Tək mübarizə aparmaq da olarmış…

3518.06.2013

İstanbulda diqqət çəkən etiraz olayı baş verib. Bir nəfər iyunun 17-də axşam saat 8-də Taksim meydanında üzünü Atatürk Mədəniyyət Mərkəzinə (AMM) tutaraq, «passiv aksiya»ya başlayıb. O, nə az-nə çox, düz 6 saat ayaq üstə hərəkətsiz dayanıb.

Bütün bu müddətdə gözünü AMM-dən asılan Atatürk plakatına və Türkiyə bayrağına dikən bu şəxs az vaxtda sosial medianın gündəminə düşüb və «duranadam» hashtag-i ilə Twitter’də dünya trendinə çevrilib. Türkiyənin müxtəlif şəhərlərində ona dəstək aksiyasına qoşulublar.

Polis onun üstünü və çantasını yoxlasa da, donub-tərpənməz etirazçı aksiyasına ara verməyib.

«Duran Adam» Erdem Gündüz ixtisasca xoreoqrafdır. Olayın 6-cı saatı bitər-bitməz, polis onu saxlayıb, ancaq qısa müddət sonra sərbəst buraxıb.

Aktyor Ruken Demirer Twitter-dəki açıqlamasında bildirib ki, «Duran adam»la bir evdə qalır. O, hərəkətsiz aksiyanın bir ay sürəcəyini və hər axşam 3 saat boyunca yoldaşının yerinə növbə çəkəcəyini yazıb.

Erhem Gündüz də jurnalistlərə açıqlama verib: «Mənim duruşum mediaya qarşıdır. Taksim hadisələrində 4 insan öldürüldü və media bunu görmədi. Mən bu sistemin dəyişməsini istəyirəm. Bu hökumətin istefası da yetərli deyil».

Başqa etirazçılar da Erhem Gündüzün başladığı aksiyaya qoşulacaqlarını yazırlar, amma bir fərqlə –  5 dəqiqə tərpənmədən əllərini ciblərində saxlayacaqlar.

Türkiyədə hökumət əleyhinə etirazlar mayın 31-dən başlayıb və geniş yayılıb. Polisin Gəzi Parkının sökülməsinə etirazlara qatılan bir qrup şəxsə qarşı şiddətə əl atmasını görən  insanlar küçələrə axışıb. 3 həftədən bəri davam edən etirazlara polis bibər qazı və təzyiqli su ilə müdaxilə edib. Yaralı və saxlananların sayı yüzlərcədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button