Taleh Bağırov cərimə kamerasına salınıb

Nardaran hadisələri ilə bağlı həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov noyabrın 26-da 1 saylı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salınıb. Bu barədə “Nardaran işi” üzrə hədsdə olan Abbas Hüseynov noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində bildirib.

Onun sözlərinə görə, Taleh Bağırov 5 gün müddətinə cərimə kamerasına salınıb.

Vəkil Yalçın İmanov Turan-a bildirib ki, T.Bağırovun cərimə kamerasına salınmasına noyabrın 26-da onun Nardaran hadisələrinin ildönümü ilə bağlı azadlıq.info saytında dərc edilən tənqidi məqaləsi səbəb olub.

Polis 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində  xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində ikisi polis əməkdsaşı olmaqla, 6 nəfər öldürülüb. Hadisələrdən sonra 70-dən çox adam saxlanılıb. Hazırda onlardan 18 nəfərinin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edir.

Bu gün vəkillər məhkəməyə gəlmədiyindən proses saat 14:00-dək təxirə salınıb.

Penitensiar Xidmət Taleh Bağırovun cərimə kamerasına salınmasını hələ təsdiq etməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button