Taleh Bağırovun apellyasiya şikayəti təmin edilmədi

 hacı taleh

Tale Bağırzadə
Vəkil: “Ona qanuni münasibət göstərilmir”

“Bu gün Bakı İstintaq Təcridxanasında Taleh Bağırovla görüşdüm. Hər hər kəsin Novruz bayramını təbrik etdi”. 

Bu sözləri martın 18-də vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb. Vəkilin sözlırinə görə, hələ də Taleh Bağırova görüşlərə, telefon danışıqlarına şərait yaradılmır. Təcridxanada ona normal qanuni münasibət göstərilmir:
“Daha sonra Taleh Bağırovla şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirildi. Şahidin sərbəst ifadə verməsinə şərait yaradılmamasına etiraz olaraq, həmçinin şahidlərə təzyiq göstərildiyini əsas gətirərək, Taleh Bağırov üzləşməkdən imtina etdi. Həmçinin bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə Taleh Bağırov barəsində həbsdə saxlama müddətinin uzadılmasından verdiyimiz apellyasiya şikayətinə baxıldı və apellyasiya şikayəti təmin edilmədi”.

Taleh Bağırzadə noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

Ona qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button