STP xüsusi müzakirələr keçirəcək

stp11

Sivil Toplum Platforması

Müstəqil Qeyri Hökumət Təşkilatının (QHT) və KİV-in 26 tanınmış nümayəndəsini birləşdirən Sivil Toplum Platforması (STP) apreldə Azərbaycan hakimiyyətinin beynəlxalq qanunvericiliyə və öhdəliklərə məhəl qoymaması ilə bağlı xüsusi müzakirələr keçirəcək.

“Hakimiyyət ardıcıl olaraq beynəlxalq aktların müddəalarını, həmçinin Azərbaycanın üzv olduğu təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirmir. Bundan əlavə, onlar Avropa Məhkəməsi, BMT İnsan Hüquqları Komitəsinin qərarlarına açıq şəkildə məhəl qoymur”, Platformanın üzvü Ələsgər Əhmədoğlu bildirib.

İnsan hüquqları, söz azadlığı, QHT-lərin fəaliyyəti, qanunvericilik maksimum dərəcədə sərtləşdirilib və bu həm ölkə Konstitusiyasına, həm də qəbul olunmuş beynəlxalq normalara ziddir.

STP vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlətlərarası orqanların qərarlarının icrasını məhdudlaşdıran qanunun parlament tərəfindən qəbulunu qeyri-məqbul və yolverilməz sayır və cəmiyyətin maraqlarına zidd olan bu adıdımın qarşısını almaq niyyətindədir.

Amerikanın səsi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button