STP vətəndaş cəmiyyətinə təzyiqləri müzakirə etdi

Bu gün Sivil Toplum Platformasının növbəti toplantısı keçirilib.
Toplantıda QHT-lərin praktik vəziyyəti və problemlərdən çıxış yollarına dair geniş fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, ölkədə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə QHT-lərin normal fəaliyyətini təmin edəcək qanunvericilik islahatlarının və praktik addımların atılmamasına dair Platforma üzvləri tərəfindən geniş araşdırmalar aparılsın, eyni zamanda həmin hesabatların ictimaiyyətə təqdim edilməsi məqsədi ilə açıq dəyirmi masa təşkil olunsun.

stp1 18 06 2016

Toplantıda həmçinin son günlər cəmiyyəti narahat edən digər məsələlərə də toxunulub. Polisin “Qanun” nəşriyyatına etdiyi basqı, həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun ad gününə həsr olunmuş flayerlərin polis tərəfindən nəşriyyatdan müsadirə olunması, eyni zamanda D18 hərəkatının yerləşdiyi ofisdən çıxarılması STP üzvləri tərəfindən mənfi addım kimi dəyərləndirilib. Həmçinin tənqidçi və fəal gənclərin ailələrinin həmin şəxslərə görə basqıya məruz qalması Platforma üzvləri tərəfindən pislənilib. Qeyd olunub ki, bu cür addımlar insan azadlıqlarının təməl prinsiplərinə ziddir və insan haqqları və demokratiya sahəsində ölkənin imicinə böyük zərbə vurur.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button