STP səfirlərlə görüşlərə başladı

Sivil Toplum Platforması (STP) geniş nümayəndə heyəti ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mardla görüş keçirib. Tədbirdə həmçinin nümayəndəliyin digər əməkdaşları da iştirak ediblər.

Görüşdə platforma üzvləri STP-nin yaranma zərurəti və fəaliyyət istiqamətləri, qarşıya qoyulmuş məqsədlər barədə məlumat veriblər.
Daha sonra avropalı diplomatlarla ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, siyasi azadlıqlar və siyasi məhbus problemləri, sosial-iqtisadi vəziyyətin ağırlaşmasından doğan nəticələr, mövcud problemlərdən çıxış yolları, habelə beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın qarşılıqlı dialoq şəraitində keçirilməsinin önəmini vurğulayaraq, bundan sonra da STP ilə Avropa İttifaqı arasında təmasların sıxlaşdırılmasının faydalı olacağı qənaətinə gəliblər.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button