Suriya hakimiyyəti Homsda hərbi əməliyyatları davam etdirir

09.02.2012

Suriya hakimiyyəti Homs şəhərində hərbi əməliyyatları davam etdirir.

Suriyanın insan haqları müdafiə,iləri hökumət qüvvələrinin Homs şəhərində hücumlarını davam etdirdiyini və bu gün də azı 57 mülki vətəndaşı qətlə yetirdiyini bildirirlər.

Bu gün şəhərin bir neçə hissəsində etirazçılara qarşı edilən hücumlar da daxil edilməklə, keçən həftənin şənbə günüdən bəri hökumət qüvvələri tərəfindən öldürülənlərin sayının yüzlərlə olduğu deyilir.

Homs şəhəri fəallarının verdiyi məlumtda hökumət qüvvələrinin hücumları intensiv davam etdirdiyi, vəziyyətin getdikcə ağırlaşdığı, ölənlərin və yaralıların sayının artığı deyilir.

Suriya hökumətinin ölənlərin sayını gizlətdiyi üçün neçə nəfərin qətlə yetirildiyi barədə dəqiq məlumat verilmir.

Suriya hökuməti isə öz növbəsində hökumətə qarşı nümayişlərdə silahlı terrorçuların iştirak etdiyini və avtomobilə yerləşdirilmiş bomba hücumu da daxil edilməklə, son günlərdə Homs şəhərində həyata keçirilən bomba hücumlarında da həmin terrorçuların əli olduğunu deyir.

Hakimiyyət kütləvi informasiya vasitələrinə qadağa qoyduğundan bu məlumatları dəqiqləşdirmək mümkün olmur.  BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay beynəlxalq aləmi Suriyada qan tökülməsi və kütləvi qırğınları dayandırmaq üçün qəti tədbirlər görməyə çağırıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button