Tələbələrdən hələ də pul yığan Universitetlər…

Gəncə Dövlət Universiteti

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə universitetlərlə bağlı analiz işini yekunlaşdırıb.

2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 7966 xəbər yerləşdirilib. Bunlardan 213 xəbər mənfi, 6 xəbər müsbət və 7747 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Müəllimlər İnstitutu (37 xəbər – saxta diplom verməsi), Gəncə Dövlət Universiteti (36 xəbər – universitetdə olan milyonluq maxinasiyalar, tələbələrdən pul yığımı iddiaları və s.), Bakı Dövlət Universiteti (32 xəbər – tələbələrin təqaüdlərinin verilməməsi). Müsbət xəbərlər isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (4 xəbər – universitet əməkdaşının fəxri adla təltif olunması) və Bakı Xoreoqrafiya Akademiyasına (2 xəbər – akademiyanın müəllimlərinin prezident tərəfindən təltif olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. Bakı Dövlət Universiteti                                   920 xəbər
  2. Dövlət İqtisad Universiteti                               716 xəbər
  3. ADA Universiteti                                            483 xəbər
  4. Tibb Universiteti                                              461 xəbər
  5. Mədəniyyət və İncəsənət Universiteti   410 xəbər


Xəbər sayına görə sıralama:
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 842 xəbər dərc edilib. Bu xəbərlərdən 834-ü neytral, 7-si mənfi, 1-i isə müsbət xəbərlərdir. Mənfi xəbərlər arasında Azərbaycan Müəllimlər İnstitutu (5 xəbər – saxta diplom verməsi) liderdir. Yeganə müsbət xəbər isə Bakı Xoreoqrafiya Akademiyasına (akademiyanın müəllimlərinin prezident tərəfindən təltif olunması) aiddir.

  1. Bakı Dövlət Universiteti                                   113 xəbər
  2. Azərbaycan Dövlət İqtisad Universiteti 68 xəbər
  3. ADA Universiteti                                            54 xəbər
  4. Bakı Slavyan Universiteti                                 52 xəbər
  5. Mədəniyyət və İncəsənət Universiteti   44 xəbər

Mart ayında televiziya kanallarında universitetlər haqqında 268 xəbər göstərilib.

Xəbər sayına görə sıralama: 

  1. Bakı Dövlət Universiteti                                   49 xəbər
  2. ADA Universiteti                                            40 xəbər
  3. Azərbaycan Tibb Universiteti               19 xəbər
  4. Azərbaycan Dövlət İqtisad Universiteti 17 xəbər
  5. Bakı Musiqi Akademiyası                                16 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button