Taksi şirkəti sürücülərin 100 min manatını batırıb

27-ci Polis Bölməsinə toplaşan bir qrup sürücü taksi şirkətinin toruna düşdüyünü deyir. 200-ə yaxın şəxs taksi fəaliyyəti üçün “Taksi Park” adlanan şirkətdən kreditə maşın götürüb, 500 manatdan 2500 manatadək depozit qoyublar. Vəd edilən vaxtda avtomobili icarəyə götürmək üçün şirkətə gələnlər nə rəhbərlikdən, nə də pullarından xəbər ala biliblər.

Etiraz edənlər deyir ki, şirkətin ofisindəki iki nəfər – Elşən Abbasov və Aqşin adlı sıravi işçi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirilib. Aldadılqlarını deyənlər bölməyə ərizə ilə müraciət edib və pullarının qaytarılmasını tələb edirlər:

“Şəxsən nümayəndələrdən biri dedi ki, əgər ödəyə bilməsələr, gedin sərin su için üstündən. Yəni pul getdi”.

“Taksi Park” şirkətindən heç kimlə əlaqə yaratmaq mümkün olmayıb. Şirkətin nömrələrinə zəng çatmır.

Polis Bölməsindən detallı məlumat almaq mümkün olmasa da, bir-bir zərərçəkənlərin ifadəsi alınıb, işin araşdırılacağı deyilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button