Taleh Bağırzadədən AŞ PA məruzəçilərinə çağırış

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 12-də Bakıya səfər edəcək həmməruzəçiləri – Avstriyadan olan deputat Stefan Şennax və rumıniyalı Sezar Florin Predanı Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına baş çəkməyə çağırıb. AŞ PA həmməruzəçiləri ilə görüşmək istəyən ilahiyyatçı onlara Nardaran həqiqətləri haqda danışmaq istəyir. Bu haqda Taleh Bağırzadə iyunun 9-da təcridxanada onunla görüşən vəkili Yalçın İmanov vasitəsilə məlumat yayıb.
Taleh Bağırzadə AŞ PA məruzəçilərinə özü də daxil, çoxlu sayda günahsız insanın hakimiyyətin sifarişi ilə necə həbs olunması, onlara verilən dəhşətli işgəncələr, ədalətsiz məhkəmə prosesləri haqda ətraflı məlumat vermək istəyir. İlahiyyatçının məqsədi eyni zamanda, ölkədəki bütün siyasi məhbuslar və onların problemləri haqda fikir mübadiləsi aparmaqdır.
Qeyd edək ki, yaxın günlərdə Bakıya səfər edəcək məruzəçilərin dövlət başçısı, Milli Məclisin sədri, Baş prokuror, Ali Məhkəmənin sədri və digər dövlət orqanlarının rəhbərləri ilə yanaşı, vətəndaş cəmiyyətinin təmsilçiləri, o cümlədən keçmiş və hazırkı siyasi məhbuslarla da görüşləri nəzərdə tutulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button