

Bu gün – 4 iyun 2016-cı il tarixində Sivil Toplum Platformasının növbəti toplantısı keçirilib.

Toplantıda son günlər cəmiyyəti ciddi şəkildə narahat edən Bakı şəhərindəki qanuni qoruma altında olan bir çox tarixi abidənin tarixə qəsd edərcəsinə qanunsuz şəkildə qoruma altından çıxarılaraq sökülməsi, dağıdılması  məsələsi geniş müzakirə edilib və Nazirlər Kabinetinin, Mədəniyyət və Turizm Nazirliyinin, habelə Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan tarixinə və Mədəniyyətinə qarşı atdıqları bu addımdan duyulan ciddi narahatçılıq qeyd olunaraq, söküntülərin dərhal dayandırılmasının zəruriliyi vurğulanıb. Toplantıda Azərbaycan hökumətinin 1985-ci il oktyabrın 3-də Qranada şəhərində imzalanmış “Avropanın memarlıq irsinin qorunması haqqında”  Konvesiyanı 26 noyabr 2009-cu il tarixində Milli Məclis səviyyəsində Qanunla ratifikasiya etdiyi və bu sənədlərə ciddi  əməl etməli olduğu bildirilib.

Sivil Toplum Platformasının müzakirəyə çıxardığı digər bir məsələ, ölkədə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə QHT-lərin normal fəaliyyətini təmin edəcək qanunvericilik islahatlarının və praktik addımların atılmamasından doğan narahatçılıq olub. İyun ayının sonunadək bu istiqamətdə daha ətraflı bir araşdırmanın aparılması, mövcud vəziyyətin qiymətləndirilərək təkliflərin cəmiyyətə təqdim edilməsi məqsədi ilə dəyirmi masa müzakirələrinin keçirilməsi planlaşdırılıb.

Tədbirdə digər cari məsələlər də müzakirə olunub.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button