Sürücü yol polisini döydü

yol polisiPolis təcili tibbi yardım stansiyasında yardım alıb.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü polis əməkdaşını vurub. 

xural.com “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Mayın 4-də saat 19.00 radələrində Bakıxanov küçəsində “Mercedes” markalı avtomobilin sürücüsü Azər Əhmədov yol hərəkət qaydasını pozub.

Buna görə də ərazidə xidmət edən Yol Patrul Xidməti Alayının serjantı Ağamoğlan İbrahimov tərəfindən saxlanılıb.

Bu zaman sürücü polisə tabe olmayıb və onu vuraraq yerə yıxıb.

Xəsarət alan polis əməkdaşı təcili tibbi yardım stansiyasında yardım alıb evə buraxılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button