Tağı Əhmədov nəvəsinə toy edir – Nəmər yığılmayacaq
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.
Xural.com Yeniçağ.az-a istinadən xəbər verir ki, Tağı Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib şənlənəcəklər.
Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də “Neolit” restoranında baş tutacaq.
Xatırladaq ki, sabiq MTN generalı Akif Çovdarovun məhkəməsində məlum olmuşdu ki, Tağı Əhmədov Akif Çovdarova 3.000.000 dollar rüşvət verib. Yəni onun nəmər yığmaması anlaşılandır.