Süleyman Dəmirəl son mənzilə yola salındı

demirel_defn_İyunun 20-də Türkiyənin IX  prezidenti Süleyman Dəmirəl son mənzilə yola salınıb. 

 

Türkiyə mətbuatının verdiyi məlumata görə, S. Dəmirəlin cənazəsi dünən Ankarada Türkiyə Böyük Millət Məclisində və Kocatəpə məscidində təşkil olunan mərasimdən sonra yük təyyarəsi ilə İspartaya gətirilib.

Təyyarəyə “Türk Ulduzları” və iki ədəd F-16 qırıcı təyyarənin müşayiəti ilə İspartada S. Dəmirəlin öz adını daşıyan Hava limanına enib. Burada Türkiyənin IX prezidentinə hörmət əlaməti olaraq qırıcı təyyarələr dörd dəfə Hava limanının üzərindən uçuş keçiriblər.

Dəmirəlin cənazəsi İsparta küçələrindən və adını daşıdığı universitetin önündən keçirilərək anadan olduğu Atabəy qəsəbəsinin İslamköy kəndində morqa yerləşdirilib. Küçələrdən keçərkən yol kənarında dayanan ispartalılar onun tabutunun üzərinə gül ləçəkləri səpiblər.

Süleyman Dəmirəl üçün bu gün nənəsinin adını daşıyan Şəhriban Xatun məscidində günorta namazından sonra cənazə namazı qılınıb.

Daha sonra Süleyman Dəmirəlin cənazəsi Anıt məzar yeri olaraq müəyyən edilən İslamköydəki Çalçatəpədə torpağa tapşırılıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button