Tağı Əhmədovun oğlu 2 milyon dollar batırıb

Tağı Əhmədov

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov bağlanan bankalarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbərlərə reaksiya verib.

Qaynar.info xəbər verir ki, Tağı Əhmədov azvision.az-a açıqlamasında haqqında yayılan xəbərlərin yalan olduğunu bildirib.

“Kim nə istəyir yazsın, bu, məni maraqlandırmır. Guya mənim milyonlarım batıb. Ağ yalandır” – deyə T.Əhmədov vurğulayıb.

Qeyd edək ki, mətbuatda manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılıb.

xural.com-un əldə etdiyi məlumatlara görə isə, Tağı Əhmədovun pulunu onun oğlu batırıb. Təxminən 2 milyon dolları iş qurmaq adı ilə yatıran oğul, bir manatın da yiyəsi olmayıb. Bu da Tağı Əhmədovu çox əsəbiləşdirib.

xural.com

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button