Təmizə çıxmayan ”Təmiz Binəqədi” (VİDEO)

binəqədi

Yağış Binəqədini bərbad elədi…

Yağış yağdı, Binəqədini yenidən su basdı. Günün ikinci yarısına qədər yağan yağış küçələrdə tıxac yaratdı, maşınların bəziləri yaranan gölməçədə batdı, rəsmi nümayəndələr isə baş verənlərə kürəklərini çevirməklə reaksiya verdilər.

Ərazidə batan maşınları traktor vasitəsilə çıxardırlar. Sakinlər ərazidə olan icra hakimiyyətinin nümayəndələrin işarə versələr də, onlar sadəcə “vətəndaş” olduqlarını dedilər. Mühafizə olunan əraziyə niyə buraxıldıqlarını soruşduqda isə heç bir cavab vermədilər.
Sakinlər bildirir ki, yağış yağdısa, küçəyə çıxmaq istəmirlər. Su dizə qədər. Yolu keçmək istəyənlər də suyun dayaz yerini axtarmaq üçün yol boyu gəzirlər. Tapdıqları dayaz yerlərdən keçmək üçün bir gözləri  gəlib-keçən maşınlarda, digər gözləri də ayaqlarının altında irəliləyirlər.
Binəqədi rayon İcra Hakimiyyəti bu ilin iyunundan “Təmiz Binəqədi” layihəsinə start verib. Layihə əsasında görülməli işlər siyahısında “Rayonun bütün ərazisində su,qaz,elektrik,kanalizasiya,rabitə və s. xətlərin çəkilişi” nəzərdə tutulsa da, yağışdan sonra küçələr keçilməz olur. Rayon sakini Əsəd Hüseynov deyir ki, hər yağış yağanda cavabdeh qurumlara zəng etsələr də heç kim şikayətlərinə baxmır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button