Sumqayıtlılar Bakıya ikimərtəbəli qatarla gələcəklər

Stadler Railway 1Bakı ilə Sumqayıt şəhərlərini birləşdirən dəmiryoluna ikimərtəbəli qatarlar buraxılacaq. 

Bu haqda jurnalistlərə Bakıda keçirilən 14 -cü Azərbaycan Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika”-TransCaspian 2015 sərgisi çərçivəsində, “Azərbaycan Dəmir Yolları”  QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

1News.az-ın məlumatına görə bu münasibətlə mayın 13-də İsveçrənin Stadler Railway  şirkətilə müqavilə imzalanacaq. “Müqavilə dəmir yolunun Bakı-Sumqayıt xəttinə buraxılacaq beş cüt belə qatarla təmin edilməsini nəzərdə tutur” – deyə C.Qurbanov bildirib. Onun sözlərinə görə, hazırda dəmir yolu xəttinin yenidən qurulması işlərinə baxılır. Qatarlar xəttə iyunun 5-də buraxılacaq. C.Qurbanov Hesablama Palatasına müraciət olunacağını da deyib. Onun fikrincə, yeni qatara minik qiymətləri köhnələrdən fərqli olaraq daha baha olmalıdır.

XuralTAC

Stadler Railway

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button