Təbriz Tehranı yendi

traxturxural.com atv.az-a istinadən xəbər verir ki, Təbrizin məşhur “Traxtur” futbol klubu Tehranın “Peykan” komandasını öz şəhərində məğlub edib.

İran futbol liqasının  27-ci həftəsində keçirilən oyun yerli vaxtla saat 17:00-da Qüds stadionunda start götürüb.
Oyunda “Traxtur”  2 qol vurub. Fərşad Əhmədzadə 7 və Lusanyo Edinyo 80-ci dəqiqələrdə rəqibin qapısından top keçiriblər.
Bununla da “Traxtur-Peykan” oyunu  (2 – 0) hesabı ilə təbrizlilərin xeyirinə yekunlaşıb.
Bu nəticədən sonra “Traxtur” 53 xalla İran çempionatının liderliyinə yüksəlib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button