Strateji yol xəritəsindən nə xəbər var?!

xural.com Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunun facebook statusunu təqdim edir:

4 ay 10 gün öncə prezident İlham Əliyev tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq olunub və bu istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədilə İşçi qrupu yaradılıb. Onlara tapşırılıb ki, altı ay müddətində 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini; 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini; 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Nəzərdə tutulmuş layihələrin hazırlanması işinə işçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər.
İşçi qrupu onların iştirakı ilə milli iqtisadiyyatın 360 dərəcəli diaqnostikası və SWOT təhlilini aparmalı və eyni zamanda prioritet olan 8 sektorun –

1) Neft və qaz (kimya məhsulları daxil olmaqla);

2) Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı;

3) Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı və digər istehsalat;

4) Ağır sənaye və maşınqayırma;

5) İxtisaslaşmış turizm və əyləncə;

6) Logistika və ticarət;

7) Uyğun qiymətə mənzillər və sair;

8) Kompleks məsələ kimi peşə təlimləri – strateji yol xəritəsini hazırlamalıdır. İşçi qrupunun son 4 ayda fəaliyyətinə dair məlumat çatışmazlığına görə onların işini dəyərləndirə bilməsək də bu prosesin qapalı aparılmasından narahatlığımı ifadə etmək istərdim. Əvvəla, hesabatlılığı və şəffaflığı təmin etmək üçün hazırlanacaq sənədin iqtisadiyyat sahəsində islahatlar üçün əhəmiyyətini eləcə bu işə başlanılmasından 4 aydan çox vaxt ötdüyünü nəzərə alaraq işçi qrupu bundan sonra dövrü olaraq görülən işlərə dair məlumatlarla çıxış etməli və strateji yol xəritəsinin layihəsini dərc etməlidir.
İkincisi, hazırlanacaq sənədlərin keyfiyyətlı olması üçün onun həm umumi və həm də sektorial, eləcə də cari, orta və uzunmüddətli xarakter daşıdığını nəzərə alaraq bu müzakirəələr yerli mütəxəsslərin, müstəqil ekspertlərin təşkil edilməlidir.
Üçüncüsü, strateji yol xəritəsinin layihəsi əsasında müzakirələr deklorativ və formal xarakter daşımamalı, işçi qrupunun fəaliyyətinə, ümumilikdə həyata keçiriləcək islahatlara ictimai inam və dəstəyin formalaşdırılması üçün işçi qrupu – ona ayrılan 6 aylıq müddətin ən azı son 1 ayını hazırladığı layihə əsasında müstəqil ekspertlərlə geniş və açıq ictimai debatlara həsr etməldir.

Xatırladım ki, hələ strateji jol xəritəsinin hazırlanmasına qərar verilməmişdən əvvəl, bu ilun fevral ayının 6-da Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı tərəfindən “İqtisadiyyatda təxirəsalınmaz və əsas tədbirlər Paketi” Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinə təqdim olunub və ona müsbət münasibəti özündə əks etdirən cavab göndərilib, lakin indiyə qədər ADR Hərəkatının təmsil edən mütəxəssislər müzakirələrə cəlb olunmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button