Tahir Kərimlinin şok çxışları: “Güllə ilə özümü vuraram!”-VİDEO

tahir kərimli

Tahir Kərimli 1993-cü ilin Milli Məclisində şok çıxışlar edib. O, Ali Məhkəmənin sədri kimi Prezident Əbülfəz Elçibəyi və Milli Məclisin sədri İsa Qəmbəri Heydər Əliyevi hakimiyyətə gətirməkdə ittiham edir və belə olarsa intihar edəcəyini bəyan edir. Ali Məhkəmənin sədri “Güllə ilə özümü vuraram, intihar edərəm!” deyir. Amma …etmir. İndi isə deputatlığa namizəddir. Heydər Əliyevin rejimində və onun rejiminin Milli Məclisində. Ən yaxşısı, zamanın videolarına baxaq…

“Vəhdət” Partiyasının sədri Tahir Kərimli deputatlığa namizədliyini irəli sürüb. Onun artıq parlamentə təyinat aldığı, yeni dönəmdə parlamentdə təmsil olunacağı bildirilir. Müxtəlif saytlarda bu haqda məlumatlar yer alıb. Tahir Kərimli zamanında mövcud hakimiyyətə və onun qurucusu Heydər Əliyevə qarşı ifrat radikal çıxışları ilə diqqət çəkib. Onun Heydər Əliyevə qarşı çıxışları Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını ala bilməyib. Tahir Kərimli də söz verdiyi kimi “başına güllə” sıxmayıb. Sonra isə uzun illərin hakimiyyəti bir müxalifət nəfəri olaraq Tahir Kərimlini də sıradan çıxarıb və o, açıq-açığına hakimiyyətə işbirliyi təklifi edib. Tahir Kərimlinin hakimiyyətə yaxınlaşması bu baxımdan xarakterikdir ki, o, gündüz müxalifətdə olub gecə iqtidarın qapılarında yatmayıb, o, ardıcıl olaraq hakimiyyətin səfində yer alıb.

“Vəhdət” sədrinin 1993-cü ildə Milli Məclisdəki çıxışını Oxucu-tamaşaçıların diqqətinə təqdim edirik.

xural.com

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button