Təmir işləri davam edir – 2 gün qaldı – VİDEO

üzlənən binaPaytaxtda fasadları yenilənən binalarda fasiləsiz olaraq təmir işləri davam edir. Bir çox binada artıq rənglənmə işləri aparılır. Çəkiliş apardığımız binalarda tikintini həyata keçirilən şirkətlərdən isə bildiriblər ki, təmir işləri nəzərdə tutulan vaxtda yekunlaşdırılacaq.

Fasadları yenilənərək yanğına davamlı materiallarla üzlənən binalarda gecə-gündüz qızğın iş gedir. Ümumilikdə təxminən 140 binada təmir işləri aparılır. Binaların əksəriyyətində işlər yekunlaşmaq üzrədir.
Bəzi binalarda isə fasadlanma prosesi artıq başa çatıb. Mətbuat prospektindəki binada yeni üzlüklərin vurulması sona çatıb. Binada artıq son tamamlama işləri aparılır
Binalarda rəngləmə işləri aparılır. Bəzi binalarda isə fasadların vurulması son mərhələdədir.
Bakı şəhər İcra Hakimiyyətinin başçısının göstərişinə uyğun olaraq paytaxtda binaların yenidən üzlənməsi prosesi sürətlə davam etdirilir. İş icraçıları hesab edir ki, işlər fasiləsiz aparılır və nəzərdə tutulan vaxtda binaların üzlənməsi tamamlanacaq
Çəkiliş apardığımız yerlərdə təmiri aparan şirkətlərin nümayəndələri bildirdilər ki, hazırda fasiləsiz olaraq işlər davam etdirilir və avropa oyunları başlayanadək binaların hamısı təhvil veriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button