Tale Heydərovdan “Qəbələ”yə ŞOK mükafat vədi

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Bu gün axşam Qəbələnin eyni adlı futbol klubu AvroLiqanın üçüncü təsnifat mərhələsində Kiprin “Apollon” klubu ilə cavab oyununa çıxacaq.
Qeyd edək ki, bir həftə öncə rəqib meydanından 1-1 hesablı sərfəli nəticə ilə dönən “Qəbələ”nin mərhələ adlamaq şansı yüksək dəyərləndirilir.

Modern.azsaytına verilən xəbərdə bildirilir ki, “Qəbələ” bu mərhələni adlayacağı təqdirdə oyunçular klubun prezidenti Tale Heydərov tərəfindən böyük məbləğdə pulla mükafatlandırılacaq. Hətta hər futbolçuya vəd olunan pul mükafatının 50.000 manat olacağı da vurğulanır.

İdman mediasının yazdığına görə, yerli klub bundan əvvəl Serbiyanın “Çukaritsi” klubunu məğlub edib mərhələ adladıqdan sonra Tale Heydərov hər futbolçuya 30.000 manat məbləğində pul mükafatı verib.

“Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.
Tale Heydərov “Qəbələ” futbol klubunun prezidenti olmaqla yanaşı, həm diaspor sahəsində fəaliyyət göstərir, həm də iş adaçı kimi bir sıra şirkətlərər rəhbərlik edir. O, Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşilatının (The European Azerbaijan Society) rəhbəri, . Xaricdə fəaliyyət göstərən United Enterprises International (UEI) holdinq şirkətinin İH sədri, eyni zamanda , “Sabah P&D International” MMC-nin direktorudur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button