Sumqayıtda dəhşətli qəza: yük maşını sərnişin avtobusuna çırpıldı – FOTO

Sumqayıtda dəhşətli qəza: yük maşını sərnişin avtobusuna çırpıldı - FOTOLAR

Bu gün səhər saatlarında Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində dəhşətli qəza baş verib.
Belə ki, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkət edən marşrut avtobusu “Kamaz” markalı yük maşını ilə toqquşub.
Toqquşma nəticəsində marşrut avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Dəhşətli qəza nəticəsində ağır yaralıların olduğu bildirilir.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları gəlib. Qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.
xeberle.com

qeza5 qeza4 qeza
qeza7

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button