STP Xədicə İsmayıla videoçarx hazırladı

Ölkənin aydınlarının, mütəxəssislərinin və ziyalılarının birləşdiyi Sivil Toplum Platforması – STP hazırda həbsxanada olan siyasi və vicdan məhbusu Xədicə İsmayılın 40 yaşının tamam olması münasibətilə videoçarx hazırlayıb. Videoçarxda STP üzvləri “Xədicə İsmayıl niyə azadlıqda olmalıdır” sualına cavab verirlər və Xədicə İsmayılın azad söz və müstəqil mətbuat uğrunda mübarizə apardığını və azadlıqda olmalı olduğunu bildirirlər. Bu, STP-nin həm də Xədicə İsmayılın simasında Azərbaycanda azad sözə və müstəqil mətbuata verdiyi qiymətdir. Ölkə ictimaiyyətinin bu məsələyə diqqətinin yönəldilməsi yolunda atılan addımdır.

Xural.com STP-nin Xədicə İsmayıla sürpriz ad günü vodeoçarxını təqdim edir və Xədicə xanımı qarşıdan gələn doğum günü münasibətilə təbrik edir. İnanırıq ki, Xədicə İsmayıl yaxın günlərdə aramızda olacaq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button