Sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi

yol polisi

Daxili İşlər Nazirliyi “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimata dəyişiklik edib.

Strateq.az apa.az-a istinadən xəbər verir ki, indiyə qədər bu təlimat traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələri, habelə hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələri (traktorların), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələri istisna olmaqla, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə, dəyişdirilməsinə və qaytarılmasına şamil edilməyib.

Dəyişikliyə əsasən martın 1-dən bu Təlimat traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri və texnoloji nəqliyyat vasitələri, habelə hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqular istisna olmaqla, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə, dəyişdirilməsinə və qaytarılmasına şamil edilməyəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button