Təfəkkür Universitetinin təsisçilərindən biri beynəlxalq axtarışa verildi – FOTO

riyadTəfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev beynəlxalq axtarışa verilib

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda R.Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, R.Əliyev Təfəkkür Universitetinin təsisçilərindən biridir. O, universitetin Kiyev filialının rektoru olub. xural.com-un əldə etdiyi özəl məlumatlara görə, bir müddət əvvəl dələduqluğa görə həbs və məhkum olunan Riyad Əliyev çox keçməmişdi ki, azadlığa buraxılmışdı. Azadlığa çıxan kimi ondan aldadılan vətəndaşlar yenə hüquq-mühafizə orqanlarına şikayətlər etmişdilər. Görünür, Riyad Əliyev yenidən məhkum olunmaqdan yaxa qurtarmaq məqsədi ilə aradan çıxmağa çalışır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button