Təcrübəsiz tibbi yardım 500 manat cərimə ilə nəticələnəcək

Azərbaycanda tibbi yardımı düzgün şəkildə həyata keçirməyənlər 500 manat məbləğində cərimə ediləcək

Azərbaycanda ixtisaslaşmış tibbi yardımı düzgün şəkildə həyata keçirməyənlər 500 manat məbləğində cərimə ediləcək.

Xural.com report.az-a istinadən xəbər verir ki,  bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə 215-ci vətəndaşların hüquqlarının pozulması maddəsinə yeni məzmunda 215.3-cü bəndin əlavə edilməsi təklif edilib.

Əlavəyə görə, ixtisaslaşmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulan qaydada göstərilmədiyinə görə 500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, Məcəlləyə təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button