Tələbələrdən hələ də pul yığan Universitetlər…
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə universitetlərlə bağlı analiz işini yekunlaşdırıb.
2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 7966 xəbər yerləşdirilib. Bunlardan 213 xəbər mənfi, 6 xəbər müsbət və 7747 xəbər isə neytraldır.
Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Müəllimlər İnstitutu (37 xəbər – saxta diplom verməsi), Gəncə Dövlət Universiteti (36 xəbər – universitetdə olan milyonluq maxinasiyalar, tələbələrdən pul yığımı iddiaları və s.), Bakı Dövlət Universiteti (32 xəbər – tələbələrin təqaüdlərinin verilməməsi). Müsbət xəbərlər isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (4 xəbər – universitet əməkdaşının fəxri adla təltif olunması) və Bakı Xoreoqrafiya Akademiyasına (2 xəbər – akademiyanın müəllimlərinin prezident tərəfindən təltif olunması) məxsusdur.
Xəbər sayına görə sıralama:
- Bakı Dövlət Universiteti 920 xəbər
- Dövlət İqtisad Universiteti 716 xəbər
- ADA Universiteti 483 xəbər
- Tibb Universiteti 461 xəbər
- Mədəniyyət və İncəsənət Universiteti 410 xəbər
Xəbər sayına görə sıralama:Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 842 xəbər dərc edilib. Bu xəbərlərdən 834-ü neytral, 7-si mənfi, 1-i isə müsbət xəbərlərdir. Mənfi xəbərlər arasında Azərbaycan Müəllimlər İnstitutu (5 xəbər – saxta diplom verməsi) liderdir. Yeganə müsbət xəbər isə Bakı Xoreoqrafiya Akademiyasına (akademiyanın müəllimlərinin prezident tərəfindən təltif olunması) aiddir.
- Bakı Dövlət Universiteti 113 xəbər
- Azərbaycan Dövlət İqtisad Universiteti 68 xəbər
- ADA Universiteti 54 xəbər
- Bakı Slavyan Universiteti 52 xəbər
- Mədəniyyət və İncəsənət Universiteti 44 xəbər
Mart ayında televiziya kanallarında universitetlər haqqında 268 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
- Bakı Dövlət Universiteti 49 xəbər
- ADA Universiteti 40 xəbər
- Azərbaycan Tibb Universiteti 19 xəbər
- Azərbaycan Dövlət İqtisad Universiteti 17 xəbər
- Bakı Musiqi Akademiyası 16 xəbər
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.